Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Əsl intellektuallar hardadır?

  Sayta qoyulub: 17:50 28.01.2010 (1103 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlin, demokratik düşərgənin əsas üstünlüklərini bir daha sadalayaq. Azərbaycanda oxunan köşə yazarlarının hər biri dəyişiklik arzusundadır. Yəni körpüləri, fəvvarələri, regionların inkişafını vəsf edən yazarın oxunma şansı yoxdur. Mümkün deyil. Bunu özləri də bilirlər. Hakimiyyət qəzet məsələsində uduzur. Bəlkə də buna görə, son vaxtlar hakimiyyət qəzetlərində ciddi maliyyə sıxıntısı yaşanır. Oxunan yazarlar dəyişiklik istəyən yazarlardır. Onların sayəsində düşərgəsini dəyişən adamlar gözdən salınır, imicləri ləkələnir, sıradan çıxırlar. Buna görə də Azərbaycanın siyasi həyatında "cib müxalifəti" yaratmaq cəhdləri uğursuzluqla nəticələnir. Pullar havaya sovrulur. Pul, maaş qutardıqda "cib müxalifəti"nin ətrafında şirəyə yığılmış adamlar yoxa çıxırlar.
Hakimiyyətə yaxın qəzetlərin saatış faizi çox aşağıdır. Əlbəttə, real vəziyyət özlərinə məlumdur. Hakimiyyətə yaxın qəzetlər hətta mədəni müxalifət mövqeyi tutmuqda belə, çətinlik çəkirlər. Məsələn, Yazıçılar Birliyinin tənqidi elə hakimiyyətin siyasətinin tənqididir. Yaxud, nazirliklərin tənqidi başqa qəzetdə başqa bir nazirliyin tənqidi ilə nəticələnir. Bu qəzetlərin hər biri müəyyən bir dairənin təsiri altındadır. Nəticədə heç də xoş olmayan, yaxud xoş olan (bizim üçün) mənzərə yaranır. Köşə yazarları müxalifət düşərgəsinin snayperləridir. Fikir verin, son vaxtlar hakimiyyətin danışan simaları, hakimiyyətin mövqeyini müdafiə edənlər daha əvvəlki kimi öz fikirlərini əsaslandıra bilmirlər. Əvvəla, danışmağa söz yoxdur. Böhranı hər kəs görür, hiss edir. Şəhər üstündə "satılır" elanları ilə ora-bura şütüyən maşınlarla doludur. Hətta bəzi banklar girov götürdükləri maşınları saxlamağa yer tapmırlar. Girov götürülmüş maşınları bank əməkdaşları həyətlərində, qohumlarının həyətlərində saxlayırlar. Böhranın daha şiddətli dalğası gəlir. İş o yerə çatıb ki, Misir Mərdanov verdiyi açıqlamada bunu etiraf etdi: "Böhranla əlaqədar olaraq, müəllimlərin maaşı qalxmayacaq". Hakimiyyətin mövqeyini müdafiə edənlərin sırası seyrəlməkdədir. Biznes elitasında ciddi narazılıqlar başlayıb. Vergi yığanlar orta təbəqə sahibkarları intihar həddinə çatdırıblar. Mübariz Qurbanlını "Lider" telekanalının efirində görən adamların əsəbləri yerindən oynayır. Zahid Oruc, Aydın Mirzəzadə kimi hakimiyyət müdafiəçiləri günü-gündən gülünc vəziyyətə düşməkdədirlər. Danışanda da cavablarını 10 yazıyla alırlar. Anar, Elçin danışmaq istəmir. Biabır olmaqdan beziblər. Müsahibə verəni bir neçə yazar ifşa edir. Zatən, danışmağa söz də qalmayıb. Hakimiyyət qalıb Aydın Mirzəzadənin ümidinə. Son vaxtlar Aydın müəllimin də əsəbləri sıradan çıxıb.
Bu il seçki ilidir. Proseslər qızışmaqdadır. Böhranın şiddətlənməsinin parlament seçkisiylə üst-üstə düşməsi hakimiyyət üçün çox ağır il vəd edir. Bir daha təkrarlamağı zəruri hesab edirəm. Seçki və böhranın üst-üstə düşməsi ilin hakimiyyət üçün ağır keçəcəyini diqtə edir. Hətta hakimiyyət yetkililərinin açıqlamaları artıq bir-birini təkzib etməkdədir. Klassik formada fikirlərimizi ifadə etsək, deyək ki, cin şüşədən çıxmaqdadır.
Yeri gəlmişkən, Vasif Talıbova "Şöhrət" ordeninin verilməsi lap yerinə düşdü. Bir sürü yazıçı, şair "Şöhrət" ordeni almaq üçün necə oyunlardan çıxmışdılar, necə yaltaqlıqlar etmişdilər. Sonda həmin orden meyxanaçı Ağasəlimə və Vasif Talıbova da verildi. Həmçinin Əkrəm Əylisliyə. Əjdaha söhbətdir. Görəsən, Vasif Talıbov "Şöhrət" ordeni alanda Əkrəm Əylisli hansı hissləri keçirdi? Bəlkə də Əkrəm müəllim daha "hiss keçirməyi" yadırğayıbdır. Hərçənd bir vaxtlar "Ürək yaman şeydir" adlı hekayə yazmışdı. Əkrəm müəllimə çox da qələm sərf etməyək. Sadəcə, "Şöhrət" ordeninin hardan hara gəldiyini yazmaq üçün adını xatırladım. Bilmirəm, nədənsə "Şöhrət" ordenindən söz düşəndə, yadıma Əkrəm Əylisli və meyxanaçı Ağasəlim düşür. Bazar günüdür, qocaman yazıçımızın qanını çox qaraltmayaq. Bitirək bu söhbəti və mövzumuza qayıdaq. Daha doğrusu, "əsl intellektuallar hardadır" sualına bacardığımız qədər qısa cavab verək. Həm də cəmi bir saatdan sonra Gəncəyə getməliyəm. Bu mövzuya yenə də qayıdacağam.
Populyar yazarlar kimi ağır çəkili fikir adamları da ölkədə dəyişiklik istəyirlər. Bu, çox önəmli məsələdir. Düzdür, aşağıda adlarını sadaladığım ağır çəkili fikir adamlarının arasında mövqeyini kəskin və yumşaq ifadə edənlər var. Amma bir məsələ dəqiqdir, onlar ölkədə dəyişikliyin baş verməsini arzulayırlar. Rəhman Bədəlov, Niyazi Mehdi, Zəfər Quliyev, Əli Abbasov, Xəqani Hass, Erkin Qədirli, Ağalar Məmmədov kimi fikir adamlarının qarşısına çıxartmağa hakimiyyətin adamı yoxdur. Və yuxarıda adlarını sadaladığım fikir adamları çox aktivdirlər. Onlar yazırlar, danışırlar, tədbirlərdə iştirak edirlər. Xüsusən Erkin Qədirli və Ağalar Məmmədov çox aktivdirlər. Gənclər bu iki fikir adamıyla ünsiyyətə girməyi, onları dinləməyi çox sevirlər. Məsələn, Ağalar Məmmədovun sonuncu məruzəsində 250 gənc iştirak edirdi.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829