Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : Zeynəb Xanlarovanın oğlunun adı məhkəmə qalmaqalında

  Sayta qoyulub: 16:12 13.04.2009 (1771 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Zeynəb Xanlarovanın oğlunun adı məhkəmə qalmaqalında

Leyla Əliyeva: “Ramal Babayev haqqımızı tapdayır, bizə dəymiş ziyanı ödəmir”


Bakı şəhəri Z.Xəlilov 36 v, mənzil 11-də yaşayan Leyla Əliyeva məktubla redaksiyamıza müraciət edib. O yazır ki, xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramal Babayevə məxsus “BMW” markalı avtomobillə onların ailəsinə həm maddi, həm mənəvi ziyan vurulub: “Bir ildir ailəmiz maddi sıxıntı keçirir, durumumuz ağırlaşıb, psixoloji gərginlik və səksəkə içərisindəyik. Hətta etdiyimiz şikayətlərə görə bizə hədə-qorxu gəlirlər” yazan qadın baş verənləri belə nəql edir.
“Həyat yoldaşım Zakir Sadıxov Qarabağ müharibəsi veteranıdır. O, ötən il 28 apreldə Yasamal Rayon Polis İdarəsinin qarşısında yol qəzasına uğradı. Hadisə belə olub: Ramal Səlim oğlu Babayevə məxsus ”BMW-X5" markalı, 10 ZL888 dövlət nömrə nişanlı avtomobili idarə edən Namiq Rüstəm oğlu Rüstəmov Yasamal Rayon Polis İdarəsinin qarşısında, Salamzadə küçəsində sürət məhdudiyyətini pozaraq üç avtomobilə və bir piyadaya xəsarət yetirib. İlk olaraq zərərə məruz qalan həyat yoldaşım olub. Zakir qəfil zərbədən huşunu itirib, yarım saatdan sonra şokdan ayılıb və görüb ki, onun maşını yararsız hala düşüb. Hadisə yerində DYP-nin əməkdaşları və ANS-in “Növbətçi” proqramı da olub. Həyat yoldaşım qəzanın təfsilatı barədə “Növbətçi”də məlumat verib, bu süjet efirdə də nümayiş olunub. İki saat keçəndən sonra Ramal Babayev Yasamal polisinə gəlib. Oradan çıxanda həyat yoldaşım Ramalı çağırıb ki, bəs bizə dəymiş zərəri kim ödəyəcək? O da deyib ki, qəzanı kim törədib o."
L.Əliyeva yazır ki, onlara dəymiş ziyanın ödənməsi üçün qarşı tərəf iki ay gözləmələrini xahiş edib: “Biz düşündük ki, tanınmış, nüfuzlu bir qadının - Zeynəb Xanlarovanın oğlunun adını hallandırmayaq, bu səbəbdən şikayət etmədik. Ötən il Səbayel Rayon Məhkəməsi Namiq Rüstəmovun bu hərəkətini inzibati xəta kimi qiymətləndirərək sürücünü 140 manat cərimə etdi.
Məcbur olub Zeynəb Xanlarovanı aradım. Düşündüm ki, o da anadır, məni başa düşər. Məlumat bürosundan əldə etdiyim nömrəyə zəng etdim. Telefonda cavab verən şəxsə baş verənlər barədə qısa məlumat verib kömək istədim. Dedi, 15 dəqiqə sonra zəng edin. Sonrakı zəngimə telefonun o başından bir qadın çox kobud cavab verdi: “Bir də buradan Zeynəb Xanlarovanı soruşma.”
Bundan sonra Milli Məclisin yollarında get-gələ düşdüm. Dəfələrlə Zeynəb xanımın köməkçisi Mələk xanım vasitəsilə ona məktub göndərdim. Hətta Zevin küçəsindəki evinə gedib Zeynəb xanımla görüşmək qərarına gəldim, amma polis məni evin yaxınına belə buraxmadı. Millət vəkili Qənirə Paşayevaya məktubumu verib Mehriban Əliyevaya çatdırmasını xahiş etdim. Hətta Heydər Əliyev Fonduna da dəfələrlə müraciət etmişəm".
Sadıxovlar ailəsi pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmələrə üz tutublar. Yasamal Rayon Məhkəməsi R.Babayevdən 520 manat tutularaq Z.Sadıxova verilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan Z.Sadıxov apellyasiya şikayəti verib. Apellyasiya Məhəkəsi Z.Sadıxova 520 manatdan əlavə 1182 manat ödənməsiylə bağlı qərar verib: “Məbləğ bizi qane etməsə də, biz məhkəmənin qərarının icra edilməsinə ümidliydik. Buna görə də çox qapılar döydük, məhkəmənin qərarının sayılmadığını görüb Ali Məhkəməyə telefon açdım. Təsadüfən məlum oldu ki, cavabdeh tərəf Apellyasiya Məhkəməsinin qərarı ilə razılaşmayıb və kasasiya şikayəti verib. Sən demə, Ali Məhkəmədən bir dayanacaq kənarda yaşamağımıza baxmayaraq, bizə xəbərdarlıq edilmədən aprelin 3-də qarşı tərəfin iddiası ilə məhkəmə keçirilir. Vaxt darlığından Zakir məhkəməyə vəkilsiz çıxdı, qarşı tərəfi isə iki vəkil - Nazim Əliyev və Abbas Abasquliyev müdafiə edirdi, Ramal isə məhkəməyə gəlməmişdi. 5-10 dəqiqəlik prosesdə məhkəmə qarşı tərəfin iddiasını təmin etdi və Apellyasiya Məhəkəməsinin qərarını ləğv etdi”.
Ailəsinə dəymiş ziyanın ödənməsini istəyən L.Əliyeva bir ana kimi qəzetimiz vasitəsilə Z.Xanlarovaya müraciət edib: “Məhkəmə onsuz da bizə dəymiş ziyanın 1/5-nin ödənməsi barədə qərar vermişdi. Zeynəb xanım, bu məbləği ödəmək oğlunuz üçün çox çətindirmi? Axı mən sizdən pul istəmirəm, dəymiş ziyanın ödənməsini tələb edirəm. Məndə olan məlumata görə, oğlunuzu günahsız hesab edirsiz. Mənim həyat yoldaşım Azərbaycanın müdafiəsində öz sağlamlığını itirib, müharibənin ağrı-acılarını, qəlpəsini bədənində gəzdirir və buna görə hər vaxt müalicəyə ehtiyacı var. Belə bir kişinin haqqını sizin oğlunuz necə mənimsəyə bilər?
Qeyd edək ki, oxucunun şikayətilə bağlı Z.Xanlarova ilə birbaşa əlaqə yarada bilməsək də, dünən onun sürücüsünə redaksiyaya şikayət daxil olması barədə məlumat verdik, müğənninin məsələyə mövqe bildirməsi üçün qəzetlə əlaqə yaratmasını xahiş etdik. Lakin gün ərzində millət vəkili ilə əlaqə yaratmaq mümkün olmadı.
Mövzuya qayıdacağıq.
"Yeni Müsavat"

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031