Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : “Quş qripi” xəstəliyinə görə başlanmış növbəti monitorinqin nəticələri açıqlanıb

  Sayta qoyulub: 13:35 26.02.2010 (252 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

“Quş qripi” xəstəliyinə görə başlanmış növbəti monitorinqin nəticələri açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) fevralın 15-dən ölkə ərazisində “quş qripi” xəstəliyinə görə başlanmış növbəti monitorinqin nəticələrini açıqlayıb.

DBX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ovçular Cəmiyyətinin əməkdaşlarının iştirakı ilə aparılıb. Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, respublikanın dənizsahili zonalarında həyata keçirilən monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 24 baş çöl quşunun patoloji materialı, ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1272 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyalarında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Y. Xanvəli bildirib ki, “quş qripi” xəstəliyinin ölkəyə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqətdə saxlayan DBX respublika ərazisində monitorinqləri bundan sonra da davam etdirəcək: “Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin martın 29-da başlanması nəzərdə tutulur. DBX bir daha xatırladır ki, ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanılması, satılması və ondan qida məhsulu kimi istifadə qadağandır”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829