Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  12:57 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



ASTROLOGİYA : 22 yanvar 2010

  Sayta qoyulub: 15:48 21.01.2010 (603 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Astroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

QOÇ - Dünəndən mənfi enerjili Ay bürcünüzə daxil olsa da, bu, xəstəlik və ya qanqaraçılığı ilə nəticələnməyəcək. Lakin qərar çıxararkən mütləq ehtiyatlı olun. Böyüklərə qulaq asın.

BUĞA - Bu qarışıq təqvimdə maliyyə problemlərinizin həllini sürətləndirməlisiniz. Bu, hər mənada sizə kömək ola bilər. Yeni işlərə başlamaq üçün təcrübəli insanlarla müzakirələr aparın.

ƏKİZLƏR - Həmkarlarınızla münasibətlərinizdə soyuqluq yaranmaması üçün bir qədər güzəştə getməyiniz məsləhətdir. Yersiz iddialarınızı bir qədər məhdudlaşdırın. Axşamsa qonaq gedin.

XƏRÇƏNG - Əsəbi situasiyalara mübtəla olsanız da, mətinliyiniz sayəsində nəticə öz xeyrinizə tamamlanacaq. Nahar ərəfəsində və axşama yaxın büdcənizi artırmaq imkanı qazanacaqsınız.

ŞİR - Yaxşı olar ki, bu gün işlə məşğul olmayasınız. Çünki bəxtinizin işdən kənarda gətirəcəyi bildirilir. Dostlarınızın əhatəsində olun. Uzaq olmayan ünvanlara səfər də edə bilərsiniz.

QIZ - Müəyyən gərginliklər müşahidə olunsa da, bu, heç də insanlardan irəli gəlməyəcək. Qarşılaşdığınız çətinliklərə qarşı tədbirli olun. Göy qübbəsi tənbəlliyinizdən şikayətlənir.

TƏRƏZİ - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Oturaq fəaliyyətə ara verin. Sevdiyiniz adamların arasında olmaqla sevincinizi artıra bilərsiniz. Taleyinizdə dönüş ərəfəsi başlamaqdadır.

ƏQRƏB - Məsləhətsiz addım atmayın. Yaxşı bilirsiniz ki, tərslik etmək sizə xeyir gətirmir. Elə hərəkət edin ki, ətrafdakıların rəğbətini qazanasınız. Cümə günü olduğunu nəzərə alın.

OXATAN - Narahatçılığa heç bir əsas yoxdur. Bütün sutkanı xoş təəssüratla başa vuracağınız güman olunur. Sevgi məsələlərində əməli addımlar atmağınız tələb olunur. Prosesləri dondurmayın.

OĞLAQ - Təəssüf ki, bu gün ulduzlardan hansısa uğur gözləməyiniz əbəsdir. Yaxşısı budur, əsas qüvvənizi əmək fəaliyyətinə yönəldəsiniz. Başqalarının məsləhəti ilə hərəkət etməyin.

SUTÖKƏN - Xoş xəbərlər yolunuzu gözləyir. Aldığınız hər bir təklif zövqünüzcə olacaq. Günün ikinci yarısında isə əzmkarlığınızı artırmaqla pul əldə edə bilərsiniz. Səfərə çıxmayın.

BALIQLAR - Bu gün əsas enerjinizi fəaliyyətə yönəldin. Çünki digər sahələrdə hansısa uğur gözlənilmir. Təxminən saat 14-dən sonra şəxsi işlərinizdə ilkin irəliləyişlər nəzərə çarpacaq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031