Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Müəllimlərə satılan kompüterlərin qiyməti məlum oldu

  Sayta qoyulub: 13:54 14.04.2009 (1311 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərə satılan kompüterlərin qiyməti məlum oldu

Xəbər verildiyi kimi, aprelin 10-dan başlayaraq Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və «Microsoft» şirkətlərinin birgə təşkilatçılığı ilə Azərbaycanda «Xalq kompüteri» layihəsinin icrasına başlanılıb.
Dörd aylıq pilot layihə çərçivəsində respublikanın ümumtəhsil məktəblərinin müəllimlərinə güzəştli şərtlərlə noutbuk və kompüterlər satılacaq. Layihə müəllimlər arasında ciddi maraq doğursa da, təhsil işçilərinin əksəriyyəti İKT avadanlıqları almaq üçün nə etmək lazım olduğunu bilmirlər. Bununla bağlı Təhsil Nazirliyinə hər gün çoxlu müraciət ünvanlanır.

Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov Müstəqil İnformasiya Agentliyinə bildirib ki, hər müəllim layihə çərçivəsində yalnız bir növ kompüter əldə edə bilər. Dünəndən başlayaraq Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin sayıtlarında layihə müqaviləsinin elektron variantı yerləşdirilib. Layihəyə qoşulmaq istəyən müəllim həmin müqavilənin surətini çap etdirməli, onu dolduraraq imzalamalı və məktəbin direktoruna təsdiq etdirməlidir. Təsdiq edilmiş müqavilə Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinə və ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinə göndərilməlidir.
Müqavilə yoxlanıldıqdan sonra satıcı-«BestComp Group» şirkəti tərəfindən təsdiq edilir. Bundan sonra müqavilənin bir nüsxəsi və sifariş edilmiş kompüter alıcının-müəllimin ünvanına (müəllimin işlədiyi məktəbə) poçt vasitəsilə çatdırılır. Daha sonra alıcı müqavilə ilə birlikdə ən yaxın poçt şöbəsinə müraciət edərək, müvafiq hesaba hər ay müqavilədə qeyd olunan məbləği ödəməlidir.

Qeyd edək ki, layihənin təşkilatçıları ictiaiyyətə bəyan ediblər ki, müəllimlərə təklif edilən noutbuk və kompüterlər bazar qiymətlərindən 25-30 faiz aşağı olacaq. Amma apardığımız araşdırma göstərib ki, layihə çərçivəsində təklif olunan İKT avadanlıqlarının qiymətləri bazar qiymətlərilə təxminən üst-üstə düşür.

Müstəqil İnformasiya Agentliyinə məlum olub ki, satıcı şirkət müəllimlərə qiyməti 499, 599 və 699 AZN olan üç növ HP noutbukları və qiyməti 599 olan bir növ stolüstü kompüter təklif edir. Hər növ İKT avadanlığına 100 saatlıq internet kartı da daxildir. Alıcı sifariş etdyi AKT avadanlığının dəyərini 12 ay ərzində hissə-hissə ödəməlidir.

Müqaviləyə əsasən, ödəmənin hər gecikdirildiyi gün üçün alıcıya 0,2 faiz cərimə hesablanacaq. Ödəmənin gecikdirilməsi 60 günü keçdikdə isə şirkət alıcıya qarşı müvafiq qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829