Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



KRİMİNAL : Məcidova bacılarının işi ört-basdır edilir

  Sayta qoyulub: 19:30 12.04.2009 (1183 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Məcidova bacılarının işi ört-basdır edilir

İki övladını itirmiş valideynlərin şikayətlərinə əlaqədar qurumlar əhəmiyyət vermir

Dəvəçi rayonunun Dağbilici kənd sakinləri Reyhanə və Nailə Məcidova bacılarının faciəsindən iki ildən artıq vaxt keçsə də, həqiqət hələ də üzə çıxmayıb. Bacılardan birinin - Nailə Məcidovanın (Məcidovalar basdırılan meyitin onların qızı olmadığını deyir) aqibəti məlum olsa da, digər bacı - Reyhanə Məcidova barəsində heç bir xəbər yoxdur. Onların valideynlərini - Zamir və Nəzakət Məcidovları narazı salan səbəb isə təkcə bu deyil. Eyni zamanda ailə məhkəmə prosesinə də etiraz edir. İki qızını itirən ailə başçısının müvafiq dövlət orqanlarına müraciət isə cavabsız qalıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə də onların vəsatəti qəbul edilməyib.
Zamir və Nəzakət Məcidovları redaksiyamıza gətirən səbəb də elə budur: "Övladlarımızın başına ağır müsibət gətirdilər. Bu hadisə ilə bağlı istintaq isə əvvəldən obyektiv aparılmadı. İstintaqdan sonra belə qənatə gəlmişik ki, məhkəmə də obyektiv olmayacaq. Ona görə də qərara gəldik ki, övladlarımızla bağlı məhkəmə prosesinə qatılmayaq. Biz bu niyyətimizi məhkəmə tərkibinə də bildirdik. Məhkəmədən imtina etməyimizə isə əsas vardı. Çünki bizim heç bir istəyimiz və tələbimiz yerinə yetirilmədi".
Valideynlər bildirir ki, qızlarının oğurlanmasında ittiham olunan İsmayılov Təvəkkül verdiyi izahatı məhkəmədə də təsdiqləyir. Məhkəməni aparan hakim isə Təvəkkülün danışmasına imkan vermir: "Hakimin bu hərəkətindən sonra biz məhkəməyə etiraz etdik və onu məktub şəklində bütün məhkəmə sədrlərinə ünvanladıq. Məktubun birini Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə, birini isə işi aparan hakimə göndərdik. Həmin məktubdan sonra məhkəmə prosesində iştirak etmədik. Bu hadisədən azca keçmişdi ki, məhkəmədən bizə dəvət gəldi. Dedilər ki, məhkəməyə gəlin, yaxın günlərdə cinayət işi yenidən istintaqa qaytarılacaq. Biz isə martın 6-da məhkəməyə vəsatət verdik. Prokurorla görüşdə isə o, bizə bildirdi ki, bütün bunlar Baş prokurora məruzə olunmalıdır. Aradan bu qədər vaxt keçdi. Görəsən, prokuror öhdəsində olan işi Baş prokurora məruzə edib qurtarmadı? Hansısa səbəbdən məhkəmə aprelin 3-nə kimi təxirə salındı. Həmin gün isə bizə bildirdilər ki, məhkəmə olmayacaq. Soruşduqda buna səbəb kimi hakimlərdən birinin məzuniyyətdə olduğunu dedilər. Aprelin 9-na təyin edilmiş məhkəmə prosesi isə 16-na kimi təxirə salındı".
Məhkəmə tərkibindən və gedişatından narazı qalan zərərçəkmişlər bir daha məhkəmə prosesinə gəlməyəcəklərini bildirirlər. Onların dediyinə görə, bütün həqiqətlər Təvəkkül məhkəmədə verdiyi izahatda öz əksini tapıb. Məcidovlar deyir, T.İsmayılov məhkəmədə verdiyi ifadəsində bildirib ki, itən qızlardan birinin alt paltarı istintaqçı Zakir Saatovun əlinə keçib: "Görəsən, həmin paltarı ona kim verib? Kənd camaatı bu uşaqları axtarıb. Heç kəs nə uşaqları, nə də onlardan bir nişanə görməyib. Hətta xüsusi təlim keçmiş it belə, izə düşə bilmədi. Amma 20 gündən sonra Zakir Saatov hadisə yerinə gəlib və qızlardan birinin alt paltarını yerə adtı. Mənə dedi ki, götür bu paltarları. Bu necə ola bilər? Maraqlı deyilmi, qızların alt paltarını Zakir Saatova kim verib? Bu iş istintaqa qayıtmalı və araşdırılmalıdı ki, uşaqları kim öldürüb? Yaxud da hara, kimə və kimin əli ilə satıblar? Mənim uşağımın paltarı Saatovda nə gəzir?"
Məcidovlar ailəsi Nailənin meyiti ilə bağlı yenidən ekpertiza keçirilməsini də tələb ediblər. Onların dediyinə inansaq, məhkəməni aparan hakim buna qarşı çıxıb: "Hakim bizə deyir ki, bu işə sizin maddi imkanınız çatmaz. Ekspertiza üçün dövlət tərəfindən 3080 manat pul ödənilib. Bizə isə deyirlər ki, yenidən ekspertiza keçirmək üçün 15 min manat pul lazımdır. Buna sizin maddi imkanınız yol verməyəcək. Onların nəyinə lazımdır ki, biz necə dolanırıq? İcazə versinlər, ekspertiza keçirilsin. Amma onların məqsədi nəyin bahasına olursa-olsun cinayəti ört-basdır edib, əsl cinayətkarı gizlətməkdir".

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#KRİMİNAL bölümünün son 20 xəbəri:



#KRİMİNAL bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829