Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Uşaqlar da Misir Mərdanova inanmırlar

  Sayta qoyulub: 16:14 10.01.2010 (896 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dördüncü sinif şagirdi olan qohumum sonuncu görüşümüzdə belə dedi: "Sinfimizdəki uşaqların hamısı yayda türk liseylərinə imtahan verəcək. Heç kim bizim məktəbdə oxumuq istəmir".
Jurnalist marağı güc gəldiyi üçün Elvini sorğu-sual etdim. Məlum oldu ki, məktəb həyatına qədəm qoyanda siniflərində 42 şagird olub. Amma təhsilin səviyyəsi aşağı olduğu üçün bəzi valideynlər övladlarını başqa məktəblərə keçiriblər. Üç il sonra sinifdə cəmi 24 şagird qalıb. Onların ən böyük arzusu isə təhsillərini Bakıda fəaliyyət göstərən türk liseylərində davam etdirməkdir.
Elvindən sinif yoldaşlarının niyə türk liseylərində oxumaq istədiklərini soruşanda, belə cavab verdi: "Məktəbi hər il bizim pulumuzla təmir edirlər. Sinif müəlliməmiz hər ay bizdən fondpulu yığır. Üstəlik, şagirdlərdən ildə bir neçə dəfə süpürgəpulu, pərdəpulu yığılır. Bayramlarda isə ən azı 50 manat xərcimiz çıxır. Utandığımızdan valideynlərimizdən kökə almağa pul istəyə bilmirik". Göründüyü kimi, şagirdlərin problemi ciddidir; onlar uşaq olsalar da, böyüklərin qayğısına qalır, valideynlərinin min bir əziyyətlə qazandığı pulları müəllim adına ləkə olan bəzi adamların sağa-sola xərcləməsinə razı olmurlar. Uşaqlar pul almağa utansalar da, müəllim adına ləkə olan bu adamlar utanıb-çəkinmədən öz çirkin əməllərini davam etdirirlər. Buna görə də Təhsil Nazirliyinin balansında olan orta məktəblər sürətlə boşalır. Belə davam etsə, bir neçə ildən sonra valideynlər öz övladlarını oxutmaqdan imtina edəcəklər. Azərbaycanın təhsil siyasətinin iflasa uğradığı artıq heç kimdə şübhə doğurmur. Misir Mərdanov 8 deyil, lap 88 kitab yazsa da, orta məktəblərdə təhsilin səviyyəsini qaldıra bilməyəcək.
Misir Mərdanov və tabeliyində olan şəxslər bəzi abituriyentlərin qəbul imtahanlarında 600-700 bal toplamasını orta məktəblərdə təhsilin səviyyəsinin yüksək olması ilə əlaqələndirirlər. Tənbəllik etməyib, sonuncu qəbul imtahanlarının nəticələrini bir daha nəzərdən keçirdim. Yüksək bal toplamış abituriyentlərin əksəriyyəti türk liseylərinin məzunlarıdır. Yəni, bu gənclərin əldə etdiyi uğura Misir Mərdanovun heç bir aidiyyəti yoxdur. Heç kimə sirr deyil ki, universitetlərə qəbul olunan orta məktəb məzunlarının ən azı 99 faizi repititor yanında hazırlaşan gənclərdir. Əgər onlar özlərinə əziyyət verib repititor yanına getməsəydilər, Misir Mərdanovun kitablarını oxumaqla nəinki ali məktəbə, heç texnikuma da daxil ola bilməzdilər.
Yüksək bal toplayan abituriyentlərin arasında köçkün məktəblərinin də xeyli sayda məzunu var. Halbuki həmin məktəblərin əksəriyyətinin normal sinif otağı, dərs ləvazimatı belə yoxdur. Yuxarı sinif şagirdləri attestat almaq üçün adlarını bu məktəblərə yazdırır, özləri isə repititor yanında hazırlaşırlar. Mövcud təhsil sistemi təkcə şagirdləri deyil, müəllimləri də məktəbdən uzaq salıb. İndi təkcə ali məktəbə hazırlaşan gənclər deyil, ibtidai sinif şagirdləri də dərsdən sonra repititor yanına gedirlər. Təhsil Nazirliyinin balansında olan orta məktəblərdə uğur qazana bilməyəcəklərini təkcə yuxarı sinif şagirdləri deyil, cəmi dörd ay əvvəl orta məktəbə qədəm qoymuş 6 yaşlı uşaqlar da anlayırlar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829