Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Yaxşı təklif

  Sayta qoyulub: 17:31 15.11.2009 (747 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox güman ki, əvvəllər bu mövzuda bir dəfə də yazmışam. Təxminən 400 il öncə Osmanlı dövlətinin paytaxtı qədim İstanbul şəhərində baş vermiş bu hadisə müasir dövrlə səsləşdiyi üçün növbəti dəfə xatırlatmaqda fayda var.

Deyirlər ki, Osmanlının Misir valisi əzazilliyi ilə ad çıxarıbmış. Var-dövlət düşkünü olan vali ilə bağlı saraya tez-tez müxtəlif şikayətlər daxil olurmuş. Bu söz-söhbət, nəhayət, padşahın da qulağına çatır. Bir gün padşah valini hüzuruna çağırtdırır. Bir neçə günlük yolçuluqdan sonra vali İstanbula yetişir. Vəzir-vəkil nəfəsini dərməyə macal vermədən onu sultanın hüzuruna gətirirlər. Osmanlı padşahı etimadını doğrultmayan valini qəzəblə süzdükdən sonra onu işdən çıxardığını deyir. Bayaqdan bəri qorxusundan ağzını açıb bir kəlmə də danışmayan vali axır ki, dilə gəlir. O, güclə eşidiləcək səslə deyir: "Vallah, Misir əhlinin ikinci küpü doldurmağa gücü çatmayacaq".
Padşah əvvəlcə heç nə başa düşmür. Elə bilir ki, eşitdiyi ağır xəbərdən sonra valinin başına hava gəlib. Amma vali təcrübəli adam olduğu üçün padşahı intizarda qoymur. Özünü ələ alıb, sözünün davamını gətirir: "Ulu babalarımdan mənə bir qızıl küpü yadigar qalıb. Məni vali təyin etdiyiniz gündən həmin küpü doldurmağa başlamışam. Küpün başından indi yarım qarış əksikdir. Əgər camaat üç-dörd ay da dişini sıxsaydı, onu ağzına kimi dolduracaqdım. Özümə söz vermişdim ki, küpü doldurandan sonra bir də haram tikəyə əl uzatmayacağam. Demək istədiyim də odur ki, Misir əhlinin ikinci bir küpü doldurmağa gücü çatmaz".
Milli Məclisin deputatı Aydın Həsənovun 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinin təxirə salınması ilə bağlı təklifi ölkənin siyasi həyatında bomba kimi partladı. Sabiq polkovnikin arqumenti də ağlabatandır: ilin günün bu vədəsində, qlobal iqtisadi böhranın tüğyan elədiyi bir vaxtda 50 milyon büdcə vəsaitini havaya sovurmağa ehtiyac yoxdur!
Sizi bilmirəm, şəxsən mən Aydın müəllimin bu təklifinə ikiəlli razıyam. Elə bilirsiniz, gələn il deputat "təyin edilən" adamlar indikilərdən yaxşı olacaq? Bir müddət əvvəl parlament rəhbərliyi deputatlara ev paylayanda bu adamların iç üzü açıldı. Mən, deputat tanıyıram ki, Bakıda dörd yerdə evi var, amma dörd ildi Oqtay Əsədovla ev davası edir. Böyük ümidlərlə Milli Məclisə yola saldığımız müsavatçı Nəsib Nəsibli bölgüdə ona dördotaqlı deyil, ikiotaqlı ev düşdüyü üçün bir ay qaş-qabaqlı gəzirsə, qanunları belə yaşıl rəngdə görən, spikerin bir hədəsi ilə dodağı doqquz yerdən partlayan Baba Tağıyevdən nə gözləyə bilərik? Çətinliklə də olsa, Milli Məclis rəhbərliyi bir müddət əvvəl 50-yə yaxın deputatı evlə təmin etdi. Bununla da deputatlarımızın əksəriyyəti hələ doğulmayan nəvələrinin də mənzil problemini həll etmiş oldular. İndi özünüz fikirləşin, bir il sonra yeni tərkibə düşmüş daha 50 nəfər Oqtay müəllimin yaxasından yapışıb, ev tələb etsə, nə olacaq? Tərs kimi neftin qiyməti də hər gün aşağı düşür. Nə olsun ki, hərbçidir, Aydın müəllimin də dünyanın işlərindən az-çox başı çıxır. Buna görə də indidən həyəcan təbili çalır. Onun sözünü qəribliyə salmayın, kişi demək istəyir ki, borc yükü ilbəil artan Azərbaycan büdcəsinin gələn il daha 50 nəfərə ev verməyə gücü çatmaz.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829