Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Vergilər Nazirliyi ilin sonuna qədər bəzi obeyktlərdə vergi yoxlamalarını dayandırır

  Sayta qoyulub: 12:45 14.03.2009 (1312 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi ilin sonuna qədər bəzi obeyktlərdə vergi yoxlamalarını dayandırır

İqtisadi böhranının təsirlərini azaltmaq məqsədilə həyata keçirilən bu yeniliklər sahibkarların vergidən yayınması hallarına imkan verməyəcək
Vergilər naziri Fazil Məmmədovun əmri ilə 2009-cu il dekabrın 31-nə qədər istehsalla məşğul olan müəssisələrdə vergi yoxlamaları müvəqqəti dayandırılır. Amma bu aksizli mallarının istehsalı və faydalı qazıntılarla məşğul olan sahibkarlara şamil edilməyəcək. Belə yoxlamalar yanacaqdoldurma məntəqələrində də aparılacaq. Bundan fərqli olaraq aylıq dövriyyəsi 30 min manatdan yüksək olan, ödənişi posterminallar vasitəsilə pərakəndə ticarət və ictimai iaşə obyektlərində belə yoxlamalar keçirilməyəcək. İlin sonuna qədər səyyar və xronometraj yoxlamalar ayda 30 min manatdan az olmayaraq vergi ödəyən şadlıq evlərində, sahəsi 6 kvadratmetrdən az olan pərakəndə ticarət obyektlərində aparılmayacaq. Bu ilin yanvarın 1-dən də ev tikintisi ilə məşğul olan şirkətlər ilin sonuna qədər yoxlamalardan azaddır. Yeni qərarın əhatə dairəsi genişdir. Belə ki, 2 nəfərdən çox işçisi olmayan zərgərlik məhsulların istehsalı və təmiri ilə məşqul olan obyektlərdə, mebel istehsalı və təmiri üzrə müəssisələrdə, foto-video xidmət, paltar, ayaqqabı tikişi və təmiri, trikotaj məhsullar obykektlərində, məişət texnikası təmirində, avtonəqliyyat vasitələrinin təmiri və xidməti ilə məşqul olan obyektlərdə yoxlamalar ilin sonuna qədər dayandırılır. Vergilər Nazirliyindən ANS-ə verilən məlumata görə, yeniliklər sahibkarların vergidən yayınması, sui-istifadə hallarına imkan verməyəcək. Belə ki, sahibkarlara nəzarət kameralar və bəyənnamələrin yoxlanılması vasitəsilə həyata keçiriləcək. /ANS TV/

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829