Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Nadir Qocabəyli : Telefon

  Sayta qoyulub: 13:43 19.12.2009 (797 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

gocabeyli@box.az

Hekayə

Bu telefon şoğəribə nə oldu birdən-birə – nə tərs vaxtda xarab oldu. İndi mən neyləyəcəyəm?! Gərək təcili bir tanış adam tapım ki, nömrəmi çıxarıb onun telefonuna qoyum. Kişi Amerikadan zəng eləyəsidir, Ayxan bəy özü zəng vurub dedi: «Telefonunu açıq saxla, Cəsur müəllim Amerikadan sənə zəng vuracaq». İndi mən kimi tapım küçənin ortasında? Yenə telefon işləsəydi, dostlarımdan birinə zəng vurardım. Yaxşısı budur, metronun yanına gedim, orada mobil telefonla xidmət göstərən cavan uşaqlar fırlanırlar, dəqiqəsi, deyəsən 20 qəpikdir. Hə, tələsmək lazımdır, vaxt keçir, indi Cəsur müəllim zəng vurar, yaxşı düşməz, o boyda kişi Amerikadan zəng vursun, səninsə telefonun bağlıdır, biabırçılıq… Əcəb yerdə ilişdik. Aha, «mobil telefonların alışı, satışı, dəyişdirilməsi, təmiri və s.» Girim, görüm, bəlkə tezbazar düzəltdilər, təzəcə telefondur, birdən-birə öz-özündən sönür, yandırıram, yenə də sönür, enerji yükü də yerində, səhər-səhər doldurmuşam.
– Salaməleyküm, qardaş.
– Əleykümə, – deyə piştaxtanın üzərindəki ortası aypara şəklində kəsilmiş şüşənin arxasında oturub bir əlində xırda vintaçan, o birində pinset, bir gözündə isə mikroskop qarşısındakı telefonu qurdalayan cavan oğlan başını qaldırmadan qısa cavab verdi.
– Bu telefona nəsə olub, – telefonu kəmərimə keçirdiyim qoburdan çıxarıb ayparadan içəri salıram, – öz-özünə sönür, zaryadkası da doludur, təzə telefondur, heç bilmirəm nə olub. Təcili zəng gələsidir, mümkünsə, baxardız.
Cavan oğlan sol gözünü mikroskopdan xilas edir, başını qaldırıb ilk dəfə üzümə baxır, sonra dinməzcə piştaxtanın üzərindəki telefonu götürüb o tərəf-bu tərəfə çevirir, yandırmaq üçün baş tərəfindəki düyməni basır, telefonun işığı yanır, amma iki-üç saniyə keçməmiş sönür. Yenə yandırır, yenə sönür. O, qarşısındakı başqa bir telefonun batareyasını çıxarıb mənim telefonuma qoyur, amma xeyri olmur, telefon yenə sönür.
– Bunun evi yıxılıb, – oğlan dedi, – işi uzundur, gərək arxasını açıb baxım, görüm dərdi nədir.
– Yox, istəmirəm, zəhmət olmasa telefonu verin, mən gedim, tələsirəm.
Cavan oğlan əlinin altındakı dördbucaqlı xırda sarı kağız dəstəsindən birini qoparıb nəsə yazdı və onu mənə verdi.
– Zəhmət olmasa, bunu ikinci mərtəbəyə verin.
Kağıza baxmadan və nədənsə heç bir şey düşünmədən ikinci mərtəbəyə qalxıram. Burada böyük bir zal var, zal tən ortadan ikiyə bölünüb, giriş tərəfi boş meydançadır, yarısından o yana isə başdan-başa təxminən metr yarım hündürlüyündə, yəni ortaboylu insanın döş qəfəsinə tən gələn piştaxta formasında məhəccər çəkilib, məhəccərin üzərində bir metr hündürlüyündə qalın şüşə, şüşənin üzərində isə hər biri aypara şəklində bir neçə pəncərə açılıb. Hər bir pəncərənin arxasında önlərindəki klaviaturaları çıqqıldadan xanımlar və bəylər əyləşib. Tən ortadakı pəncərəyə yaxınlaşıb kağızı uzadıram. Xanım kağızı alıb baxır və 9 manat 80 qəpik ödəməli olduğumu deyir.
– Nəyə görə? – təəccüblə soruşuram.
– Bilmirəm, – o, nəzakətlə cavab verir, – burada belə yazılıb, yəqin ki, xidmət haqqıdır.
– Axı heç bir xidmət göstərilməyib.
İstər-istəməz kağızı alıb baxıram – orada anlaşılmaz rəqəmlərdən ibarət düstura oxşar nəsə yazılıb. Lap orta məktəbin yuxarı sinif riyaziyyat kitablarındakı tənliklərə oxşayır. Onlardan heç vaxt başım çıxmayıb. Ağzımı doldurub qızdan bunun nə demək olduğunu soruşmaq istəyirdim ki, ortayaşlı, ortaboylu, eynəkli, qalstuklu, şotkabığ bir adamın mənim telefonumu qızın arxa tərəfindəki rəfə qoyduğunu gördüm.
– Pulu ödəməsəniz, telefonunuzu geri ala bilməyəcəksiniz, – diqqətlə rəfə baxdığımı görən qız gülümsəyərək deyir.
– Əcəb işdir. Mən sizə bir qəpik də verməyəcəyəm, – deyib hirslə üzümü döndərirəm və pillələri sürətlə aşağı enirəm.
Ancaq telefon ustası artıq yerində yoxdur. Onun pəncərəsinin önündə isə iki kişi domino oynayır. Onlardan biri o birinə «bağlıdır» deyib nədənsə mənə baxır. «Axı indicə açıq idi» demək istəyirdim ki, toqqamın sağ tərəfi gizildədi, telefonu təmirə verdiyimi bir anlıq unudub əlimi tez kəmərimə taxdığım boş qobura aparıram. Qəribədir – telefon yerindədir. Heyrət içində telefonu çıxarıb açıram və qulağıma yaxınlaşdırıram.
– Ə, yekə kişisən, – telefondan Ayxan bəyin səsi eşidilir, – o boyda kişi Amerikadan sənə zəng vurur, səninsə telefonun bağlıdır, biabır elədin məni kişinin yanında.

01.11.2009

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829