Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : FHN

  Sayta qoyulub: 18:05 17.02.2010 (969 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.
Nizami Gəncəvi

Düz iki həftədir ki, Gəncədə idim. Dostlardan birinə mesaj yazıb, yazımın qəzetdə çıxıb-çıxmadığını soruşdum. Bilirsiniz ki, rayonlara qəzetlər günortadan sonra gətirilir. Dostum yazının çıxdığını bildirdi. Məni xeyli təriflədi. Hətta Anarın yazıya çətin dözəcəyini də yazmışdı mesajda. Mən ona xoş sözlər üçün təşəkkürümü bildirdim. Etika xatirinə hal-əhvalını, nəylə məşğul olduğunu, hansı əsəri oxuduğunu soruşdum. Xeyli populyar, yazıları oxunan köşə yazarı olan dostum daima mütaliə edir. Onun çantasında həmişə kitab olur. Dostum yazdı ki, rayona gedir, avtobusdadır, vəziyyəti çox ağırdır, daha dözə bilmir. Burdan belə aramızda gedən yazışmanı dialoq formasında təqdim edirəm. Zəhləmgetmiş "ki" bağlayıcısından istifadə etməmək üçün. Yəni aşağıda yazılanlar mesajlardır.
- Bir az döz. Avtobus yolda saxlayar yəqin.
- Bakıdan təzə çıxmışıq. Yolda saxlayana qədər dözə bilmərəm. Heç cür mümkün deyil.
- Yola çıxan adam az miqdarda maye qəbul etməlidir. Avtobusa minən adam bütün işini görüb sonra salona daxil olmalıdır. Gərək sizə avtobusa minmək haqqında təlimatlar verəydim. Xəbərim olmayıb.
- Sən təcrübəlisən. Səfərə çox çıxmısan. Bəy, yardım et. Sənin yardımına ehtiyac var.
- Mən Gəncədə, sən avtobusda. Sənə necə yardım edə bilərəm? Birtəhər döz. Avtobus yolda saxlayacaq.
- Dözə bilmirəm. Ya öləcəm, ya da biabır olacam. Sidik kisəm partlayır.
Doğrusu, tanınmış köşə yazarının, dostumun vəziyyəti məni çox narahat etdi. Mən rahat yerdə idim, o isə əzab çəkirdi. Mən ona necə yardım etməyin yollarını axtarırdım. O da ardıcıl mesajlar yazıb, yardım etməmi istəyirdi. O, məni xilaskar kimi görürdü. Elə bil uçqunun altında qalmışdı, uçqunun altından mesajlar yazırdı. Mən onu başa düşürdüm. Adam Murovda xidmət edib. Böyrəkləri xeyli soyuq çəkib. Amma bunu avtobusda kimə başa salasan. Hamı deyəcək ki, bu boyda kişi özünü saxlaya bilmədi. Nəinki deyəcəklər, hətta gedib evdə də danışacaqlar. Dostum rahatlığımı əlimdən aldı. Mən özüm də belə vəziyyətə az düşməmişəm. Bir dəfə N rayonunda nə qədər axtardımsa, tualet tapa bilmədim. Vəziyyət son həddə çatmışdı. Axı, mən gedib kimin qapısını döyüm, hara girim, harda gizlənim? Nəhayət, özümü yanğınsöndürmə idarəsinə soxdum. Problem həll olundu. Tualet çox böyük problemdir. Bu mövzuda mən çoxlu yazılar yazmışam. Oxuyanlar bilirlər.
Çətin söhbətdir. Əbədi problemdir. Deyirlər, tualetin içində və tualetin çölündə keçən vaxt eyni deyil. Məsələn, tualetin içində beş dəqiqə heç nədir. Yəni beş dəqiqədir. Tualetin çölündə ayağının birini qoyub, o biri ayağını götürən adam üçün beş dəqiqə beş dəqiqə deyil, əbədiyyətdir... Mən dostuma növbəti mesajı yazdım.
- Sürücüyə de, avtobusu münasib yerdə saxlasın.
- Saxlamaz. Təzə çıxmışıq Bakıdan, bu tezliklə saxlamaz. Həm də sağımda-solumda arvadlar oturub, vəziyyəti başa sala bilməyəcəm. Utanıram.
- Birtəhər başa sal.
- Arvadlardan utanıram.
Bütün rahatlığım pozuldu. Axı, mən ona necə yardım edə bilərdim. Düşündüm, düşündüm və növbəti mesajı yazdım.
- Sürücünün nömrəsini mənə göndər. Başının üstünə bax. Hər sürücü telefon nömrəsini başının üstünə yazır.
Dostum sürücünün nömrəsini mənə göndərdi. Yuvarlaq bir nömrə idi. Əsl deputat, məmur nömrəsinə oxşayırdı. Sürücülər qızla tanış olmaq üçün telefon nömrələrini başlarının üstünə yazırlar. Nömrənin ətrafına da xeyli müğənni şəkli yapışdırırlar. Qanı axan ürək şəkli də öz yerində. Ürəksiz nömrə nömrə deyil, rəqəm yığınağıdır. Sürücüyə zəng etdim. Qışqıra-qışqıra danışırdım. Motorun səsi mahnının səsinə qarışmışdı. Birtəhər sürücünü başa saldım. Dedim: "Dostum avtobusdadır, vəziyyəti ağırdı, böyrəkləri xəstədir, yanında arvadlar var, utanır sənə deməyə. Avtobusu münasib yerdə saxla".
Sürücünü başa salmaq asan olmadı. Sürücü qızdan zəng gözləyirdi, amma gör mən onun nömrəsini hansı məqsədlə istifadə etdim. Bir azdan dostum mesaj yazdı.
- Çox sağ ol. Rahatlandım. Çox xoşbəxtəm. Həyat gözəldir. Səni Fövqəladə Hallar Nazirliyinə işə götürmək lazımdır.
- Mənim sürücüyə yazığım gəlir. Qızla tanış olmaq üçün nömrəsini başının üstünə yazmışdı, amma mən bu nömrədən gör necə istifadə etdim...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829