Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımını anma tədbiri keçirib

  Sayta qoyulub: 17:58 25.02.2010 (308 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər Təşkilatları Milli Şurası Xocalı soyqırımını anma tədbiri keçirib

Bu gün Şuşa rayon Mədəniyyət və Turizm şöbəsində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Fuad Muradov, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının üzvləri, Şuşa rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.Tədbirin keçirilməsində məqsəd Xocalı faciəsində Azərbaycan xalqının birliyini ictimaiyyətə çatdırmaq olub. Mərasim Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının təşkilatçılığı ilə keçirilib.

Millət vəkili Fəzail İbrahimli bildirib ki, Xocalı soyqırımı iyirminci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciədir: “Tarixə nəzər salsaq görərik ki, o yenə təkrar olunur. Buna görə də xalqımız düşmənə qarşı daim ayıq olmalıdır. Daim təbliğat aparmalıyıq. Dünya ölkələrinin bu məsələdə öz maraqları, məkirli niyyətləri var. Azərbaycan dövləti öz tarixi problemini özü həll etməlidir”.

Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov isə qeyd edib ki,erməni vəhşiliklərini dünyaya çatdırmaq üçün müəyyən tədbirlər görürlər:
- Biz çalışırıq ki,beynəlxalq təşkilatlar Azərbaycan həqiqətlərini dünyaya çatdırsın. Ancaq reallıqda bu təşkilatların mövqeyi bəllidir. Həmçinin, Xocalı soyqırımına hüquqi qiymət verilməsinə çalışmalıyıq. Qətnamələr qəbul edilir ,amma yenə də onların həyata keçirilməsində problemlər yaranır. Beynəlxalq ictimaiyyət bizim addımlarımıza hazır olmalıdır.

Gənclər Təşkilatı Milli Şurasının üzvü Vüsalə Hüseynova vurğulayıb ki, qisasa-qisasla cavab verilməlidir: “Azərbaycan xalqı həmişə humanist olub. Biz ermənilərə güzəştə getməməliyik. Həddəflərimizi uzunmüddətə hesablamalıyıq”.

Tədbirin sonunda Xocalı həqiqətlərini əks etdirə videoçarx göstərilib. Bununla yanaşı, Şuşa rayon Malıbəyli kənd musiqi məktəbi şagirdlərinin Xocalı soyqırımı ilə bağlı hazırladıqları şeirlər də dinlənilib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829