Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Prezident İlham Əliyev Qəbələdə səfərdədir

  Sayta qoyulub: 12:33 27.02.2010 (265 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qəbələdə səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Qəbələ rayonuna gedib.
İlham Əliyev əvvəlcə mərhum prezident Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Daha sonra prezident Qəbələdə “Gilan” piano fabrikinin açılışında iştirak edib. İlham Əliyev açılışı bildirən lenti kəsib və müəssisənin işi ilə yaxından tanış olub.

Dövlətimizin başçısı müəssisədə istehsal olunan pianolara baxıb, sonra istehsal prosesini müşahidə edib.
Ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır. Fabrikdə ildə 1200-1500 piano istehsal ediləcək. Hazırda burada 120 nəfər çalışır. Müəssisə tam gücü ilə işləməyə başlayandan sonra işçilərin sayı 350-yə çatdırılacaq.

Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası var. Prezident İlham Əliyevə müəssisədə istehsal olunmuş piano hədiyyə edilib.

İlham Əliyev daha sonra Qəbələdə meyvə-tərəvəz saxlamaq üçün tikilmiş soyuducu anbar ilə tanış olub.
Dövlətimizin başçısına məlumat veriliv ki, tikintisi 2008-2009-cu illərdə həyata keçirilmiş anbarın ümumi sahəsi 7800 kvadratmetrdir. Üç hektar ərazini əhatə edən anbarda 5 min ton meyvə-tərəvəz məhsulları saxlamaq mümkündür. İtaliya istehsalı olan avadanlığın quraşdırıldığı anbarda məhsulların saxlanması xüsusi texnologiya ilə həyata keçirilir. Soyutma sistemi dispetçer məntəqəsindən idarə olunur və anbarlara yığılan məhsulun xarab olmaması üçün xüsusi nəmləndirici proses həyata keçirilir. Hazırda anbarda 50 nəfər işlə təmin olunub.

Prezident İlham Əliyev müəssisədəki meyvəçeşidləmə sexində də olub. Diqqətə çatdırılıb ki, burada quraşdırılan avadanlıq meyvələrin rənginə və ölçüsünə görə çeşidlənməsinə imkan verir.
Dövlətimizin başçısı sexi işə salıb.

Prezident “Gilan-Holdinq”in müxtəlif müəssisələrində istehsal olunan məhsulların sərgisinə də baxıb. Bildirilib ki, 8 növ konyak, 14 növ şərab, 84 növ şirə istehsal edən bu müəssisələrin məhsulları ölkəmizdən kənarda da kifayət qədər tanınır. Bundan başqa, “Gilan Holdinq”in zeytundan müxəlif qida məhsulları hazırlayan, yeyinti məhsulları istehsal edən və süd emalı müəssisələri də var. Bu müəssisələr hazırda MDB ölkələri də daxil olmaqla, 28 dövlətlə ticarət əməliyyatları aparır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829