Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Nərimanovda əməliyyatçıların polis rəisinin oğlunu saxlamaları vəziyyəti gərginləşdirib

  Sayta qoyulub: 14:32 19.04.2009 (1557 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  Nərimanovda əməliyyatçıların polis rəisinin oğlunu saxlamaları vəziyyəti gərginləşdirib

Bir müddət əvvəl Nərimanov rayon Polis İdarəsində (RPİ) baş verən anlaşılmazlıq hələ də həmin idarədə müzakirə mövzusudur. Belə ki, rayon polis idarəsinin rəisi, polkovnik Muradəli Babayevin oğlunu idarənin cinayət-axtarış şöbəsinin əməliyyatçıları saxlayıblar.
Hüquq-mühafizə orqanlarından "Reytinq" qəzetinə daxil olan məlumata görə, əməliyyatçılar polis rəisinin oğlunu "aftoşluq" etdiyi üçün tutublar: "Polis rəisinin gənc övladı özünü itirdiyi üçün əməliyyatçılara atasının polis rəisi Muradəli Babayev olduğunu belə, deyə bilməyib. Əməliyyatçılar onu saxladıqdan sonra atasının rəis olduğu idarəyə gətiriblər. Məhz idarədə onun rəisin oğlu olduğu aydınlaşıb. Əməliyyatçılar bunu bildikdən sonra məsələni sakit şəkildə yoluna qoymaq istəyiblər. Amma rəis bundan xəbər tutub".
Mənbə bildirir ki, bundan qəzəblənən M.Babayev əməliyyatçıları təhqir etməkdən də çəkinməyib. "O, əməliyyatçıları təhqir etməklə yanaşı, "sizin işiniz-gücünüz yoxdur? Siz cinayətkar axtarırsınız, yoxsa "Aftoş"? "Aftoşlar"la mübarizə aparmaq üçün yol polisləri var. Deyəsən, cinayətkarlığın artdığı bir dövrdə siz özünüz üçün asan qazanc mənbələri axtarırsınız", - deyərək, onları bir sıra ağır məsələlərdə ittiham edib.
Polisdəki mənbə həmin əməliyyatçıların adını çəkməsə də, qeyd edib ki, M.Babayev bu hadisədən sonra onları "gözüm-çıxdı"ya salıb: "İndi rəis onları "vurmaq" üçün bəhanə axtarır. Hələki əməliyyatçılar ona belə bir əsas vermirlər. Yəni həddən artıq ehtiyatlı hərəkət edirlər ki, ara sakitləşsin və rəisin qəzəbindən qurtulsunlar".
Yeri gəlmişkən, onu da qeyd edək ki, Muradəli Babayev əvvəllər İmişli rayon Polis İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Şirvan şəhər Polis İdarəsinə rəis, təxminən bir il əvvəl isə Nərimanov rayon Polis İdarəsinə eyni vəzifəyə təyin edilib.
Amma bu bir il ərzində o, Nərimanov rayonunda xeyli obyektlərə sahiblənib. Onun son "əməliyyatlar"ından biri isə Həsən Əliyev küçəsi ilə Xan Şuşinski küçələrinin kəsişməsində olan sahə müvəkkiliyinin inzabati otağını ələ keçirmək olub.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829