Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Dünya şöhrətli pediatr professor İhsan Doğramaçı vəfat edib

  Sayta qoyulub: 12:20 25.02.2010 (282 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli pediatr professor İhsan Doğramaçı vəfat edib

Türkiyə Rektorlar Şurasının və Bilkənd Universitetinin qurucusu, dünya şöhrətli pediatr professor İhsan Doğramaçı bu gecə 95 yaşında vəfat edib. O, ötən il noyabrın 9-dan Hacettepe Universiteti xəstəxanasında müalicə olunurdu.

İhsan Doğramacı 1915-ci il 3 aprel tarixində İraqın Ərbil vilayətində anadan olub. İlk ibtidai təhsilini Ərbildə alan Doğramaçı təhsilini Beyrutda Beyrut Amerika Universiteti nəzdində İnternational College-də (1932) başa çatdırıb. Üç il Bağdad tibb fakültəsində oxuyan Doğramaçı təhsilini İstanbul Tibb Fakultəsində bitirib. 1971-ci ildə Doğramaçı Londonda Kral Tibb Kollecində çalşıb. Doğramacı Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olub. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Tibb və Səhiyyə Elmləri Fakültəsinin, Hacəttəpə Universitetinin yaranmasında böyük rol oynayıb.

İhsan Doğramacı Ankara Universitetinin Rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttəpə Universitetinin rektoru (1967-1975) olub. Sonra isə Paris Universitetinə müəllim təyin edilib. İhsan Doğramacı bir ısra ölkələrin - Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür. Tibb sahsində xidmətlərinə görə Doğramaçı bir sıra ölkələrin mükafatlarına layiq görülüb. Dünyaınn bir sra universitetlərinin fəxri üzvü olan Doğramaçı ayrı-ayrı ölkələrin akademiya və tibb cəmiyyətlərinin üzvü olub. O pediatriya səahsində 80-dən artıq kitabın müəllifdir.

İhsan Doğramaçı Bilkənt ətrafında atasının adına “Doğramaçızadə Ali Paşa” cami də inşa etdirib. İngilis, fransız, alman, ərəb və farsca bilən böyük alim 3 uşaq atasıydı. Doğramaçı bazar günü Bilkənddə dəfn olunacaq.
Allah rəhmət eləsin!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829