Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Qlobal maliyyə böhranı yoxsulların sayını artıracaq

  Sayta qoyulub: 17:51 21.04.2009 (1281 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal maliyyə böhranı  yoxsulların sayını artıracaq

«Qlobal maliyyə böhranı istisnasız olaraq, bütün ölkələrə təsir göstərib. Azərbaycan da qlobal maliyyə böhranının neqativ təsirlərini hiss edən ölkələrdəndir. Artıq böhranın neqativ təsirləri rəsmi məlumatlarda da öz əksini tapır».

Bu sözləri Müstəqil İnformasiya Agentliyinə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yalnız yanvar-fevral aylarında ölkəmizdə 6000 iş yeri bağlanıb: «Çünki rəsmi statiskada iş yerlərinin sayının azalması və eyni zamanda bank sektorunda bankların kütləvi kreditlər verməsini dayandırması müşahidə olunub. Böhran ən çox aztəminatlı və ya yoxsulluq həddində yaşayan insanlara mənfi təsir göstərib. Ümumiyyətlə, bu böhran dünyada yoxsulların sayının artmasına gətirib çıxara bilər. Güman olunur ki, qlobal maliyyə böranı nəticəsində Azərbaycanda 2009-cu ildə yoxsulluq həddi 2008-ci ilə nisbətən daha çox olacaq. Xatırlatmaq istəyirəm ki, rəsmi məlumatlara görə, ölkəmizdə yoxsulluq həddi təxminən 12 faizdir. Buna əyani sübut kimi Azərbaycanda xeyli sayda müssisənin bağlanmasını göstərmək olar. Ona görə də rəsmi olaraq, böhranın Azərbaycana təsiri ilə bağlı birmənalı fikrin olmamasına baxmayaraq, bu gün böhranın təsirini hər bir vətəndaş da hiss edir. Artıq son proseslər də göstərir ki, hökumət qlobal maliyyə böhranının ölkəyə təsirini etiraf edir».

İqtisadçı-ekspert, böhranla bağlı hökumətin qınanmasının əleyhinə olduğunu da nəzərə çatdırıb. Onun sözlərinə görə, böhran xarici faktordur və bu, Azərbaycan hökumətinin fəaliyyətindən asılı deyil: «Böhran təkcə Azərbaycana deyil, bütün ölkələrə tsir göstərib. Əslində bu gün məqsəd və hədəf böhranın hansı sfrelara daha çox təsir etdiyini müəyyənləşdirməkdir».

V.Bayramovun sözlərinə görə, qlobal maliyyə böhranının təsirləri böhranın hansı müddəti əhatə etməsindən asılıdır: «Burada daxili faktorlardan daha çox xarici faktor mühüm rol oynayır. Nəzər almaq lazımdır ki, Azərbaycana böhranla yanaşı, neftin qiymətinin dünya bazarlarında azalması da öz təsirini göstərir. Güman olunur ki, 2009-cu ilin sonunadək ölkə iqtisadiyyatında durğunluq hələ qalacaq. Bundan əlavə, bu ilin yekunlarında iqtisdi artımın birrəqəmli olması proqnozlaşdırılır. Baxmayaraq ki, 2006-cı ildən başlayaraq Azərbaycanda iqtisadi artım 35 faizə yaxın idi. Bu rəqəm 2007-ci ildə 25, 2008-ci ildə isə 10,8 faiz olmuşdu. Hökumətin atacağı addımlar birbaşa məhz keçid ölkələrinin atdığı addımlarla uzlaşmalıdır. Keçid ölkələrinin demək olar ki, hamsında artıq anti-böhran proqramı hazırlanıb. Ona görə də hökumətin anti-böhran proqramının hazırlaması və bununla bağlı tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Əgər belə olarsa, böhranın ölkəmizə təsirlərini minimuma endirmiş olarıq».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829