Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Ramiz Mehdiyev həyəcan təbili çalır

  Sayta qoyulub: 16:11 21.12.2009 (1120 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramiz Mehdiyev həyəcan təbili çalır



Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki


Son 15-20 il ərzində Azərbaycan elmi və onun konkret sahələri haqqında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqalələri kimi konkret və kəsərli ikinci bir əsər olmayıb.

Məqalələrin əsas mahiyyəti ictimai və humanitar elmlərimizin inkişaf istiqamətləri ilə yaranmaqda olan “Azərbaycan modelinin” vəhdəti və bu vəhdətin dünya səviyyəsinə yüksəldilməsindən ibarətdir. Yəni bu vəhdət varmı? Dünya elmi bizim bu vəhdətimizin nəticələrini qəbul edirmi? Ramiz Mehdiyev çox sərrast olaraq deyir ki, “qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin”. Dəyərli fikirlərdir. Məhz elminin inkişafına diqqət etməyən millətlər qloballaşma proseslərinin qurbanına çevrilə bilər. Yəni Azərbaycan da öz elmi ilə birgə dünyəvi proseslərin iştirakçısı olmalıdır.

Akademik Ramiz Mehdiyev çox haqlı olaraq deyir ki, “Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq”.

Ramiz Mehdiyev deyir ki, “Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının “yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim... Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür.”

Özünün də dediyi kimi bu məqalələrdə akademik Ramiz Mehdiyev hər bir alimlə söhbət etmək, fikir mübadiləsi aparmaq istəyib. Mən də birinci dəfə “Ramiz Mehdiyev, elmimiz və parlamentimiz” adlı məqaləmlə Müstəqil İnformasiya Agentliyinin http://www.mia.az/news/6075.html səhifisində dərc olunan məqaləmlə qoşulmuşam. Sonradan Ramiz Mehdiyevin Azərbaycan qəzetində 2-ci böyük məqaləsi dərc olundu. Mən də dünyanın aparıcı alimləri ilə ciddi əlaqələri olan bir alim olaraq bu yazıya münasibət bildirmək istəyirəm. Ona görə ki, bu adi bir problem deyil. Burada qaldırılan bütün məsələlər Azərbaycan elminin taleyi- yəni Azərbaycanın taleyi haqqındadır.

Mən bu yazımda həm dəqiq, həm də humanitar elmləri əhatə edən 1996-2008-ci illər ərzində Azərbaycanımızın yeri və mənim rəqəmlərə əsaslanan mülahizələrim haqqında məlumatlar vermişəm.

Bütün elmlər üzrə

Azərbaycan 1996- 2008-ci illərdə adı dünya elminə daxil edilən 223 ölkə arasında 86-cı yerdədir. 13 il ərzində Respublikamızda bütün elmlər üzrə dünya elminə daxil edilən 3911 iş çap olunub. Gürcüstan 78-ci yerdədir 4473 iş çap olunub. Özbəkistan 76-cı yerdədir, 4724 iş çap olunub. Latviya 74-cü yerdədir, 5367 iş çap olunub. Ermənistan 72-cu yerdədir, 5606 iş çap olunub. Estoniya 61-ci yerdədir, 10610 iş çap olunub. Litva 58-cı yerdədir, 12691 iş çap olunub. Belarus 54-cü yerdədir, 17402 iş çap olunub. İran 38-ci yerdədir, 67766 iş çap olunub. Ukrayna 33-cü yerdədir, 74.248 iş çap olunub. İsrail 22-ci yrdədir, 154.155 iş çap olunub. Türkiyə 21-ci yerdədir, 170.616 iş çap olunub. Rusiya 10-cu yerdədir, 405.278 iş çap olunub. Siyahıya ABŞ başçılıq edir, 4.307.536 iş çap olunub. Bizdən arxada olanlar: Türkmənistan 186-cı yerdədir, 105 iş çap olunub. Tacikistan 141-ci yerdədir, 558 iş çap olunub. Qırğızıstan 139-cu yerdədir, 585 iş çap olunub. İraq 103-cü yerdədir, 2011 iş çap olunub. Moldova 93-cü yerdədir, 3015 iş çap olunub. Qazaxstan 90-cı yerdədir, 3290 iş çap olunub.

Bu nəticələrə görə Azərbaycanın dünya elmindəki yeri kafi qiymətləndirilməlidir. Nəticələr göstərir ki, Türkmənistanın adı dünya elmindən silinməkdədir. Belə getsə Türkmənistanın öz adı da dünyadan silinə bilər. Bunun da bircə səbəbi var. Tükmənlərin başı “Ruhnamə” oxumağa, ayların və günlərin yeni adlarını öyrənməyə qarışmışdı. Bu rəqəmlər göstərir ki, Səfərmurad Niyazov Türkmənistanı orta əsrlərin cəhalət bataqlıqlarına sürükləyib.

Fizika və astronomiya elmləri üzrə

Dünyanın 190 ölkəsi arasında Azərbaycan 67-ci yerdə 781 işlə, Moldova 65-ci yerdə 933 işlə, Latviya 63-cü yerdə 1062 işlə, Estoniya 61-ci yerdə 1182 işlə, Gürcüstan 60-cı yerdə 1233 işlə, Özbəkistan 58-ci yerdə 1271 işlə, Litva 50-ci yerdə 2199 işlə, Ermənistan 49-cu yerdə 2342 işlə, Belarus 42-ci yerdə 3768 işlə, İran 38-ci yerdə 4945 işlə, Türkiyə 30-cu yerdə 9132 işlə, İsrail 21-ci yerdə 18609 işlə, Rusiya 5-ci yerdə 104.414 işlə, ABŞ 1-ci yerdə 303.549 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Qazaxıstan 71-ci yerdə 606 işlə, işğal altında olan Fələstin 88-ci yerdə 155 işlə, Qırğızıstan 89-cu yerdə 133 işlə, İraq 94-cü yerdə 97 işlə, Tacikistan 97-ci yerdə 80 işlə, Türkmənistan 141-ci yerdə 10 işlə təmsil olunur.

Kimya elmi üzrə

Dünyanın 184 ölkəsi arasında Azərbaycan 67-ci yerdə 637 işlə, Ermənistan 66-cı yerdə 641 işlə, Moldova 65-ci yerdə 668 işlə, Qazaxıstan 64-cü yerdə 762 işlə, Latviya 61-ci yerdə 843 işlə, Estoniya 59-cu yerdə 1065 işlə, Özbəkistan 57-ci yerdə 1293 işlə, Litva 54-cü yerdə 1488 işlə, Belarus 45-ci yerdə 3330 işlə, İsrail 26-cı yerdə 9100 işlə, Ukrayna 24-cü yerdə 10.474 işlə, İran 23-cü yerdə 10.749 işlə, Türkiyə 22-ci yerdə 11.187 işlə, Rusiya 7-ci yerdə 69.240 işlə, ABŞ 1-ci yerdə 227.404 işlə təmsil olunur.
Bizdən dala qalanlar: Gürcüstan 75-ci yerdə 441 işlə, işğal altında olan Fələstin 84-cü yerdə 203 işlə, Tacikistan 100-cü yerdə 91 işlə, Türkmənistan 158-ci yerdə 5 işlə təmsil olunur.

Riyaziyyat elmi üzrə

Dünyanın 176 ölkəsi arasında Azərbaycan 72-ci yerdə 332 işlə, Özbəkistan 68-ci yerdə 377 işlə, Estoniya 65-ci yerdə 456 işlə, Ermənistan 64-cü yerdə 503 işlə, Gürcüstan 59-cu yerdə 704 işlə, Litva 51-ci yerdə 1.149 işlə, Belarus 50-ci yerdə 1.175 işlə, İran 35-ci yerdə 4.430 işlə, Ukrayna 30-cu yerdə 5.019 işlə, Türkiyə 25-ci yerdə 6.794 işlə, İsrail 15-ci yerdə 13.455 işlə, Rusiya 10-cu yerdə 27.272 işlə, ABŞ 1-ci yerdə 155.431 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Qazaxıstan 75-ci yerdə 263 işlə, Latviya 76-cı yerdə 231 işlə, Moldova 81-ci yerdə 172 işlə, Tacikistan 85-ci yerdə 86 işlə, işğal altında olan Fələstin 97-ci yerdə 62 işlə, İraq 102-ci yerdə 42 işlə, Qırğızıstan 109-cu yerdə 32 işlə, Türkmənistan 127-ci yerdə 12 işlə təmsil olunur.

Materialşünaslıq elmi üzrə

Dünyanın 174 ölkəsi arasında Azərbaycan 64-cü yerdə 594 işlə, Estoniya 62-ci yerdə 697 işlə, Moldova 61-ci yerdə 715 işlə, Latviya 57-ci yerdə 920 işlə, Litva 51-ci yerdə 1.605 işlə, Belarus 43-cü yerdə 2.727 işlə, İran 33-cü yerdə 5.945 işlə, İsrail 31-ci yerdə 6.422 işlə, Türkiyə 22-ci yerdə 9.987 işlə, Ukrayna 18-ci yerdə 13.498 işlə, Rusiya 6-cı yerdə 57.280 işlə, ABŞ 1-ci yerdə 159.353 işlə təmsil olunur.
Bizdən dala qalanlar: Özbəkistan 67-ci yerdə 529 işlə, Qazaxıstan 68-ci yerdə 495 işlə, Ermənistan 70-ci yerdə 475 işlə, Gürcüstan 75-ci yerdə 335 işlə, İraq 84-cü yerdə 130 işlə, Tacikistan 95-ci yerdə 72 işlə, işğal altında olan Fələstin 96-cı yerdı 71 işlə, Qırğızıstan 118-ci yerdə 20 işlə, Türkmənistan 139-cu yerdə 6 işlə təmsil olunur.

Beləliklə, fizika və astronomiya, kimya, riyaziyyat, materialşünaslıq sahələrində Azərbaycanın yeri dünya miqyasında kafi qiymətləndirilməlidir.

Biznes, menecment və mühasibat uçotu üzrə

168 ölkə arasında Azərbaycan 6 işlə 117-ci yerdə, Ermənistan 115-ci yerdə 7 işlə, Gürcüstan 105-ci yerdə 12 işlə, Monqolustan 104-cü yerdə 14 işlə, işğal olunmuş Fələstin 103-cü yerdə 14 işlə, Qazaxıstan 98-ci yerdə 18 işlə, Özbəkistan 96-cı yerdə 19 işlə, Belarus 88-ci yerdə 23 işlə, Latviya 71-ci yerdə 46 işlə, Estoniya 68-ci yerdə 58 işlə, Ukrayna 67-ci yerdə 59 işlə, İran 51-ci yerdə 174 işlə, Türkiyə 26-cı yerdə 1.189 işlə, Rusiya 23-cü yerdə 1.329 işlə, İsrail 21-ci yerdə 1.462 işlə, ABŞ 1-ci yerdə 58.238 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Qırğızıstan 4 işlə 123-cü yerdə, Moldova 4 işlə 128-ci yerdə, Əfqanıstan 2 işlə 148-ci yerdə təmsil olunub.
Bu sahə üzrə yerimiz qeyri-kafi qiymətləndirilməlidir.

Kompüter elmi üzrə

183 ölkə arasında Azərbaycan 75-ci yerdə 155 işlə, Estoniya 66-cı yerdə 287 işlə, Latviya 64-cü yerdə 349 işlə, Belarus 59-cu yerdə 509 işlə, Litva 52-ci yerdə 664 işlə, Ukrayna 39-cu yerdə 1.756 işlə, İran 33-cü yerdə 3.274 işlə, Türkiyə 27-ci yerdə 5.515 işlə, Rusiya 23-cü yerdə 8.051 işlə, İsrail 16-cı yerdə 10.132 işlə, ABŞ 1-ci yerdə 186.062 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Ermənistan 82-ci yerdə 94 işlə, Gürcüstan 83-cü yerdə 83 işlə, Moldova 85-ci yerdə 71 işlə, İraq 87-ci yerdə 64 işlə, Qazaxıstan 88-ci yerdə 54 işlə, işğal olunmuş Fələstin 93-cü yerdə 44 işlə, Özbəkistan 98-ci yerdə 38 işlə, Qırğızıstan 132-ci yerdə 7 işlə, Türkmənistan 156-cı yerdə 2 işlə, Tacikistan 169-cu yerdə 1 işlə, Əfqanıstan 178-ci yerdə 1 işlə təmsil olunur.
Bu sahə üzrə yerimiz kafi qiymətləndirilməlidir.

Engineering üzrə

201 ölkə arasında Azərbaycan 73-cü yerdə 513 işlə, Ermənistan 72-ci yerdə 512 işlə, Moldova 70-ci yerdə 580 işlə, Estoniya 66-cı yerdə 687 işlə, Latviya 61-ci yerdə 955 işlə, Litva 53-cü yerdə 1.828 işlə, Belarus 42-ci yerdə 3.861 işlə, İran 29-cu yerdə 9.166 işlə, İsrail 25-ci yerdə 13.438 işlə, Türkiyə 24-cü yerdə 13.827 işlə, Ukrayna 23-cü yerdə 14.047 işlə, Rusiya 11-ci yerdə 50.717 işlə, ABŞ 1-ci yerdə 442.545 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Özbəkistan 76-cı yerdə 407 işlə, Gürcüstan 81-ci yerdə 261 işlə, İraq 85-ci yerdə 207 işlə, Qazaxıstan 86-cı yerdə 206 işlə, işğal altında olan Fələstin 89-cu yerdə 156 işlə, Qırğızıstan 109-cu yerdə 62 işlə, Tacikistan 127-ci yerdə 21 işlə, Türkmənistan 136-cı yerdə 14 işlə, Əfqanıstan 141-ci yerdə 12 işlə təmsil olunur.
Bu sahə üzrə yerimiz kafi qiymətləndirilməlidir.

Veterinarlıq üzrə

192 ölkə arasında Azərbaycan 164-cü yerdə 3 işlə, Belarus 152-ci yerdə 5 işlə, işğal altında olan Fələstin 143-cü yerdə 7 işlə, Latviya 121-ci yerdə 14 işlə, Qazaxıstan 116-cı yerdə 15 işlə, Ukrayna 94-cü yerdə 36 işlə, İraq 81-ci yerdə 61 işlə, Estonoya 78-ci yerdə 77 işlə, Rusiya 59-cu yerdə 153 işlə, İsrail 32-ci yerdə 908 işlə, İran 30-cu yerdə 1.077 işlə, Türkiyə 11-ci yerdə 4.283 işlə, ABŞ 1-ci yerdə 38.552 işlə iştirak edir.

Bizdən dala qalanlar: Özbəkistan 167-ci yerdə 3 işlə, Moldova 185-ci yerdə 1 işlə təmsil olunur. Ermənistan, Qırğızıstan, Tacikistan və Türkmənistan siyahıda yoxdur.
Bu sahə üzrə yerimiz qeyri-kafi qiymətləndirilməlidir.

Psixologiya üzrə

Dünya elminə adı daxil edilən 163 ölkə arasında Azərbaycan 154-cü yerdədir, Respublikamızda 13 il ərzində dünya elminə daxil olan cəmi 1 iş çap olunub. Tükmənistan 2 işlə 141-ci yerdə, Qazaxıstan 139-cu yerdə 2 işlə, Qırğızıstan 137-ci yerdə 2 işlə, Moldova 136-cı yerdə 2 işlə, Əfqanıstan 126-cı yerdə 3 işlə, Ermənistan 115-ci yerdə 5 işlə, İraq 105-ci yerdə 8 işlə, Latviya 95-ci yerdə 11 işlə, işğal altında olan Fələstin 77-ci yerdə 20 işlə, Gürcüstan 75-ci yerdə 21 işlə, Ukrayna 71-ci yerdə 28 işlə, Litva 67-ci yerdə 35 işlə, Estoniya 43-cü yerdə 155 işlə, Iran 41-ci yerdə 204 işlə, Rusiya 31-ci yerdə 485 işlə, Türkiyə 23-cü yerdə 942 işlə, İsrail 11-cü yrdə 3.607 işlə, ABŞ 1-ci yerdə 96.508 işlə təmsil olunur.

Bizdən arxada qalanlar: Bizdən arxada MDB ölkəsi yoxdur. Arxada qalan Qambiya, Madaqaskar, Aruba, Nikaraqua, Toqo, Monqolustan, Seneqal, Saint Kitts və Nevis, Svazilend hərəsi bir iş çap edib. Bizdən əvvəldə olan Konqo, Mali, Samoa, Yəmən və başqaları da 1 iş çap ediblər.
a)Sosial psixologiya üzrə 103 ölkə arasında Azərbaycan kimi Ermənistanın da adı yoxdur. Siyahıda Gürcüstan 94-cü yerdə 1 işlə, İran 39-cu yerdə 14 işlə, Rusiya 34-cü yerdə 24 işlə, Türkiyə 26-cı yerdə 49 işlə, İsrail 7-ci yerdə 313 işlə iştirak edir. Siyahıya ABŞ başçılıq edir, 784 iş çap olunub.
b)İnkişaf və tədris psixologiyası üzrə 100 ölkə arasında Azərbaycanla yanaşı Gürcüstanın da adı yoxdur. Ermənistan 98-ci yerdə 1 işlə, İran 41-ci yerdə 9 işlə, Estoniya 40-cı yerdə 9 işlə, Rusiya 36-cı yerdə 15 işlə, Türkiyə 15-ci yerdə 122 işlə, İsrail 7-ci yerdədir 361 işlə, ABŞ birinci yerdə 10006 işlə qərarlaşıb.
c)Tətbiqi psixologiya üzrə 91 ölkə arasında Azərbaycanla yanaşı Ermənistanın da adı yoxdur. İran 48-ci yerdə 4 işlə, Gürcüstan 46-cı yerdə 4 işlə, Rusiya 40-cı yerdə 6 işlə, Türkiyə 21-ci yerdə 72 işlə, İsrail 7-ci yerdə 320 işlə, ABŞ 1-ci yerdə 6519 işlə qərarlaşıb.

Mühüm elmlərdən olan psixologiya və onun sahələrinin inkişafı haqqındakı nəticələr göstərir ki, respublikamızda bu elm yoxdur. Psixologiya sahəsi üzrə Əfaqanıstan bizdən 3 dəfə, İraq 8 dəfə, işğal altında olan Fələstin isə 20 dəfə qabaqdadır. Ona görə də təbii bir sual çıxır meydana. Görəsən respublikamızda psixologiya üzrə elmlər doktoru, akademik varmı?

İncəsənət və humanitar elmlər üzrə

169 ölkə arasında Azərbaycan 126-cı yerdədir, 13 ildə cəmi 3 iş çap olunub. işğal altında olan Fələstin 122-ci yerdə 3 işlə, Belarus 116-cı yerdə 5 işlə, Latviya 113-cü yerdə 5 işlə, Qazaxıstan 111-ci yerdə 5 işlə, Ermənistan 99-cu yerdə 7 işlə, Gürcüstan 64-cü yerdə 31 işlə, Ukrayna 60-cı yerdə 36 işlə, Estoniya 59-cu yerdə 59 işlə, İran 45-ci yerdə 113 işlə, Türkiyə 31-ci yerdə 348 işlə, Rusiya 26-cı yerdə 417 işlə, İsrail 10-cu yerdə 1472 işlə, ABŞ 1-ci yerdə 30233 işlə qərarlaşıb.
Bizdən dala qalanlar: İraq 128-ci yerdə 3 işlə, Qırğızıstan 145-ci yerdə 1 işlə, Özbəkistan 159-cu yerdə 1 işlə, Tacikistan 160-cı yerdə 1 işlə təmsil olunurlar. Türkmənistan siyahıda yoxdur.

a)Arxeologiya üzrə mövcud 84 ölkə arasında Azərbaycan, və Ermənistanın adları yoxdur. Gürcüstan 57-ci yerdə 2 işlə, İşğal altında olan Fələstin 52-ci yerdə 3 işlə, Litva 51-ci yerdə 3 işlə, Türkiyə 28-ci yerdə 9 işlə, İsrail 11-ci yerdə 39 işlə, Rusiya 4-cü yerdə 183 işlə, ABŞ birinci yerdə 655 işlə təmsil olunur.
b)Tarix üzrə 137 ölkə arasında Azərbaycan 90-cı yerdə 3 işlə, Litva 73-cü yerdə 6 işlə, Gürcüstan 57-ci yerdə 12 işlə, İran 52-ci yerdə 14 işlə, Estoniya 51-ci yerdə 15 işlə, Rusiya 30-cu yerdə 101 işlə, Türkiyə 28-ci yerdədir, 132 işlə, İsrail 10-ci yerdə 584 işlə, ABŞ 1-ci yerdə 9616 işlə qərarlaşıblar. Ermənistan siyahıda yoxdur. İşğal altında olan Fələstin 1 işlə 122-ci yerdədir.
c)Dil və linqivistika üzrə 123 ölkə arasında Azərbaycanın adı yoxdur. İşğal altında olan Fələstin 102-ci yerdə 1 işlə, Ermənistan 76-cı yerdə 5 işlə, Gürcüstan 58-ci yerdə 14 işlə, İran 36-cı yerdə 46 işlə, Rusiya 33-cü yerdə 57 işlə, Türkiyə 30-cu yerdə 112 işlə, çap olunub. İsrail 12-ci yerdədir, 492 işlə, ABŞ 1-ci yerdə 10010 işlə təmsil olunurlar.
d)Ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi üzrə 84 ölkə arasında Azərbaycan, Gürcüstan və Ermənistanın adları yoxdur. İran 44-cü yerdədir 9 iş çap olunub. Rusiya 42-ci yerdədir 11 iş çap olunub. Türkiyə 25-ci yerdədir, 28 iş çap olunub. İsrail 11-cü yerdədir, 96 iş çap olunub. ABŞ siyahıya başçılıq edir, 1534 iş çap olunub.
e)Musiqi üzrə 57 ölkə arasında Azərbaycan və Ermənistanın adları yoxdur. Gürcüstan 42-ci yerdə 2 işlə, Rusiya 36-cı yerdə 4 işlə, Türkiyə 33-cü yerdə 5 işlə, İsrail 16-cı yerdə 19 işlə, ABŞ 1-ci yerdə 624 işlə təmsil olunublar. İranın siyahıda adı yoxdur. Heydər Əliyev Fondu.
f)Fəlsəfə üzrə 89 ölkə arasında Azərbaycan 79-cu yerdə 1 işlə, İran 40-cı yerdə 30 işlə, Türkiyə 37-ci yerdə 34 işlə, Rusiya 33-cü yerdə 42 işlə, İsrail 11-ci yerdə 195 işlə, ABŞ 1-ci yerdə 5056 işlə təmsil olunublar. Siyahıda Gürcüstan və Ermənistanın adları yoxdur.
g)Dini araşdırmalar üzrə 103 ölkə arasında Azərbaycan 96-cı yerdə 1 işlə, Ermənistan 91-ci yerdə 1 işlə, Gürcüstan 89-cu yerdə 1 işlə, Rusiya 39-cü yerdə 11 işlə, İran 35-ci yerdə 14 işlə, Türkiyə 16-cı yerdə 65 işlə, İsrail 6-cı yerdə 248 işlə, ABŞ 1-ci yerdə 2915 işlə təmsil olunur.

Yuxarıda göstərilən rəqəmlər və onlardan çıxan nəticələr göstərir ki, arxeologiya, tarix dil və linqivistika, ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi, fəlsəfə, musiqi, dini araşdırmalar və s. sahəsində vəziyyətimiz qeyri-kafidir. Bu böyük sahə üzrə dünya elmindəki yerimiz işğal altında olan Fələstinlə və İraqla eynidir. Yalnız musiqi sahəsində son zamanlar Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının inkişafı və onların dünya miqyasında təbliği kimi nəcib fəaliyyətini göstərmək olar. Yəqin ki, gələcəkdə muğamlarımızın və aşıq musiqimizin dünya musiqisində yeri də müəyyənləşəcək. Musiqi nəzəriyyəçilərimiz milli əsərlərimizin dünya musiqisi ilə qarşılıqlı əlaqələrini araşdıracaqlar. O zaman bu əsərlər də dünya musiqi ədəbiyyatına daxil ediləcək.

Yeri gəlmişkən burada akademik Ramiz Mehdiyevin “Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir” deyərkən nə dərəcədə haqlı olduğunun bir daha şahidi oluruq. Çünki ədəbiyyat və ədəbiyyat nəzəriyyəsi sahəsində araşdırdığım 13 il ərzində Azərbaycandan dünya elminə daxil olan bircə dənə də məqalə çap olunmayıb. Bunun da günahı bizim alimlərdə deyil. Gərək yazıçılarımız dünya səviyyəsində əsərlər yazsın ki, onlar haqqında yazılan məqalələr də dünya səviyyəsində olsun.
Mənim bir neçə il bundan öncə humanitar elmlərlə məşğul olan bir alimciklə mübahisəm oldu. Dedim ki, “institutunuzda internet varmı, siz internetdən istifədə edirsinizmi?” Dedi ki, “mənə internet lazım deyil. Hər şeyi korlayan elə internetdir. Mən Marksın, Engelsin əsərlərini Azərbaycan dilinə tərcümə edirəm”. Alimcik mənimlə mübahisəni uzatmağa çalışdı. Dedim ki, “Sənin evdə yediyin çörək, baxdığın televizor, dəmiyyol qatarları, təyyarələr internetlə hərəkət edir, dövlət də internetlə idarə olunur. Sən hələ bunları öyrən”. Bu misalı məhz akademik Ramiz Mehdiyevin “Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq” fikrinə görə gətirdim. Alimlərimizin çoxusu dünya miqyasında düşünməyi bacarmalıdırlar.

Sosial elmlər üzrə

207 ölkə arasında Azərbaycan 148-ci yerdə 15 işlə, İraq 131-ci yerdə 24 işlə, Qırğızıstan 130-cu yerdə 24 işlə, Ermənistan 125-ci yerdə 31 işlə, Əfqanıstan 121-ci yerdə 35 işlə, Qazaxıstan 114-cü yerdə 42 işlə, Özbəkistan 110-cu yerdə 46 işlə, işğal altında olan Fələstin 105-ci yerdə 59 işlə, Gürcüstan 104-cü yerdə 60 işlə, Belorus 93-cü yerdə 89 işlə, Ukrayna 75-ci yerdə 186 işlə, Litva 66-cı yerdə 332 işlə, Estoniya 57-ci yerdə 352 işlə, İran 46-cı yerdə 608 işlə, Rusiya 34-cü yerdə 1918 işlə, Türkiyə 24-cü yerdə 2946 işlə, İsrail 12-ci yerdə 5267 işlə, ABŞ 1-ci yerdə 158.533 işlə təmsil olunur.

Bizdən dala qalanlar: Moldova 155-ci yerdə 11 işlə, Tacikistan 160-cı yerdə 9 işlə, Türkmənistan 205-ci yerdə 1 işlə təmsil olunur.

a)İnkişaf üzrə 180 ölkə arasında Azərbaycan 169-cu yerdə 1 işlə, Ermənistan 147-ci yerdə 2 işlə, Gürcüstan 129-cü yerdə 4 işlə, işğal olunmuş Fələstin 110-cu yerdə 8 işlə, Əfqanıstan 103-cü yerdə 9 işlə, İran 44-cü yerdə 97 işlə, Rusiya 41-ci yerdə 107 işlə, İsrail 34-cü yerdə 194 işlə, Türkiyə 29-cu yerdə 238 işlə, ABŞ 1-ci yerdə 8712 işlə təmsil olunub. Yerimiz sıfırdır.
b)Təhsil üzrə 154 ölkə arasında Azərbaycan 120-cı yerdə 3 işlə, Gürcüstan 96-cı yerdə 9 işlə, Ermənistan 91-ci yerdə 11 işlə, işğal altında olan Fələstin 90-cı yerdə 12 işlə, İran 44-cü yerdə 89 işlə, Rusiya 40-cı yerdə 103 işlə, Türkiyə 12-ci yerdə 856 işlə, İsrail 7-ci yerdə 1282 işlə, ABŞ 1-ci yerdə 34866 işlə təmsil olunub. Yerimiz qeyri-kafidir.
c)İnsan faktoru və erqonomika üzrə 84 ölkə arasında Azərbaycanın və Ermənistanın adları yoxdur. Gürcüstan 82-ci yerdə 1 işlə, işğal olunmuş Fələstin 76-cı yerdə 1 işlə, İran 38-ci yerdə 10 işlə, Rusiya 36-cı yerdə 10 işlə, Türkiyə 22-cı yerdə 48 işlə, İsrail 14-cü yerdə 77 işlə, ABŞ 2314 işlə 1-ci yerdədir. Yerimiz sıfırdır.
d)Hüquq üzrə 146 ölkə arasında Azərbaycanın adı yoxdur. Ermənistan 124-cü yerdə 1 işlə, işğal olunmuş Fələstin 110-cu yerdə 2 işlə, Gürcüstan 91-ci yerdə 4 işlə, Əfqanıstan 83-cü yerdə 5 işlə, Rusiya 40-cı yerdə 38 işlə, İran 38-ci yerdə 52 işlə, Türkiyə 20-ci yerdə 196 işlə, İsrail 15-ci yerdə 335 işlə, ABŞ 1-ci yerdə 13061 işlə təmsil olunur. Yerimiz sıfırdır.
e)Siyasi elmlər və beynəlxalq əlaqələr üzrə 147 ölkə arasında Azərbaycan 129-cu yerdə 1 işlə, Əfqanıstan 128-ci yerdə 1 işlə, Ermənistan 118-ci yerdə 2 işlə, işğal olunmuş Fələstin 3 işlə, Gürcüstan 96-cı yerdə 3 işlə, İran 52-ci yerdə 18 işlə, Türkiyə 24-cü yerdə 102 işlə, Rusiya 23-cü yerdə 108 işlə, İsrail 21-ci yerdə 113 işlə, ABŞ 1-ci yerdə 3819 işlə təmsil olunur. Yerimiz sıfırdır.
f)Dövlət idarəetməsi üzrə 98 ölkə arasında Azərbaycan, Ermənistan və Gürcüstanın adları yoxdur. Əfqanıstan 93-cü yerdə 1 işlə, İran 82-ci yerdə 1 işlə, Ukrayna 76-cı yerdə 2 işlə, Latviya 69-cu yerdə 2 işlə, Rusiya 54-cü yerdə 4 işlə, Estoniya 52-ci yerdə 4 işlə, Türkiyə 27-ci yerdə 24 işlə, İsrail 12-ci yerdə 61 işlə, Litva 8-ci yerdə 93 işlə, ABŞ 1-ci yerdə 1457 işlə təmsil olunub. Digər keçmiş sovet respublikaları bu bölümdə yoxdurlar. Yerimiz sıfırdır.
g)Sosiologiya və siyasi elmlər üzrə 158 ölkə arasında Azərbaycan 154-cü yerdə 1 işlə, Ermənistan 151-ci yerdə 1 işlə, Əfqanıstan 119-cu yerdə 3 işlə, İraq 118-ci yerdə 3 işlə, işğal altında olan Fələstin 110-cu yerdə 3 işlə, Gürcüstan 80-ci yerdə 10 işlə, İran 49-cu yerdə 40 işlə, Rusiya 34-cü yerdə 132 işlə, Türkiyə 24-cü yerdə 292 işlə, İsrail 9-cu yerdə 820 işlə, ABŞ 1-ci yerdə 24045 işlə təmsil olunub. Yerimiz sıfırdır.
h)Şəhərsalma üzrə 116 ölkə arasında Azərbaycanın adı yoxdur. İşğal altında olan Fələstin 116-cı yerdə 1 işlə, Tacikistan 111-ci yerdə 1 işlə, Yəmən, Suriya, Belarus, Albaniya 1 işlə, Ermənistan 99-cu yerdə 1 işlə, Gürcüstan 94-cü yerdə 2 işlə, İran 49-cu yerdə 10 işlə, Rusiya 45-ci yerdə 13 işlə, Türkiyə 17-ci yerdə 77 işlə, İsrail 16-cı yerdə 89-cu yerdə, ABŞ 1-ci yerdə 2159 işlə təmsil olunub. Yerimiz sıfırdır.

Bu rəqəmlər göstərir ki, akademik Ramiz Mehdiyevin Azərbaycanın elmi və ədəbi mühitində ciddi rezonans yaradan məqalələri və müsahibələri hər bir Azərbaycan alimi, yazıçısı, Azərbaycan elminə və yazarlarına rəhbərlik edən şəxslər üçün, elmin maliyyələşməsinə məsul olan nazirliklər üçün ciddi həyəcan təbilidir. Ola bilər ki, akademik Ramiz Mehdiyev uzun illər ərzində bu problemlərin alimlərimizin özləri tərəfindən qaldırılmasını gözləyib. Belə bir hadisəni görməyən hörmətli akademik özü bu işi görmək qərarına gəlib. Yaxşı olar ki, yeni ilin əvvəlində elmimizin inkişafı və alimlərimizin əməkhaqqları, onların elmi adları ilə bağlı əməkhaqqlarına ciddi əlavələr edilməsi haqqında Prezident İlham Əliyevin yeni Fərmanı da olsun.

Hörmətli akademik Ramiz Mehdiyev ictimai və humanitar elmlərimizin dünya elmnə qovuşması naminə həyəcan təbili çalıb! İctimai və humanitar elmlərimizin dünya elminə qovuşması, dünya elmindən kənarda olmayan dəqiq elmlərimizn daha da irəliləyərək dünya miqyasında 25-30-cu yerlərə qalxması lazımdır. O zaman iqtisadiyyatımız da qalxacaq, mənəviyyatımız da yüksələcək! Dövlətimizin qüdrəti artacaq! Millətimizin dünya millətləri içərisində imzası görünəcək!

Olduqca ciddi və mühüm suallardan biri də odur ki, istər dəqiq elmlər sahəsində və istərsə də ictimai və humanitar elmlərdə Azərbaycanın adının dünya elminə daxil olmasında xidmətləri cüzi olan və ya heç bir xidməti olmayan bir çox yüksək titullu “elm adamlarına” göstərilən fərqli diqqət və qayğının səbəbləri nədir? Bəlkə onların cəmiyyətdə böyük nüfuzları var? Bəlkə onlar Azərbaycan dövlətinə böyük nüfuz gətirirlər? Xeyir! Bu insanların cəmiyyətdə heç bir nüfuzu yoxdur! Nüfuzu olmayan və Azərbaycanın dünya elmindən daha da geridə qalmasına bais olan bir çox yüksək titullu “alimlər” Azərbaycan dövlətinin də yalnız və yalnız nüfuzunu sala bilər.
Məqaləmin sonunda yenə də üzümü akademik Ramiz Mehdiyevə tutaraq deyirəm: Hörmətli Ramiz müəllim! Azərbaycan elminin inkişafı naminə həyəcan təbili çaldığınıza görə Sizə minnətdarıq! İndi biz Prezidentimiz İlham Əliyevdən zəruri addımlar gözləyirik!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031