Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Qəhrəman Ana, işsiz ata və ac uşaqlar

  Sayta qoyulub: 16:32 06.12.2009 (747 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iki gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Qəhrəman Ana adının bərpa olunmasının vacibliyindən danışıb. Hicran xanım deyib ki, rəhbərlik etdiyi qurum bununla bağlı Nazirlər Kabinetinə müraciət edib. Komitə sədrinin sözlərindən belə məlum olub ki, əgər hökumətdəki kişilər qadınların sözlərini qulaqardına vurmasalar, bundan sonra dünyaya yeddi uşaq gətirmiş anaların sinəsindən medal asılacaq.
Dövlət Komitəsinin bu təşəbbüsü ilk baxışda humanist təsir bağışlayır. Əlbəttə, çoxuşaqlı ailələrin problemlərini diqqət mərkəzində saxlamaq, onlara qayğı göstərmək böyük savabdır. Amma bu təkliflə çıxış etməzdən əvvəl bir suala cavab tapmaq lazımdır: sovet dövründə 10-12 övlad dünyaya gətirən azərbaycanlılar indi niyə bir-iki uşaqla kifayətlənirlər?
Müxbirimiz üç-dörd ay öncə bu sualla paytaxt sakinlərinə müraciət edəndə gənc bir qadın belə cavab vermişdi: "Özüm yeməyə çörək tapmıram, uşağı necə böyüdəcəyəm..." Bəli, ailə qayğılarının günbəgün artması valideynləri dünyaya övlad gətirməzdən əvvəl yaxşı-yaxşı düşünməyə vadar edir. Heç kim övladının ayağıyalın, başıaçıq böyüməsini istəmir. Hələ mən onu demirəm ki, uşaqlarına bir tikə çörək qazanmaq üçün neçə valideyn əqidəsinə dönük çıxıb, özündən qat-qat aşağı səviyyəli adamların qarşısında əyilib, alçalıb. Əgər insanların daimi iş yeri, normal qazancı olsa, onlar dünyaya daha çox övlad gətirərlər. Ən azından gözümüzün qabağında sovet dövrünün təcrübəsi var. Bəyənmədiyimiz sovet hökuməti çoxuşaqlı ailələr üçün bir sıra imtiyazlar müəyyənləşdirmişdi. Amma Hicran Hüseynovanın da təmsil olunduğu Azərbaycan hökuməti bu imtiyazların hamısını aradan qaldırdı. Bilirəm, gülməlidi. Amma reallıq olduğu üçün yazmaq istəyirəm: dövlətin zooparkdakı dövşanı bəsləmək üçün bir ayda xərclədiyi pul körpə balalarımıza ayrılan vəsaitdən iki dəfə çoxdur.
Hicran Hüseynovanın rəhbərlik etdiyi Dövlət Komitəsinin səmimiyyətini şübhə altına almağım səbəbsiz deyil. Əgər bu adamlar gələcəyimizi belə çox düşünürlərsə, niyə uşaqlar üçün verilən sosial müavinət ləğv ediləndə səslərini çıxarmadılar? Hökumət 9 manatı da uşaqlara çox gördü. Dünyaya gələn hər uşaq üçün dövlət cəmi 50 manat vəsait ödəyir. Halbuki həmin körpə xəstəxanadan çıxıb evə gedəndə valideynlərini ən azı 500 manat xərcə salmış olur. Əgər bu gün xəstəxanalarda adi uşaq bezi taprılmırsa, hansı üzlə gənc ailələrdən dünyaya 7-8 uşaq gətirməyi tələb edə bilərik?!
Azərbaycanda təkcə böyüklərin deyil, uşaqların da günü qaradır. Dəvəçinin Dağbilici kəndində müəmmalı şəkildə yoxa çıxan Nailə və Reyhanə Məcidova bacılarının da nazir nəvələri olan həmyaşıdaları kimi xoşbəxt yaşamağa haqqı çatırdı. Amma bu talesiz qızcığazlar qışda açan qönçə kimi vaxtsız solanda Hicran Hüseynova və tabeliyində olanlar ağızlarına su alıb susdular. Üç uşaq atası olan Mehman Əmirquliyev Ziya Məmmədovun quldur müfəttişləri tərəfindən döyülüb şikəst ediləndə də Hicran xanımın səsini eşitmədik. Əgər Dövlət Komitəsinin sədri uşaqların qədrini bilsəydi, Mehman Əmirquliyevin üç yaşlı oğlu Dəvəçidəki kasıb komalarında aclıq edəndə ona baş çəkər, bu zavallı insanların qayğısına qalardı. Anaları uşaq doğmağa təşviq edən hökumət atalara normal iş yeri yaratmalıdır. Uşaq böyütmək üçün pul, çörək, paltar lazımdır. Şirin nağıllarla uşaqların qarnı doymur.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829