Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Şuşaya necə gedəcəyik?

  Sayta qoyulub: 17:43 10.11.2009 (752 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba, ən çox sevdiyim rayonlardan biridir. Bəzən ildə iki-üç dəfə Azərbaycanın bu füsunkar bölgəsinə yolum düşür. Amma son vaxtlar Qubaya gedəndə ovqatım təlx olur. Qubanın dadlı meyvələri ilə tanındığı dövr arxada qalıb. Quba indi bu rayonun münbit torpaqlarını öz aralarında bölüşdürən oliqarxlara görə tanınır.

Sonuncu dəfə Qubada olanda dostlardan biri Nabrana getməyi təklif etdi. Dərhal də izahat verdi: bir-iki saat gəzib qayıdarıq. Bir qədər götür-qoy etdikdən sonra bu fikrimizdən daşındıq. Səbəb sadə idi: Qubanın mənzərəli ərazilərini dədələrinin malı kimi öz aralarında bölüşdürən oliqarxlar Nabranda da ağalıq edirlər. Xidmət sektorundakı qiymətlər də bu adamların öz ciblərinə uyğun müəyyənləşdirilib. Məsələn, Nabranda bir çaynik çay üçün ödədiyin pulla Bakıda üç nəfər nahar edə bilər.
Qaxda da analoji rəzalət hökm sürür. Qaxın ən mənzərəli əraziləri Sofiyevlər tərəfindən ələ keçirilib. Zavallı qaxlılar bu problemlə bağlı indiyə kimi redaksiyamıza ən azı 10 dəfə məktub göndəriblər. Ancaq onların səsini eşidən, dərdlərinə çarə tapan yoxdur. Hüseynqulu Bağırov Bakıda otura-otura Qaxın meneral suyundan pul qazanır. Zavallı qaxlılar isə günəmuzd onun obyektlərində çalışırlar. Rayonda işsizlərin sayı sürətlə artdığı üçün bu "xoşbəxtlik" heç də hamıya nəsib olmur.
Qəbələdə isə Kəmaləddin Heydərov ağalıq edir. Eşitdiyimə görə, "fövqəlnazir" Qəbələnin əsas meşə zolağını hasara aldırıb. Onun Qəbələdə inşa etdirdiyi villalar orta əsr feodallarının qəsrlərindən geri qalmır. Nazir camaatın dədə-baba torpaqları hesabına özünə qoruq yaradıb. "Dəli Kür" filmində də təxminən belə bir səhnə var. Aradakı fərq isə odur ki, həmin "pristav"ın yerini indi Kəmaləddin Heydərov tutur.
Elə bilirsiniz, bu adamlar təkcə ölkənin dağ rayonlarına göz dikiblər? Belə olsaydı, dərd yarıydı. Təəssüf ki, Mil-Muğan düzü də beş-altı oliqarxın arasında bölüşdürülüb. Əgər Milli Məclisin ən əfəl deputatı olan Əhəd Əhmədovun Haramı düzündə yüz hektarlarla torpaq sahəsi varsa, Ziya Məmmədovun, Kəmaləddin Heydərovun, Səfər Əbiyevin və digər nazirlərin "iştahı"nı təsəvvür etmək bir o qədər də çətin deyil.
Bu sətirlərin yazılmasına rəvac verən səbəb isə tamam başqadır. Bilirsiniz ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensiv xarakter alıb. Hətta bəzi sadəlövh köçkünlər indidən boxçalarını hazırlamağa başlayıblar. Amma mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad edilməsinə ən çox oliqarxlar sevinəcəklər. Ona görə yox ki, bu adamlar vətənpərvərdirlər. Qarabağ bizə ata ocağını yandırmaqçün, bu adamlara isə pul qazanmaq, sərvətlərinə sərvət qatmaq üçün lazımdır. Elə bilirsiniz, gənclərimiz sabah Cıdır düzündə at çapıb, qurşaq tutacaqlar? Gəlin, bu qədər sadəlövh olmayaq. Qarabağ qayıtsa, bizdən qabaq ora Kəmaləddin Heydərovun, Ziya Məmmədovun və digər korrupsioner məmurların şirkətləri gedəcək. Biz Şuşaya çatana kimi Kəmaləddin Heydərov Cıdır düzünü hasara aldıracaq. Quba, Qəbələ, Qax ki, işğal olunmayıb. Bu sətirləri oxuyan adamların neçəsinin ildə 15 gün Şəkidə dincəlməyə imkanı çatır? Əgər burnumuzun ucundakı Nabranda bir stəkan çay içməyə gücümüz çatmırsa, Azərbaycanın o başında yerləşən Şuşaya necə gedəcəyik?

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829