Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Bahar Rüstəmli : Oğru elə bağırdı ki...

  Sayta qoyulub: 13:44 19.04.2009 (779 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Habil Əliyevin Reytinq" qəzetinə müsahibəsindən xeyli vaxt keçsədə onun Beynəlxalq Muğam Festivalı barəsində dediyi sərt fikirlərlə bağlı gəzən söz-söhbətlər Mətbuat Şurasına qədər uzandı. Bəli, düz eşitdiniz, xalq artisti Mətbuat Şurasına şikayət ünvanlayıb. Nəyə görə? Bax, bunu mən hələ də ayrıd edə bilmirəm.
Xalq artistinin fikirlərini oxuyan və məlum müsabiqənin münsiflər heyətində təmsil olunan sənət adamlarından bəziləri növbə ilə ölkə mətbuatında göründü. Xüsusən də müxalifətyönlü qəzetlərə çıxaraq "Habil Əliyev nə danışdığın bilmir" deyə iz azdırmağa çalışdılar.
Maraqlısı isə danışan şəxsin, yəni Habil Əliyevin özü oldu. "Reytinq" qəzeti satışa çıxan günün səhəri, yəni bazar ertəsi Habil Əliyev mobil telefonuma zəng etdi. Salamlaşıb hal-əhval tutan sənətkar "Mən dediyim sözün arxasından qaçmıram. Demişəm və dediklərimi də təsdiqləyirəm. Amma bu region məsələsini nahaq bu qədər şişirtdin. Arif Babayev mənə deyir ki, "o qızın mənimlə problemi var. O, bütün yazılarında bizi gözdən salmağa çalışır". Mənim sizdən bir xahişim var, Arif Babayevə zəng vurun. Çox xahiş edirəm".
Səhər ölkə mətbuatının səhiflərini vərəqləyəndə "Arif Babayevə niyə telefon açmalıyam" sualının cavabını anladım. Həmkarının dediklərindən dəhşətə gələn A.Babayev (Halbuki bir vaxtlar o, müxalifət qəzetlərində görünmək istəmədiyini deyirdi) özünü o dərəcədə unutdu ki, açıqlama verdiyi mətbuatın hansı partiyaya mənsub olduğunu belə yaddan çıxardı: "Habil Əliyevin dedikləri məni dəhşətə gətirdi. Oturub evdə, heç nədən xəbəri yox. Kim gəldi arxasınca danışır. Sənətdə olan insancığazlar mənim nifuzumu həzm edə bilmirlər. Bunun arxasında bir qrup uğursuz, qərəzli, nifrət tuluğu olan sənət yoldaşlarım durur. Təəssüf ki, onların bir-biri adlarını bilmirəm. Amma narahatlığını da başa düşürəm. Bu insancığazlar Arif Babayevin şəxsiyyətini, hörmətini, sənət uğurlarını gözü götürməyənlərdir. Mənim bir çəmadan ordenim, bir çəmadan medalım, bir çəmadan adım-sanım var. Muğam sənət dünyasında professor adını alan sənətkaram və münsiflər heyətində oturmaq mənim haqqımdır".
Doğrusu, mən onun bu açıqlamasını başa düşə bilmirəm. Arif Babayevi gözü götürməyənlər, onun uğurlarını həzm edə bilməyənlər kimlərdir? Bir həqiqət var, bu gün kim efirə çıxırsa "professor Arif Babayev" deyir. Bəs elə isə onun insancığaz adlandırdığı kimdir? Bəlkə cənab Babayev Alim Qasımov, Tələt Qasımov, Canəli Əkbərov, Mələkxanım Əyyubova, Zabit Nəbizadəni nəzərdə tutub? Hər halda adları çəkilən sənətkarlar münsiflər heyətində təmsil olunmayanlardır.
Cənab Babayev! Siz hələdə başa düşmək istəmirsiniz ki, yaşadığınız dəbdəbəli imarət, ürəklə saydığın çəmadan dolu orden, medallar, prezident təqaüdü, hətta sükan arxasında oturduğun "Cip" də bəyənmədiyiniz, bəzən "başı xarabdır, dəlidir" deyə ələ salıb ironiya ilə güldüyünüz dünya şöhrətli, xalq artisti Alim Qasımovun əməyi hesabına əldə olunub. O, Azərbaycan muğamını dünya səhnələrində təbliğ edib, YUNESKO-VMT-nin mədəniyyət üzrə təşkilatına üzv qəbul etdirəndə Siz münsiflər heyətinin üzvləri "Vahid" poeziya evində bekarçılıqdan milçək qovurdunuz. Bəzilərinizin səsi isə palatka toylarından gəlirdi. Bəzi muğam ifaçılarının günü Faiq Ağayevin, Aygün Kazımovanın, Nadir Qafarzadənin arxasınca danışmaqla keçirdi. "Muğam dərin uçuruma düşüb, bir kişi yoxdur ki, onu bu vəziyyətdən xilas etsin. İllərlə efirə həsrət qalmışıq". Bu sözlərin müəllifi də məhz SİZlərsiniz. O zaman niyə sinənizi irəli vermədiniz? "Muğam da var" deyə niyə aygünlərin, faiqlərin qarşısına keçmədiniz? Hünəriniz çatmadı, yoxsa pulunuz? Niyə dünya səhnəsindən Sizin deyil, məhz Alim Qasımovun səsi eşidildi? Sizlərin səsi isə nəinki muğam YUNESKO-da qəbul ediləndən sonra, hətta Heydər Əliyev Fondu bu sənətə dəstək verəndən sonra çıxdı. Siz münsif üzvləri bu boyda uğuru görməməzliyə vurursunuz. Bəlkə, deyəsiniz, göz götürülməyən kimin uğurudur? Sizin, yoxsa Alim Qasımovun?
Cənab Babayev! Amerikanın "Nyu-York Tayms" deyilən məşhur bir mətbuat orqanı var. Bəlkə, dini-dinimizdən, qanı-qanımızdan olmayan amerikalılar da Sizin uğurunuza qısqanır? Amma nədənsə məhz o qəzetdə Arif Babayevdən deyil, Alim Qasımovun uğurlarından yazılmışdı. Özüdə bir səhifə... Şəkilləri boy-boy düzmüşdülər. Qızı Fərqanə və onları müşaiyət edən heyət də yanındaydı. Yəqin ki, bu barədə heç eşitmək istəmirsiniz. Beynəlxalq Muğam Festivalının düzgün keçirildiyini bəyanlayan münsif dostlarınız da nədənsə həmin qəzetin səhifəsində gözə dəymir. Uğur budur, cənab Babayev! Əlacınız olsaydı Amerikaya gedib "Nyu-York Tayms" qəzetinin baş redaktoruna deyərdiniz ki "o, müxbirin Babayevlə problemi var".
Cənab Babayev! Çox professor, professor deyirsiniz. Sizin bu professor deyib sinənizə döydüyünüz özündənrazılıq əlaməti yadıma "Ulduz" kinofilmindəki məşhur Gülümsərov obrazını saldı. Babayev və Gülümsərov... Bəs bunları bir-birindən fərqləndirən nədir? Limon ilə mandalinin birləşməsindən limandra almağa çalışan Gülümsərovun son aqibəti onun bu elmdən bixəbər olmasını sübut etdi. Gülümsərovun limon daşıyanı Mövsümlə Məhəmməd isə Mənsum İbrahimovla Əlibaba Məmmədovun baris nümunəsidir. Gülümsərov yalandan olsada limon ilə mandalini calaq etməyə çalışdı. Bəs, Sizə bu professor adı hansı elmi araşdırmanıza, monoqrafiyalarınıza, məqalələrinizə, bir sözlə, muğam sənət dünyasına gətirdiyiniz elmi kəşfinizə görə verilib? Elmlər namizədi, doktorluq disertasiyanızın mövzusu nə idi? Polad Bülbüloğlu və rəhmətlik Mirzəcanzadənin sizə verdiyi bu professor adı deyilənə görə sadəcə, bir vəzifədir. Əgər bu sahədə hansısa elmi ixtiranız varsa, buyurun, bu meydan, bu da şeytan.
Ümumiyyətlə, Heydər Əliyev Fondu muğama ayırdığı diqqət və qayğıdan sonra hamı bu sənət barəsində fikir yürütməyə başlayıb. Elə biri xalq artisti, "Nəsimi" kinofilmindəki "Dərviş" obrazından yaxşı tanıdığımız Şeyx Əbdül Mahmudbəyov... "Azadlıq"a müsahibəsində deyir ki, guya o, muğam sənəti üzrə böyük işlər görmüş adamlardan biridir. O, hələ 1988-ci ildə muğamın dünyanı heyrətə gətirəcək ideoloji silah olduğunu deyib. Görəsən, söhbət hansı işlərdən gedir? Şeyx həzrətləri bunu nəylə sübut edər ki, o, muğam sahəsində böyük işlər görənlərdəndir. Cənab Mahmudbəyov həzrətləri deyir ki, "İstəyirəm Mehriban xamına müraciət edəm ki, əlinizi muğamın üstündən çəkin". Bir bundan soruşan lazımdır ki, Mehriban xanım Əliyeva siyasi kursunu sizinlə məsləhətləşir? Axı sənin bu sənətə nə aidiyyatın? Bəlkə bu sahədə mütəxəssissən? Daha bu dərəcədə ağ eləmək olmaz.
Şeyx Əbdül Mahmudbəyovun sözlərindən belə çıxır ki, guya biz Azərbaycanda muğamla bağlı tədbirlərin keçirilməsinin əlehinəyik. Əsla! Bu kimi festivalların sayı nə qədər çox olsa, bir o qədər bizim xeyrimizədir. Sadəcə, biz həqiqətin tərəfindəyik. Hər şey haqq-ədalətlə olsun. Qurunun oduna yaş yanmasın.
Amma neyləyək ki, həqiqəti dilinə gətirən xalq artistləri sonda sözlərinin üstündə durmur. Habil Əliyev də üz tutub Mətbuat Şurasına ki, ay haray amandı, daddı mən "Reytinq"ə elə sözlər deməmişəm. Belə yerdə deyiblər də "oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı". Amma mənim bağrım yarılmadı. Çünki əlimdə Habil Əliyevin səsi olan kaset var. Mətbuat Şurasına qədər gedən 82 yaşlı xalq artisti, ağsaqqal, belə mərd idinsə gecə saat 12-yə 20 dəqiqə qalmış mobil telefonuma zəng edib, məni təhqir etdiyini də deyəydin. Yoxsa söyüşlərini də danırsan? Elə isə yadınıza salım: "Siz jurnalistlərin qazandığı və yediyi çörəyin içinə tüpürüm". Dəhşət... Siz bir ağsaqqal sözünə baxın. Habil müəllim, çörək müqəddəsdir, bərəkətdir. Görün, muğamdan gələn pullar bu insanları nə qədər çaşdırıb ki, hətta yedikləri çörəyin içinə tüpürməyə belə hazırdırlar.
Biz alnı açıq, sözü üzə deməklə pul qazanırıq. Sizlər kimi sözü deyib, sahib olduğunuz şan-şöhrət, var-dövlətin əlinizdən alınmaması üçün geri çəkilən insanlar kimi deyilbr.
İndi söz sizindir, cənab Əliyev! Deyin görək kimin qazandığı pulun içinə tüpürüləsidir, mənim yoxsa...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829