Fevralın son günlərində ölkə ərazisində soyuq hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8° isti, axşam 3-5° isti olacaq.
Fevralın 27-də tutqun hava davam edəcək. Az çiskinli yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi proqnozlaşdırılır. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Fevralın 28-də havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-12° isti olacaq.
Martın ayının ilk günündə də havanın buludlu olacağı, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacaq.
Azərbaycanın rayonlarında sabah yağıntı olacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Əsasən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
Fevralın 28-də rayonlarda hava əsasən yağmursuz olsa da, gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Martın 1-də gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 2-6° isti olacaq.