Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Tələbələr Xocalı soyqırımını anıblar

  Sayta qoyulub: 12:43 26.02.2010 (231 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbələr Xocalı soyqırımını anıblar

“Odlar Yurdu” Universitetində Xocalı soyqırımının 18-ci ildönumu ilə bağlı konfrans keçirilib. Konfransın təşkilatçıları universitetin rəhbərliyi ilə Gənclər Təşkilatları Milli Şurası olub. Tədbirdə ali təhsil ocağının tələbə və müəllim heyəti də iştirak edib.

Millət vəkili, universitetin rektoru Əhmd Vəliyev bildirib ki, belə tədbirlər yas, ağlamaq mərasimi formasını almamalıdır: “Hesab edirəm ki, başımıza gətirilən soyqırımları unutmamalıyıq. Hər birimiz ünsiyyətdə olduğumuz əcnəbilərə ilk növbədə Qarabağ barədə danışmalıyıq. Bu işdə gəncliyin üzərinə daha böyük yük düşür”.

Millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov gənclərə xitabən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərdən danışıb: “Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Qarabağa azadlıq, Xocalıya ədalət” kampaniyası 100 ölkədə baş tutdu. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin beynəlxalq sferaya çıxarılmasında böyük işlər görür. Amma siz gənclərdən də çox gözləntilər var. Bu məsələlərdə fəal olmalısınız, internet vasitəsilə ermənilərin iç üzünü dünyaya çatdırmaqda əlinizdən gələni etməlisiniz. Hər birimiz ilk növbədə vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Açığını deyim ki, mən bu məqamda özüm də daxil olmaqla gəncliyimizdən o qədər də razı deyiləm. Çünki biz daha böyük işlər görə bilərik”.

Almaniya Bundestaqı və İtaliya Senatının Qarabağla bağlı qanun qəbul etdiyini deyən deputat həmin sənədlərdə Ermənistandan Azərbaycan torpaqlarını azad etməsi tələbinin qoyulduğnu bildirib. Sonra tələbələr onları düşündürən məsələlər, xüsusilə də vətənpərvərliklə bağlı millət vəkili Fuad Muradovla muzakirə aparıblar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829