Astroloji proqnozu Səbuhi Rəhimli təqdim edir
QOÇ - Bəxtinizdə mistik bir gün durur. Belə ki, qeyri-adi hadisələr, anlaşılmaz situasiyalar sizi müşayiət edəcək. Hisslərinizə nəzarət etməyi unutmayın. Ziyarətgahlara da baş çəkin.
BUĞA - Yaxşı olar ki, sizə aidiyyatı olmayan məsələlərə qarışmayasınız. Əlavə başağrısı nəyinizə lazımdır? Öz ideyalarınızı reallaşdırmağa çalışın. Əsas vaxtı sevgiyə yönəldin.
ƏKİZLƏR - Bu maraqlı təqvimdə səfərə çıxmaq üçün şanslarınız var. Odur ki, hazırlaşmağa dəyər. Yalan vədlər vermək, yaxın adamları aldatmaq sizə zərər yetirə bilər. Bəxtinizdə pul da var.
XƏRÇƏG - Dünəndən mənfi enerjili Ay bürcünüzə girsə də, ovqatınız yaxşı olacaq. Ətrafınızdakı hadisələr sizə sevinc bəxş edə bilər. Saat 14-dən sonra şəxsi büdcənizi artıra bilərsiniz.
ŞİR - İndiki məqamda lovğalıq və özündənrazılıq kimi hisslər sizə başucalığı gətirən deyil. Bu səbəbdən də reallığa qiymət vermək lazımdır. Təcrübəli adamlardan yararlanın.
QIZ - Ulduzların düzümü təxminən saat 13-dək riskli işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə mübahisələrə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə yeni təkliflər alacağınız gözlənilir.
TƏRƏZİ - Ulduzlar ilk növbədə əsəblərinizi qorumağı tövsiyə edir. Çünki indiki məqamda çılğınlıq etməyiniz sizi çox şeydən məhrum edə bilər. Əməkdaşlıqda isə uğurlarınız gözlənilir.
ƏQRƏB - Qarşılıqlı münasibətlər zəminində bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Odur ki, özünüzü mümkün qədər cilovlamalısınız. Nəqliyyatdan az yararlanın. Fiziki işlərə ara verin.
OXATAN - Qarşınızda mübahisəli bir təqvim durur. Hisslərinizi cilovlayın. Başqaları haqqında əmin olmadığınız rəy bildirməyin. Dondurduğunuz işləri isə saat 18-dən sonra davam etdirə bilərsiniz.
OĞLAQ - Şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Amma bir az diqqətli olun. Çalışın ki, "qatara" gecikməyəsiniz. Nahardan sonra xoşagəlimli hadisələr olmalıdır. Qohumlarla əlaqə saxlayın.
SUTÖKƏN - Maliyyə problemlərinizin artmasına baxmayaraq iş prinsipində hər şey ürəyinizcə olacaq. Ola bilsin ki, sizi narahat edən bəzi fəaliyyət sahələrində irəliləyiş baş versin.
BALIQLAR - Bacardığınız qədər neytral olun. Yeni işlərə başlamaq, risk etmək, hansısa qeyri-müəyyən münaqişələri yatırtmaq fikrinə düşməyin. Yalnız adi işlər görməklə bu təqvimi başa vurun.