Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



ASTROLOGİYA : 11 yanvar 2010

  Sayta qoyulub: 16:30 10.01.2010 (574 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Astroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

QOÇ - Əgər ovqatınızın yüksək, işlərinizin avand olmasını istəyirsinizsə, ətrafınızda olanlarla xoş davranın. Dediyiniz hər bir sözün məsuliyyətini dərk edin. Əsəblərinizə diqqət yetirin.

BUĞA - Çoxsaylı və maraqlı insanlarla bir yerdə olmaq sizə rahatlıq gətirəcək. Yaxşı olar ki, bunu nahardan sonraya saxlayasınız. O vaxta qədərsə ənənəvi fəaliyyətlə məşğul olun.

ƏKİZLƏR - İkili fikirlərdən, faktsız ittihamlardan uzaq olsanız, gün ərzində hansısa xoşagəlməzliklə rastlaşmayacaqsınız. Həmkarlarınızla, köhnə dostlarınızla təbii olmağı bacarın.

XƏRÇƏNG - Kosmik fonun bürcünüzdəki neqativliyi müəyyən məqamlarda uğursuzluq yaradacaq. Ələlxüsus da günün ilk yarısında daha tədbirli olmalısınız. Məsuliyyətsiz adamlardan qaçın.

ŞİR - Gücünüz çatmayan işlərə girişməyin. Çünki bu təqvimdə məsuliyyət hissiniz azalacaq və bu da nəticədə zərərinizə ola bilər. Odur ki, daha çox mənəvi rahatlığa üstünlük verin.

QIZ - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimin müəyyən çətinliklərindən xəbər verir. Amma daxili potensialınızdan yararlanıb qarşıda duran maneələri dəf edə bilərsiniz.

TƏRƏZİ - Yaxşı olar ki, özünüzü çox yormayasınız. Əks təqdirdə mənəvi rahatlıqdan uzaq olacaqsınız. Nahardan sonra ünsiyyətdə olduğunuz adamlar tərəfindən sevindirilmə ehtimalınız var.

ƏQRƏB - İş prinsipində nəzərəçarpacaq irəliləyişlər əldə etmək üçün olduqca səmərəli vaxtdır. Hətta aktivliyinizi artırmaqla şəxsi büdcənizdə müsbət dəyişiklik də edə bilərsiniz. Uzaq yola çıxmayın.

OXATAN - Qarşınızda əsl biznes günü durub. Amma uğurlarınız daha çox əvvəlcədən planlaşdırılmış işlərdə özünü göstərəcək. Belə məqamlarda istənilən mübahisə başınızı ağrıda bilər.

OĞLAQ - İslami dəyərlərə, dini ənənələrə əməl etməyə çalışın. Heç olmasa həftədə bir dəfə savab işlər görmək yaxşı olardı. Ürəyinizə yaxın hər kəsə mərhəmət göstərin. Sülhpərvər olun.

SUTÖKƏN - Günün ümumi mənzərəsi müsbət çalarlıdır. Bu səbəbdən də ətrafınıza gözəllik bəxş edin. İnsan ruhuna zərər gətirən amillərdən uzaq olun. Dilinizi duasız qoymayın.

BALIQLAR - Qəbir ziyarəti, yaşlı qohumlara baş çəkmək gün ərzində savablarınızı artıra bilər. İş-gücdən, məişət problemlərindən uzaq olub bir az da genetik irsinizə xidmət edin.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031