Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Turist-nazir

  Sayta qoyulub: 16:25 20.04.2009 (1150 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən səhər qəzetləri nəzərdən keçirəndə diqqətimi ən çox cəlb edən bu xəbər oldu: "Səfər Əbiyev səfirləri qəbul edib". Özümə əziyyət verib, yazını axıra kimi oxudum. Məlum oldu ki, müdafiə nazirimiz Rusiyanın, Bolqarıstanın və Latviyanın ölkəmizdəki səfirlərini qəbul edərək, onlarla təxminən bir saat fikir mübadiləsi aparıb.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetiriləndə Səfər Əbiyev Poşada ezamiyyətdə idi. Ölkə başçısı güc strukturlarının rəhbərləri ilə müzakirələr aparanda da müdafiə naziri bu iclasda iştirak etmirdi. Səfər müəllim hətta müavininin dəfn mərasiminə də qatılmadı. Nazir vətənə generalın "yeddi" mərasimi başa çatandan sonra qayıtdı. Babalı deyənlərin boynuna, bəzi həmkarlarımız yazdılar ki, Əbiyev qırx gündə bir dəfə də generalın qapısını açıb, onun ailəsinə başsağlığı verməyib.
İki-üç gün əvvəl informasiya agentlikləri daha bir əsgərimizin dünyasını dəyişməsi haqda xəbər yaydı. Ağdam Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış əsgərin pnevmoniyadan öldüyü bildirilirdi. Mərhumun adı yadımda qalmasa da, 1991-ci ildə doğulduğunu dəqiq bilirəm. Bu, o deməkdir ki, pnevmoniyanın qurbanı olan gənc, ordu sıralarına bu ilin yanvar ayında çağırılıb. Faciəyə bax! Səfər Əbiyevin rəhbərlik etdiyi orduda 18 yaşlı gənci cəmi üç aya yataq xəstəsinə çevirib, axırına çıxırlar. Məni daha çox qəzəbləndirən isə elə həmin gün oxuduğum başqa xəbər oldu. Müdafiə Nazirliyinin mətbuat xidməti Səfər Əbiyevin Qətərdə rəsmi səfərdə olduğuna dair xəbər yaymışdı. Bu qədər ağ eləmək olmaz! Əsgər burda pnevmoniyadan ölür, amma nazir gündə bir ölkəni gəzir.
Siz, Azərbaycanın hərbi qüdrətinin artmasına Qətərin zərrə qədər təkan verəcəyini ağlınıza gətirirsinizmi? Şəxsən mənim belə bir gözləntim yoxdur. Kobud çıxsa da, yazacağam: keçəl dərman tapsa, öz başına sürtər.
Səfər Əbiyevin gəzib-dolaşıdığı ölkələrin adlarını sadalasaq, bu sütunda yer qalmaz. Maşallah, nazirimiz Avropadan vurub, Afrikadan çıxır. Amma nədənsə sıravi azərbaycanlılar bu səfərlərin xeyrini görmür. Hələ bir qarış torpağımız işğaldan azad olunmayıb. Əsgərlərimiz isə ötən əsrə xas olan ən iyrənc xəstəliklərdən dünyasını dəyişirlər.
Əslində, müdafiə nazirinin həmişə hərəkətdə olması yaxşı haldır. Amma gərək, Səfər müəllim heç olmasa, ayda-ildə bir dəfə yolunu cəbhə bölgəsindən də salsın. Mən, Səfər müəllimin axırıncı dəfə nə vaxt cəbhə bölgəsində olduğunu xatırlamıram. Təəssüf ki, o, qoşunların təmas xəttinə ancaq prezidenti müşayiət etmək üçün gedir. Halbuki müdafiə nazirini Qətərdə deyil, Murovda gözləyirlər. Səfər Əbiyev özünə əziyyət verib, ayda bircə dəfə cəbhə bölgəsinə getsə, Azərbaycan əsgərinin hansı məşəqqətlərə qatlaşdığını öz gözlərilə gərər. Səfər Əbiyev və ordu generaliteti isti kabinetlərdə mürgü vurduqları üçün zavallı əsgərlər soyuq səngərlərdə donurlar.
Səfər müəllim, yayda günvurmadan, qışda donvurmadan həlak olan qeyrətli Azərbaycan övladlarının hansı dözülməz şəraitdə xidmət etdiklərini görmək üçün Monqolustana deyil, Füzuliyə, Ağdama, Tərtərə getmək lazımdır. Təbii, əgər cəbhə bölgəsində xidmət edən əsgərlərin taleyi sizi zərrə qədər maraqlandırırsa...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829