Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yunanıstan səfərindən döndü

  Sayta qoyulub: 11:33 26.02.2010 (268 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yunanıstan səfərindən döndü

Yunanıstan vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvəti ilə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyətinin Yunanıstana səfəri başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Azərbaycanın FHN və Yunanıstanın Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb və hər iki nazirlik arasında mövcud əlaqələrin möhkəmləndirilməsi, daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Görüşdən sonra “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanıb.

Daha sonra, “Elefisina” Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilib. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında Nazirliyin nümayəndə heyətinə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829