Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



DÜNYA : İzmirdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

  Sayta qoyulub: 18:19 27.02.2010 (246 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirdə  Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Türkiyənin İzmir şəhərində təhsil alan Azərbaycanlı tələbələr, Azərbaycan Mədəniyyət evi və Həmrəylik Cəmiyyəti Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə tədbir həyata keçirib. Tədbir İzmirin mərkəzində yerləşən “Konak” meydanında baş tutub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyədə təhsil alan azərbaycanlı gənc Elmir Səfərli məlumat verib.

Onun sözlərinə görə, tədbir iştirakçılar və mətbuat nümayəndələri üçün Xocalı barədə həqiqətləri ilə bağlı məlumat verməklə başlayıb. Daha sonra Azərbaycan Təhsil Nazirliyinin İzmir təmsilçisi Cavid Əliyev, Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin sədri Turqut Arat, Türk Dünyası Qadınlar Birliyinin İzmir şöbəsini müdiri Sədi Bilgə Karaman və Türk Ocakları İzmir şöbəsi başçısı Vəli Öztürk söz alaraq Xocalı faciəsi ilə bağlı öz fikirlərini söyləyiblər. Onlar çıxışlarında Xocalı faciəsini heç bir zaman unutmayacaqlarını və unutdurmayacaqlarını, bu soyqırımı daim anacaqlarını bildiriblər. Tədbirdə Türkiyəli vətəndaşlarla yanaşı Fransa, Almaniya, Kosovo, Serbiya və digər ölkənin nümayəndələri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən şəkillərə görən edən Türkiyə və digər ölkə vətəndaşları ermənilər tərəfindən törədilən vəhşilikləri gördükcə öz hislərini dilə gətirib və bunun dünya səviyyəsində soyqırım kimi tanınmasının vacibliyini xüsusi ilə qeyd ediblər. Eyni zamanda, tədbirdə soyqırım haqqında məlumat və fotolar yer alan braşurlar paylanıb.
Daha sonra isə əhali tərəfindən Türkiyənin Baş Nazirinə, Türkiyə Böyük Milli Məclisinə, Avropa Parlamentinə ünvanlanan “Xocalıya Ədalət” İmza kampaniyasına start verilib. Kampaniya vasitəsilə insanlar Xocali faciəsinin bütün Türkiyədə və eləcə də bütün dünyada soyqırım kimi tanınmasını və bir milyona yaxın azərbaycanlının təhlükəsiz bir şəkildə doğma torpaqlarına dönməsinin təmin olunmasını tələb edir.
Tədbir “Xocalını Unutma, Unutdurma”, “Qarabağ Türkdür, Türk Qalacaq”. “Ermənistan Şaşırma, Səbrimizi Daşırma” və Azərbaycan-Türkiye, Bir Millet İki Dövlət” şüarları ilə başa çatıb.
Sonda Xocalı şəhidlərini ruhuna ehsan verilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#DÜNYA bölümünün son 20 xəbəri:



#DÜNYA bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829