Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Nazirlik Cəlilabadda bəbirin insana hücum etməsi faktına şübhə ilə yanaşır

  Sayta qoyulub: 12:55 15.04.2009 (1168 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

    Nazirlik Cəlilabadda bəbirin insana hücum etməsi faktına şübhə ilə yanaşır

Eklogiya və Təbii Sərvətlər Nazirliyi Cəlilabad rayonu ərazisində adı «Qırmızı Kitab»a düşmüş bəbirin insanlara hücum etməsi faktı barədə mətbuatda yazılanlarla bağlı bu gün açıqlama yayıb. Xatırladaq ki, mətbuat aprelin 9-da Cəlilabad ərazisində bəbirin gündüz vaxtlarda rayonun 17 yaşlı sakininə hücum edərək, onu yaraladığı barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə isə bildirilib ki, Cəlilabadda baş vermiş hadisə ilə bağlı şişirdilmiş məlumat yayılıb. Nazirliyin açıqlamasına görə, elmi-tədqiqatların nəticələri bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbirin insanlara çox nadir hallarda hücum etdiyini təsdiqləyir: «Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya «təxribatı» olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək, bəzi hallarda insana da hücum edirlər.
Nəticədə həmin heyvanlar insanlara qarşı aqressiv təqdim edilir və onların «ovuna» başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsi ilə üzləşib. Hazırda bir sıra yırtıcı növlər – bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən növlər bu təhlükə ilə üz-üzədir».

Nazirliyin məlumatına görə, aprelin 9-da Cəlilabadda baş vermiş insidentlə əlaqədar müəyyən edilib ki, yırtıcı heyvanın hücumunun səbəbkarı sakinlər özləri olublar. «Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə həmin yırtıcının bəbir olması da şübhə doğurur»-deyə ETSN-dən bildirilib.

Bəbirlər gecə heyvanlarıdır. Əsasən əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınıb. Hazırda Azərbaycanda bəbir yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik ərazisində), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında)), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb.

Ölkəmizdə bir baş bəbirin ovlanmasına görə cərimə 3300 manat təşkil edir. Əgər bu heyvan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan 2 və 3 qat ölçüdə hesablanır.

Nazirlik vətəndaşları nadir fauna növü olan bəbir və digər unikal bioloji sərvətlərin mühafizəsinə dəvət edib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829