Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : MQP başqanı qəzet və agentlik sahibi olması barədə KİV-də gedən xəbərləri yalanladı

  Sayta qoyulub: 17:24 25.02.2010 (299 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

MQP başqanı qəzet və agentlik sahibi olması barədə KİV-də gedən xəbərləri yalanladı

Milli Qurtuluş Partiyasının lideri, DUİ Sədrlər Şurasının üzvü Vüqar Bəyturan son dövrlər bəzi mətbuat orqanlarında rəhbərlik etdiyi partiya və şəxsən özü haqqında verilən əsassız yazılara münasibət bildirib. Vüqar Bəyturan deyib:

”Bizə olunan təhdid məzmunlu zənglər barədə Ramiz Mehdiyevə, Eldar Mahmudova və Ramil Usubova müraciət edəndən sonra qaldırılan məsələlərə aydınlıq gətirmək əvəzinə hakimiyyətin birbaşa və dolayısı yolla təsirində olan mətbuat orqanları vasitəsilə siyasi nüfuzumuza, şəxsi şərəf və heysiyyatımıza zərbə vurmaq məqsədilə silsilə yazılar verilir. Bu yazılarda yer alan böhtanları təkzib etmək üçün hər hansı açıqlama vermək qarşı tərəfin səviyyəsinə enmək kimi qiymətləndirilə bilinəcəyindən biz bu yolu seçmədik. Məhkəmələrin müstəqil olmadığı məlum olduğuna görə məsələnin hüquqi yolla aradan qaldırılmasına da lüzum görmədik. Sadəcə, hakimiyyətyönlü mətbuatdan peşə fəaliyyətini, eləcə də sifarişli mirzəliklərini şəxsimə və rəhbərlik etdiyim partiyaya yönəltməmələrini tələb edir, əks təqdirdə etdiklərinin çox ciddi qarşılığı ilə üzləşəcəklərini nəzərlərinə çatdırıram.

Eyni zamanda bəzi dost mətbu orqanlar da bilməyərəkdən bizə qarşı kampaniyaya dəstək verərək mənim və partiyamın qəzetə və informasiya agentliyinə malik olmamız barədə xəbərlər yayıb. Bəyan edirəm ki, MQP-nin mətbu orqanı 10 ildən çoxdur ki, işıq üzü görmür, mənim isə heç vaxt nə qəzetim, nə də informasiya agentliyim olmayıb. Ona görə bu tip məlumatlar verməklə, maddi imkansızlıq içində çabalayan bir partiyanı fərqli biçimdə təqdim etməklə içtimaiyyəti çaşdırmaq düzgün addım deyil və biz bunu qınayırıq”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829