Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : AİDP sədri Qüdrət Həsənquliyevin təklifinə qarşı çıxır

  Sayta qoyulub: 12:27 25.02.2010 (326 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  AİDP sədri Qüdrət Həsənquliyevin təklifinə qarşı çıxır

«Zorlanma, intihar, qətl və sair kimi cinayət hadisələri bəşəriyyətin faciəsidir. Belə halları törədənlər, bu hallara səbəb olanlar layiqli cəzalarını almalıdrlar». Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AİDP sədri hacı Tahir Abbaslı millət vəkili Qüdrət Həsənquliyevin zorlama üstündə həbs olunanların axtlanması ilə bağlı qaldırdığı məsləyə münasibət bildirərəkən deyib.

Təklifi tükürpədici fətva kimi qiymətləndirən T.Abbaslı təklifi bəzi millət vəkillərinin seçki canfəşanlığı hesab edir. Qüdrət Həsənquliyevin təklifini kommunist sayağı fətva adı verən AİDP sədri bu addımın uğursuz olduğunu bildirdi: «Ölkəmizdə o qədər problemlər var. Mənə elə gəlir ki, bəzi millət vəkilləri vaxtlarını və intellektlərini belə mənasız işlərə sərf etməkdənsə, Qarabağla bağlı sistemli təşəbbüslər göstərsələr, daha yaxşıdır. Hesab edirəm ki, bu təklifi qaldıran və dəstəkləyən millət vəkilləri xalqın mənəvi və maddi haqqını zorlayanlarla mübarizə aparsalar daha yaxşı olar».
T.Abbaslı onu da qeyd etdi ki, bu təklif təsdiqini taparsa ondan sui-istifadə edənlər də tapıla bilər: «Hesab edirəm ki, belə bir təklif qanuna salınarsa və tətbiq olunarsa, cəmiyyətdə qarşıdurmalara səbəb ola bilər».

Zorlama faktına görə, cinayəti törədənin layiqli cəza almasını, məsələn uzun illər həbsdə saxlanılmasını məqbul sayan AİDP sədri bildirdi ki, insani yox, heyvani və nəfsani hisslərlə yaşamağın fəsadları ilə bağlı Qurani Kərimdə hər bir məqam öz əksini tapıb. Bu mənada o, belə problemlərə qarşı mübarizə apararkən Qurini Kərimin köməyindən istifadəni zəruri sayır. İslam dini layiqincə bərqərar olan ölkələrdə zorlama faktlarının çox az olduğunu deyən AİDP sədri hesab edir ki, «axtalama» kimi təklifif ortaya atmaqdansa Qurani Kərimdə əksini tapan tövsiyyələrin düzgün şəkildə cəmiyyətə çatdırılması istiqamətində işlər görmək daha düzgün olardı.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829