Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Sabiq nazir Əli İnsanovun kamera yoldaşının obyekti əlindən alınıb

  Sayta qoyulub: 11:15 22.04.2009 (1954 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq nazir Əli İnsanovun kamera yoldaşının obyekti əlindən alınıb

Vəkil Abbasova məxsus obyektin ərazisinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının qarajı köçürülür

2005-ci ilin parlament seçkiləri ərəfəsində dövlət çevrilişi ittihamı ilə həbs edilən, amma sonradan dövlət əmlakını talama, vəzifə səlahiyyətlərini aşma və digər iqtisadi cinayətlərlə təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilmiş sabiq səhiyyə naziri Əli İnsanovun yaxın ətrafı hələ də təzyiqlərlə üz-üzədir.

Bu barədə Müstəqil İnformasiya Agentliyinə sabiq nazir Əli İnsanovun yaxınları tərəfindən məlumat daxil olub. Məlumatda qeyd olunur ki, hakimiyyət sabiq nazir və onunla birgə həbs olunanların sahib olduqları əmlaklarla bağlı araşdırmalarını hələ də davam etdirir: «Maraqlı məqam odur ki, Əli İnsanovla eyni vaxtda dövlət çevrilişində günahlandırılaraq həbs olunan, amma sonradan Əli İnsanovun əleyhinə istintaqa ifadə verdikləri üçün şərti cəza ilə azadlığa çıxanlar da rahat buraxılmır. Elə Səhiyyə Nazirliyinin sabiq şöbə müdiri, həbsinə qədər Əli İnsanovun ən sadiq adamlarından olmuş Vəkil Abbasovun hal-hazırda üzləşdikləri də belə deməyə əsas verir. Onun vaxtilə qanuni yolla özəlləşdirdiyi obyektlər bir-bir aşkar olunaraq, əlindən alınır. Vəkil Abbasov vaxtilə Səhiyyə Nazirliyinin balansında olan və Nərimanov rayonu ərazisində (Rayon Hərbi Komissarlığının yaxınlığında) yerləşən geniş əraziyə malik bir qarajı da qanun çərçivəsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən şəhadətnamə almaqla özəlləşdirmişdi. Amma hakimiyyət onu da əlindən alıb. Hazırda həmin ərazidə Bakı Şəhər Təcili-Tibbi Yardım Stansiyasının qarajını yerləşdirməyə hazırlaşırlar. Artıq bunun üçün müəyyən işlər görülüb».

Məlumatı Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından təsdiqləyiblər. Amma ortada Əli İnsanovun adı olduğu üçün ətraflı danışmaqdan imtina edilib. Qısaca olaraq qarajın Səhiyyə Nazirliyinin sabiq şöbə müdirinə məxsus olduğunu bilmədiklərini də sözlərinə əlavə ediblər: «Biz oranın kimə məxsus olduğunu bilmirik. Stansiyanın qarajının ora köçürülməsi qərarını Bakı şəhər Baş Səhiyyə İdarəsi verib. Sizi maraqlandıran suallara oradan və ya nazirlikdən cavab ala bilərsiniz».

Xatırladaq ki, Vəkil Abbasov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun əmisi oğludur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829