Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Sumqayıtda Milli Teatr festivalı keçirilir

  Sayta qoyulub: 21:44 27.02.2010 (329 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda Milli Teatr festivalı keçirilir

Bakıda başlanan ikinci Milli Teatr Festivalı ilk dəfə olaraq Azərbaycan paytaxtının teatr səhnələrindən kənara çıxıb. Festivalın proqramına daxil edilmiş respublika teatrlarının tamaşaları Sumqayıtda göstəriləcək.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Mehman Şükürovun sözlərinə görə, teatrın səhnəsində Azərbaycanın regionlarında fəaliyyət göstərən on kollektiv çıxış edəcək.

Festival çərçivəsində Sumqayıt tamaşaçıları qarşısında ilk olaraq Gəncə Dövlət Teatrı öz səhnə əsərini nümayiş etdirib. Sumqayıt teatr həvəskarlarına dramaturq Əli Əmirlinin ikipərdəli “Varlı qadın” pyesi təqdim olunub.

Gəncəlilərdən sonra Sumqayıt tamaşaçıları qarşısında Şuşa Dövlət Musiqili Dram Teatrının, Azərbaycan Musiqili Komediya Teatrının, Lənkəran Dövlət Dram Teatrının kollektivləri çıxış edəcəklər. Qonaqların çıxışlarından sonra növbə ev sahiblərinə çatacaq. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı festivalda tamaşaçılara üç səhnə əsəri təqdim edəcək. Bunlar Əbdülrəhim bəy Haqverdiyevin əsəri əsasında səhnələşdirilmiş “Şah”, Çingiz Aytmatovun “Dəniz sahili ilə qaçan alabaş” və Yucin O Nilin “Qarağac altında məhəbbət” əsərləridir.

Qeyd edək ki, Milli Teatr Festivalı çərçivəsində Bakının və Sumqayıtın səhnələrində Azərbaycanın 27 dövlət teatrının kollektivi çıxış edəcək. Festivalın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi və teatr tənqidçiləri qrupu yaradılıb. Milli Teatr Festivalının bağlanış mərasimi noyabrın 9-da Sumqayıtda keçiriləcək. Azərbaycan Akademik Milli Dram Teatrı Aqata Kristinin romanı əsasında səhnələşdirilmiş “Tale” pyesinin tamaşası ilə mötəbər tear bayramına yekun vuracaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829