Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : YAP Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirib

  Sayta qoyulub: 12:34 25.02.2010 (265 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı anım mərasimi keçirib

Fevralın 25-də Yeni Azərbaycan Partiyası Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı «Xocalı faciəsini dünyaya çatdıraq: hər birimiz bir təbliğatçı olaq» mövzusunda anım mərasimi keçirib. YAP-ın Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə Milli Məclisin deputatları, partiya fəalları və faciənin canlı şahidləri iştirak ediblər.

Mərasim iştirakçıları öncə Xocalı faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tarix boyu Azərbaycan xalqının faciələrlə rastlaşdığını bildirib. Əli Əhmədov qeyd edib ki, bu faciələr sırasında miqyası baxımından 18 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı qətliamıdır. Onun sözlərinə görə, Xocalı qətliamı özünün qəddarlığı, amansızlığı ilə digər faciələrdən fərqlənir.
«Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli faciələrindən biridir. Bu hadisə zamanı heç kimə fərq qoyulmadan – qocalar, uşaqlar, qadınlar xüsusi amansızlıqla qətlə yetiriliblər. Bu hadisəni fərqləndirən digər məqam etnik zəmində baş verməsidir. Qətliamı törədənlər xalqımıza qarşı nifrətlərini ifadə ediblər. Xüsusi qəddarlığı ilə seçilən bu faciəni unutmağa heç kimin haqqı yoxdur. Xalq öz faciəsini unudanda mübarizliyini də itirmiş olur» deyə YAP Sədrinin müavini vurğulayıb”.
Əli Əhmədov dünya birliyinin də faciələrə fərqli yanaşmalar göstərdiyini qeyd edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ayrı-ayrı yerlərdə baş vermiş faciələrə həssaslıqla yanaşsalar da, Xocalı faciəsinə münasibətdə ikili standartlar mövcuddur. «Bəzi dövlətlər uydurma «erməni soyqırımını» tanıdığı halda, həqiqi, faktlara əsaslanan, hələ qanı qurumamış faciələrə göz yumurlar. Ona görə də, hər bir vətəndaşın vəzifəsi bu faciəni dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır. Azərbaycan dövləti, o cümlədən bir sıra ictimai təşkilatlar, diasporumuz bu yöndə fəaliyyət göstərməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun keçirdiyi aksiyaların əhəmiyyəti xüsusi qeyd olunmalıdır» deyə Əli Əhmədov vurğulayıb.

Ç

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829