Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Oxucu yazıçıya niyə inanmır?

  Sayta qoyulub: 16:21 20.12.2009 (716 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum Əlağa Kürçaylının həyat yoldaşı Şəhla xanım bir neçə il öncə Üzeyir Hacıbəyli haqda maraqlı bir hadisə danışmışdı. Üstündən xeyli vaxt keçdiyi üçün bu hadisənin detallarını xatırlamağa çətinlik çəkirəm. Ancaq o yadımda qalıb ki, ailə həyatı qurandan sonra darısqal və rütubətli bir mənzildə yaşayan Əlağa Kürçaylı dahi Üzeyir bəyin köməyilə ev-eşik sahibi olub.
Həmin illərdə müxtəlif qəzetlərdə "Həyat hekayəsi" rubrikası altında silsilə yazılar yazırdım. Rəhmətlik Əli Kərimdən tutmuş Sərdar Əsədə, Əlfi Qasımova kimi bir çox tanınmış əbədiyyat adamlarının xanımları ilə ünsiyyət qurmaq imkanım olmuşdu. Bu sıraya Azərbaycan musiqisinin tanınmış simalarının ailə üzvlərini də əlavə edə bilərik. Hər dəfə belə görüşlərdən sonra qürur hissi keçirir, ədəbiyyat və musiqi tariximizdə belə xeyirxah insanların olması ilə açıq-aşkar fəxr edirdim. Arxivimdə Üzeyir Hacıbəyli ilə yanaşı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov və başqa şair və yazıçıların ədəbi gəncliyə göstərdiyi qayğıdan bəhs edən xeyli material var. Bu qayğı Azərbaycan ədəbiyyatına İsa Hüseynov, Sabir Əhmədli, Əkrəm Əylisli, İsi Məlikzadə kimi istedadlı yazarlar nəsli bəxş edib.
Vaxtilə bu mövzuda bir dəfə də yazmışdım. Ölkənin gündəmini ədəbi müzakirələrin tutduğunu nəzərə alıb, fikirlərimi davam etdirmək istəyirəm. Rəsul Rza kənddən dünən gələn Əkrəm Əylisliyə qayğı göstərəndə, titulları iki əlin barmaqlarının sayından çox idi. Rəsul müəllim 25 yaşlı Əylisli balasının povestlərinə ön söz yazmaqla onun ədəbiyyatdakı yoluna işıq saldı. Bu qayğı Azərbaycan ədəbiyyatına Əkrəm Əylislini qazandırdı. Amma Anar ədəbi gəncliyə eyni qayğını göstərmədi. Anar ətrafındakı ədəbiyyat adamlarına qayğı göstərməyə başlayanda, onların saçına artıq dən düşmüşdü.
Bir neçə ay əvvəl xalq yazıçısı Rüstəm İbrahimbəyov siyasi hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirəndə ona müxtəlif cinahlardan hücumlar oldu. Həmin vaxt Rüstəm müəllimin müdafiəsinə ancaq yazar dostları və bir neçə incəsənət xadimi qalxdı. Sovet dövrünün təbiri ilə desək, böyük oxucu kütləsi bu prosesə biganə qaldı. Bunun bir səbəbi var: yazıçı oxucudan uzaq düşüb. Yazıçı özü oxucudan uzaqlaşıb. Niyəsini də deyim. Xoşbəxt olmasalar belə, özlərini xoşbəxt sayan sovet vətəndaşlarından fərqli olaraq, müasir Azərbaycan oxucusu illərdi ki, saysız-hesabsız problemlərin məngənəsində çabalayır. Amma onun həyatından cild-cild kitablar yazıb ad-san, var-dövlət qazanan yazıçı bu problemləri görməməzlikdən gəlir. Yazıçı oxucunun problemlərini bölüşmək istəmir. Yazıçı Beyləqanın Dünyamalılar kəndində yaşayan Babək adlı uşağın məktəbə geyinməyə ayaqqabı tapmadığını bilə-bilə 1200 il əvvələ qayıdıb, sərkərdə Babəkin həyatından əsər yazdığı üçün oxucu ona inanmır.
Ədəbiyyatın tərifi belədir: ədəbiyyat həyatı obrazlar vasitəsilə əks etdirən söz sənətidir. Bəs, müasir Azərbaycan ədəbiyyatı həyatı əks etdirirmi? Təəssüf ki, yox. Əgər müasir ədəbiyyatımız az-çox reallığa yaxın olsaydı, biz ölkənin sərvətlərini yol-körpü tikintilərində havaya sovuran Ziya Məmmədovun prototipini hansısa əsərdə görərdik. Bizim yazıçıların heç şagirddən rüşvət alan müəllimi, xəstənin dərisini soyan həkimi, aldığı rüşvəti müqəddəs kitabların arasında gizlədən məmuru ifşa etməyə də cəsarətləri çatmır. Buna görə də oxucu yazıçıya inanmır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829