Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İDMAN : Hakimlikdən qovulan Babək Quliyev danışdı

  Sayta qoyulub: 14:48 13.03.2009 (1310 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimlikdən qovulan Babək Quliyev danışdı

"Faktları varsa, hüquq-mühafizə orqanlarına təqdim etsinlər"
FİFA referisi baş verənləri özünə qarşı qərəz hesab edir
İki FİFA referisinin hakimlikdən uzaqlaşdırılması hələ də əsas müzakirə mövzusudur. Etiraf edək ki, mətbuatda gedən məlumatlar birtərəflidir və cəzaya məruz qalan hakimlərin hüquqlarının pozulması ilə müşaiyət olunur. Bir tərəfdən rəsmilər araşdırmalar getdiyini bildirir, digər tərəfdən də onların 3 il müddətinə hakimlikdən uzaqlaşdırıldığı söylənilir. Araşdırmalar bitmədən hansısa şəxsi ağır cinayətdə ittiham etmək nə hüquqi, nə də mənəvi baxımdan düzgün deyil. Elə Fanat.az-a açıqlama verən «günahkar» hakimlərdən biri- Babək Quliyev də bu qənaətdədir: "Bu hadisəni özümə qarşı qərəz hesab edirəm. Mənim karyeramı ləkələməyə cəhd edirlər. Bu ədalətsizlikdir».

FİFA referisi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşdüyünü bildirdi: "Hadisə baş verəndən sonra Ramin müəllimlə görüşmüşəm. Ondan əlində olan faktları göstərməsini istədim. Amma göstərmədi. Məncə, əllərində heç bir fakt yoxdur. Çünki özümə inanıram. Bu hadisə Premyer-Liqanın son turundan sonra baş verib. Həmin turda mən "Bakı" - "Qarabağ" oyununu idarə etmişəm. Eşitmişəm ki, məni bu oyuna görə günahlandırırlar. Guya "Qarabağ"la anlaşmışam. Başa düşə bilmirəm ki, məğlub olan komanda ilə necə anlaşmaq olar?"

Babək bəy AFFA-ya edilən anonim zəngə görə cəzalandırıldığını dedi: "Onların əlində mənə qarşı heç bir fakt yoxdur. Kasetin olması boş söhbətdir. Belə bir kasset varsa, hamıya göstərsinlər. Eşitdiyimə görə bizi AFFA-ya edilən anonim zəngə görə cəzalandırıblar. Kimsə zəng edərək, bizim rüşvət aldığımızı deyib".

FİFA referisi faktların Daxili İşlər Nazirliyinə təqdim edilməsini istəyir: "Hansısa məlumatı araşdırmaq onların hüququdur. Buna səlahiyyətləri var. Etiraz etmirəm. Amma ittiham olunan tərəf kimi məni də dinləməlidirlər. Əgər əllərində faktları varsa, hüquq-mühafizə orqanlarına təqdim etsinlər. Qoy məsələni onlar da araşdırsın. Axı söhbət ağır cinayətdən gedir. Mən özümə arxayınam və bilirəm ki, obyektiv araşdırma olsa günahsız olduğum üzə çıxacaq".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İDMAN bölümünün son 20 xəbəri:



#İDMAN bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031