Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Axundovmu, Rüstəmxanlımı?

  Sayta qoyulub: 16:37 14.02.2010 (597 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Başından bəri soyadların dəyişdirilməsi mövzusuna girişməməyi qərara aldım. Amma biriləri heç utanıb-eləmədən, bunu YAPtokratiyanın qəhrəmanlığı, şücaəti, millət və dövlət sevgisi ilə izah etməyə başlayınca, əlbəttə susmaq mümkün deyil.
Guya bu ölkədə hamının soyadı - lı, - li, - oğlu, - qızı sonluqları ilə bitməyə başlayandan sonra hər şey düzələcəkmi? Sanki hər yarağımız vardı da, bircə saqqal darağımız çatmırdı. Ölkəni idarə edən sistemin mahiyyəti anti-milli qaldıqca, soyadlar ha milliləşdirilsin, ha milliləşdirilməsin, nə fərqi var ki? Soyadı çoxdan milliləşmiş Sabir Rüstəmxanlı hələ də soyadında - yev sonluğunu daşıyan Ənvər Əliyevi hakimiyyətin seçki saxtakarlığına ortaq olmadı, MSK-nın yekun protokolunu imzalamadı deyə, qapı arxasında qoymadımı? Ənvər müəllimə bu fədakarlığına, cəsarətinə görə təşəkkür etmək əvəzinə onu başqa biri ilə əvəzləyib, cəzalandırmadımı?
Bu xalqın ədəbiyyatında, mədəniyyətində, fikir tarixində Axundovdan, Əbürrəhim bəy Haqverdiyevdən, Üzeyir Hacıbəyovdan belə, ən işıqlı adamlar soyadlarında - ov, - yev sonluqlarını daşımırdılarmı? Bu, onların böyüklüyünə, bu millət və bu vətən üçün xidmətlərinə zərrəcə kölgə sala bilirmi? Əlbəttə, yox. Əvəzində bu gün saxta şəkildə soyadlarını milliləşdirənlər millətin və vətənin maraqlarını "uf" demədən öz mənafelərinə qurban vermirlərmi? Hansı birini deyək: Zəlimxan Yaqubunumu, Fazil Mustafasınımı, Qulamhüseyn Əlibəylisinimi, Cahangir Məmmədlisinimi, Çingiz Qənizadəsinimi?
Artıq bunu anlamaq zamanı gəlib: Azərbaycandakı anti-milli, anti-insani, anti-demokratik sistem qaldıqca, burada hətta ən gərəkli təşəbbüs də fiaskoya uğramağa, süni kampaniyaçılıqdan bir addım o tərəfə keçməməyə məcburdur. Formallığa məcburdur.
Ən əsası isə, bu ölkənin vətəndaşının əlindən ən elementar hüquq və azadlıqlarını alıb, onu səfalətin və cəhalətin dibinə yuvarlayıb, sonra soyadların milliləşdirilməsini bir millətsevərlik, bir vətənpərvərlik şousuna çevirmək, özünü xalqa bu yolla şirin salmağa, doğma göstərməyə çalışmaq riyakarlıqdan başqa bir şey deyil.

Siz insanların soyadlarından şəkilçiləri dəyişə bilərsiniz, amma ölkənin şəklini yox! Ölkənin şəklini dəyişmədən, hansısa şəkilçini dəyişməklə qarınlar doymaz, işğaldakı torpaqlar qayıtmaz, haqq-ədalət yerini bulmaz, qanunlar işləməz, cəhalət bitməz. Elə isə allah xətrinə, biri mənə anlatsın: bütün bunların heç biri olmazsa, soyad sonluğunun nə mənası qalır?

Saxta seçkilər ölkəsində ədalətli mükafat axtarışı

İndi haqqında yazacağımız məsələ də hardasa soyad hay-küyçülüyü ilə səsləşir, bir medalın iki üzü kimidirlər. Milli Kitab Mükafatının ilk onluğu açıqlandı. Münsiflər Heyəti üç qalibi bu onluqdakıların arasından seçəcək. Mükafatın təşəbbüsçüsü igar Köçərlinin şikayətlərini oxudum srağagün. Kimlərsə qalib olmaq üçün əldən-ayaqdan getməkdədir. Yalvarmalar, yaxarmalar, yuxarılardan tapşırmalar, rüşvət təklifetmələr-filan, hamısı baş alıb gedirmiş. igar xanımı anlayıram. Amma lütfən igar xanım da bu mükafatı tənqid edənləri anlasın artıq.
Biz başından bəri hökumətin barmaq elədiyi, tədbirlərində mədəniyyət və turizm nazirinin keçib yuxarı başda əyləşdiyi bir mükafatın fiaskoya məruz qalacağını yazanda küsüb-inciyirdi igar xanım. İndi nə qədər haqlı olduğumuzu özü də görür. Azərbaycanda bu hakimiyyətin sayəsində rüşvət, tanışlıq, yerlipərəstlik, tayfacanlıq dövlət siyasətinə, həyat normasına çevrilibsə, hansı obyektiv mükafatlandırmadan danışmaq olar? İndiki sistem və bu sistemin ölkəyə gətirdiyi bəlalar aradan qalxmayınca istəyirsiniz münsiflər heyətinə Rəşad Məcid, Elçin Şıxlı, Elnur Baimov, Rəbiyyət Aslanova kimi ədəbiyyatla, ədəbiyyat cəhənnəm, həqiqətlə yaxından-uzaqdan əlaqəsi olmayan adamları deyil, lap Markesi, Orxan Pamuku, Ekonu, Uelbeki-zadı gətirib oturun, heç bir doğru seçimdən, qiymətləndirmədən danışmaq mümkün deyil. Bu ölkədə hər şey bir prinsiplə müəyyənləşir: iqtidarın sevimlisi olmaqla! İqtidarı sevmirsənsə, iqtidarın sevimlisi deyilsənsə, istəyirsən Milli Kitab Mükafatına dünyanın ən gözəl romanını, hekayəsini göndər, ən son mərhələdə olsa belə, burnundan vurub geri qaytaracaqlar. Hətta ilk baxışda bəlkə elə görünəcək ki, seçim zamanı hər şey ədalətli olub, amma 16 ildir elə bir reallıqda yaşayırıq, insanların qafasında istər-istəməz sual işarələri yaranmalıdır. Yaranır da. İlk onluğa baxıram. Siyahıda Rafiq Tağı dışında, YAP hakimiyyətinə qarşı açıq tənqidi münasibəti olan bir nəfər də yoxdur. Əksəri hakimiyyətin iki əlli dəstəkçisidir. Bir xeyli hissəsi bu hakimiyyətdə müxtəlif postlar tuturlar. Kimlərinsə rüşvət təklif edib, "yuxarılar"dan zəng vurdurub öz qələbəsini təminat altına almaq istəməsindən şikayətlənən Nigar Köçərlidən soruşuram: doğrudanmı, adı ilk onluqda yer alan Əjdər Ol Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yüksək post tutmasa, bura qədər gələcəkdi? Doğrudanmı, Azər Kamal vaxtilə Milli Məclis üzvü olmasa, indi isə Prezident Administrasiyasında aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tutmasa, mükafatın son mərhələsinədək irəliləyəcəkdi? Doğrudanmı, Kamran əzirli İpoteka Fondu katibliyinin rəhbəri olmasa, yaxud Əlabbas Bağırov Bakı şəhər İcra Hakimiyyətində məsul vəzifə daşımasa, Milli Kitab Mükafatının ilk onluğuna düşəcəkdilər? Doğrudanmı, məsələn, Həmid Herisçi ölüsü yerdən hansısa nazirlikdə bir idarə rəisi işləsəydi də, onun romanını ilk onluğa buraxmayacaqdılar?
Nigar xanım, təşəbbüsünüz gözəldir, heç kim heç nə demir. Amma bu ölkədə hər hansı mükafat təsis edib, dəyərli əsərləri seçmək üçün biz öncə əl-ələ verib bu ölkədə ədaləti formalaşdırmalı, hüquqi-demokratik vətəndaş cəmiyyəti qurmalıyıq. Qanunların işləməsinə çalışmalıyıq. Azərbaycanı feodalizmin, geridəqalmışlığın dibinə yuvarlayanlayanlardan xilas olmalıyıq, insanları regionuna, siyasi mənsubiyyətinə, partiya kimliyinə, vəzifəsinə, titullarına görə deyil, istedadına, intellektinə görə dəyərləndirən bir sistemin ortaya çıxması üçün savaşmalıyıq. Əgər buna nail olsaq, kimsənin sizə zəng etdirməyə, rüşvət təklifində bulunmağa nə cəsarəti çatacaq, nə də buna onun əxlaqı yol verəcək.
Əgər buna nail olsaq, o Milli Kitab Mükafatının qalibi, deyil hansısa nazirliyin şöbə müdiri, hətta ölkə prezidentinin özü olsa belə, qafalarda zərrəcə sual işarəsi yaranmayacaq, əksinə, hər kəs qalibi ayaqlar üstə alqışlayacaq.
Bu həqiqəti bilmək, anlamaq məgər bu qədərmi çətindir, igar xanım?..

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829