“Borçalı” Cəmiyyəti Gənclər Təşkilatı 25 fevral 2010-cu il tarixində Xocalı Soyqırımının 18-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə “Borçalı” Cəmiyyətinin sədri, İdarə Heyətinin üzvləri, ziyalıları, bir neçə Gənclər Təşkilatlarının rəhbərləri və nümayəndələri, Azərbaycan gəncləri iştirak ediblər.
“Borçalı” Cəmiyyətinin mətbuat xidmətindənMüstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Tədbir rəsmi və bədii hissələrdən ibarət idi. Tədbiri “Borçalı” Cəmiyyətinin İctimai əlaqələr üzrə sədr müavini Zahir Əlisoy açmışdır. Tədbirin rəsmi hissəsində “İşıq” İctimai birliyinin nümayəndəsi Əşrəf Əfəndiyev, “Borçalı” Cəmiyyətinin gənc üzvü Xənaqi Tanrıverdiyev və Bütöv Azərbaycan Gənclər Təşkilatının sədr müavini Məmmədbəyli Məhəmməd Xocalı Soyqırımı haqda öz fikirlərini söyləmişlər.
Rəsmi hissənin sonunda “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli çıxış etmişdir. O, gəncliyimizin vətən və ruh sevgisinin olmasına çox sevindiyini bildirdi. Bu tədbirin tək ildönümü günü ərəfəsində yox, hər gün anılmasını tövsiyyə etmişdir. Həmçinin, Vətənin bütövlüyü uğrunda gəncləri mübarizəyə çağırmışdır.
Tədbirin bədii hissəsində Xocalı Soyqırımına həsr olunmuş film, şerlər, muğamlar və s. nümayiş edilmişdir. Eyni zamanda Xocalı Soyqırımı zamanı ailəsi ilə birlikdə 10 gün əsirlikdə qalan Məhəbbət Hümbətov çıxış etmişdir.