Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



CƏMİYYƏT : Dalğa Gənclər Hərəkatı prezidentə müraciət etdi

  Sayta qoyulub: 18:25 16.04.2009 (1079 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dalğa Gənclər Hərəkatı prezidentə müraciət etdi

Xəbər verildiyi kimi, Dalğa Gənclər Hərəkatının Cənub Regional ofisinin rəhbəri Pərviz Əzimov Lənkəran Dövlət Universitetindən qovulub. Hərəkat üzvləri iddia edirlər ki, P.Əzimovun universitetdən xaric olunması ilə bağlı verilən qərarın qanunsuz olması ilə bağlı kifayət qədər fakt var: “Barəsində şikayət olunduğu iddia olunan tələbə yoldaşı sonradan izahat verərək, şikayəti stress vəziyyətində verdiyini bildirib. Bundan başqa bu günə qədər barəsində heç bir neqativ qərar çıxarılmamış tələbənin birdən-birə universitetdən xaric edilməsi, bu azmış kimi qərarın ona 15 gün gecikdirilərək təqdim olunması qərəzin bariz nümunəsidir. Qeyd edək ki, P.Əzimovun Lənkəran Dövlət Universitetdə korrupsiya hallarının olub-olmaması ilə bağlı apardığı jurnalist araşdırmasından sonra ona qarşı təyziqlər başlayıb. Biz Dalğa Gənclər Hərəkatı olaraq, Pərviz Əzimovun universitetdən xaric edilməsi faktını ümumilikdə Azərbaycan gəncinə qarşı repressiya kimi qiymətləndiririk. Bu qanunsuz aktın ləğv olunması üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Təhsil Naziri Cənab Misir Mərdanova, millət vəkillərinə, ictimaiyyətin tanınmış nümayəndələrinə müraciətlər göndərilib. Bundan başqa məsələ ilə bağlı məhkəməyə müraciət hazırlanıb, müxtəlif tədbirlər, aksiyalar nəzərdə tutulub.
Hər kəsi bu məsələ ilə bağlı bizə dəstək olmağa çağırır və bildiririk ki, bu problemin həll olunmaması Azərbaycan gəncliyində özünə inamı və dövlətə güvənçi azaldacaqdır ki, biz buna yol verməməliyik”.

Sonda qeyd edək ki, məsələ ilə bağlı 17 aprel saat 14:00-da Reportyorlarin Azadliğı və Təhlükəsizliyi İnstitutunun (RATI) tədbir zalında (Unvan: Rəşid Behbudov 8, mənzil 85, tel, 050 526 13 13) mətbuat konfransı keçiriləcək.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#CƏMİYYƏT bölümünün son 20 xəbəri:



#CƏMİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829