Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



GÜNDƏM : Hakimiyyət xalq yazıçısının Fəxri Xiyabanda dəfninə icazə verməyib

  Sayta qoyulub: 17:55 20.04.2009 (2442 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyət xalq yazıçısının Fəxri Xiyabanda dəfninə icazə   verməyib

Sabir Rüstəmxanlının siyasi hakimiyyətlə apardığı danışıqlar nəticəsiz qalıb
Aprelin 17-də 79 yaşnda dünyasını dəyişən xalq yazıçısı Sabir Əhmədli dünən Binəqədi rayonundakı köçkünlər qəbiristanlığında torpağa tapşırılıb. Bu gün yazıçının Mətbuat prospektindəki mənzilində «üç» mərasimi keçirilir.
Qeyd edək ki, Sabir Əhmədlinin personasına ögey münasibət yazıçı dünyadan köçəndən sonra da aradan qalxmadı. Sabir Əhmədli müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olsa da, onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə verilməyib. Aldığımız məlumatlara görə, bu problemlə bağlı hakimiyyət təmsilçiləriləri ilə təxminən iki gün davam edən danışıqlar nəticəsiz başa çatıb. Yazıçının Müstəqil İnformasiya Agentliyini bilgiləndirən qohumlarından biri deyib ki, Sabir Əhmədlinin Fəxri Xiyabanda dəfn olunması üçün hakimiyyətlə danışıqları xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı aparıb. İqtidar təmsilçiləri xalq yazıçısının hətta İkinci Fəxri Xiyabanda dəfn olunması ilə bağlı təklifi də qəbul etməyiblər. Buna görə də ailəsi iki gün gözlədikdən sonra aprelin 19-da yazıçını Binəqədi rayonu ərazisindəki köçkünlər qəbiristanlığında dəfn etmək məcburiyyətində qalıb.

Azərbaycan Yazıçılar Birliyi (AYB) də Sabir Əhmədlinin personasına qarşı sayğısızlıq edib. AYB üzvü olan yazarların israrlarına baxmayaraq, bu qurumda xalq yazıçısı ilə vida mərasimi təşkil olunmayıb. Qurumun rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti isə yazıçının dəfn mərasiminə qatılmayıb.

Sabir Əhmədlinin şəxsiyyətinə ögey münasibət onun sağlığında fəal ziyalı mövqeyi tutması ilə əlaqələndirilir. 1993-96-cı illərdə «Ədəbiyyat qəzeti»nə rəhbərlik edən mərhum yazıçı AYB sədri Anarla aralarında yaranmış konflikt üzündən işdən azad edilib. Xalq yazıçısının 1999-2000-ci illərdə mövcud olmuş Milli Müqavimət Hərəkatının rəhbərliyində təmsil olunması isə onun siyasi hakimiyyətlə münasibətlərini ciddi şəkildə zədələmişdi.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#GÜNDƏM bölümünün son 20 xəbəri:



#GÜNDƏM bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829