Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SİYASƏT : Fəzail Ağamalı: «Qardaşlarım, durun! Belə şeylərə ehtiyac yoxdur»

  Sayta qoyulub: 14:09 21.04.2009 (1384 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: «Qardaşlarım, durun! Belə şeylərə ehtiyac yoxdur»

Xəbər verdiyimiz kimi, bir neçə deputat - Müsavat deputat qrupunun üzvlərindən Arzu Səmədbəyli, İkram İsrafil, İltizam Əkbərli, Böyük Quruluş Partiyasının başqanı Fazil Qəzənfəroğlu, Cəmil Həsənli Türkiyə-Azərbaycan parlamentlərarası döstluq qrupuna üzv olmaq üçün Milli Məclis rəhbərliyinə müraciət ediblər.

Əsas səbəb kimi isə Türkiyə-Arbaycan münasibətləri ilə bağlı son zamanlar yaradılan gərginliyi göstəriblər. Hətta bəzi depuptatlar Azərbaycanda anti-Türkiyə kampaniyasının aparıldığını və bunun qarşısının alınması üçün müəyyən addımlar atmağın vacibliyini bildirirlər.

Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə Azərbaycanda hər hansı bir anti-Türkiyə kampaniyasının aparılmadığını bildirib: «Bəzi qüvvələr qəsdən belə rəy yaradırlar ki, guya Azərbaycanda bu cür kampaniya aparılır. Əslində belə şey yoxdur. Bunlar Cəmil Həsənli kimilərinin xəstə təxəyyülünün məhsullarıdır. Küçələrə baxın, insanlarla təmasda olun, televiziyaya nəzər yetirin, Azərbaycanda Türkiyəyə qarşı kampaniya getmir. Artıq məsələyə nöqtə qoyulubdur. Azərbaycan tərəfi də, Türkiyə tərəfi də məsələyə aydınlıq gətirib. Ancaq Türkiyəni və Azərbaycanı istəməyən qüvvələr bu cür sualları ayrı-ayrı siyasətçilərə ünvanlayırlar, çox təəssüf ki, bəziləri buna başqa cür cavab verir. Mən bilmirəm, bəlkə bunlar da o «mətbəx»in içərisindədir. Düzü, istəməzdim ki, öz həmkarlarım haqqında bu cür fikirlər söyləyim. Onlar da təxribata çəkilir, olmayan bir məsələ ətrafında müzakirə açırlar. Elə sizin agentliyiniz vasitəsi ilə deyirəm ki, qardaşlarım, durun! Belə şeylərə ehtiyac yoxdur».

F.Ağamalı onu da qeyd edib ki, bu kampaniyanın ideoloqu Cəmil Həsənlidir. Onun sözlərinə görə, C.Həsənli heç bir fakta söykənmədən belə bir avantüra ilə məşğuldur: «Ona görə də deyirəm ki, qardaşım, bu avantüranı dayandır! Ölkədə anti-Türkiyə kampaniyası yoxdur».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SİYASƏT bölümünün son 20 xəbəri:



#SİYASƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829