Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib

  Sayta qoyulub: 15:53 25.02.2010 (329 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib Dövlət başçısı İhsan Doğramacının oğlu Əli Doğramacıya ünvanladığı başsağlığında türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladığını bildirib:

“Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm. İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.
Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq.
Allah ona rəhmət eləsin”.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829