Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Xatirə, Sevda və Nadirin adi romanda hallandı

  Sayta qoyulub: 18:39 11.04.2009 (1269 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatirə, Sevda və Nadirin adi romanda hallandı

“Əjdaha”nın ləqəbi ələ salındı

Taleh Şahsuvarlının yenicə çapdan çıxmış “Canlanma” tarixi metaromanında şou-biznes əhlinin də adını hallandırıb. Məşhur muğam ustası Alim Qasımovla yanaşı Xatirə İslam, Nadir Qafarzadə və Sevda Ələkbərzadə də bədiiləşdiriliblər. Alim Qasımovun ecazkar səsi ilə müəllif əsərin mistik çalarlarını tamamlayır, Sevda Ələkbərzadə isə “Şəbi-Hicran” oxumaqla qərb və şərq musiqisi arasında körpü qurur, Xatirə İslam kütləvi musiqinin təmsilçisi kimi el şənliyinə dəvət olunur. Ən maraqlı məqam isə bədii əsərdə Nadir Qafarzadənin “Əjdaha” ləqəbinin ələ salınmasıdır. Əsərin müəllifi Taleh Şahsuvarlı Müstəqil İnformasiya Agentliyinə verdiyi acıqlamada şou-biznes nümayəndələrinin adının romanda hallanmasında təəccüblü heç nə olmadığını bildirib: Adı çəkilən sənətkarlar, o cümlədən dünyaca məşhur “Manowar” qrupundan romanda söz edilməsi təbiidir. Çünki onlar cəmiyyətdə müzakirə mövzusudur. Deyək ki, bir adam oğlunun toyuna Xatirəni dəvət etmək istəyir və onu soraqlayır. Bu cür nüansların bədii mətnə salınması təbiidir. Yaxud, bu gün Azərbaycanda “əjdaha” deyəndə Nadir, Nadir deyəndə “əjdaha” yada düşürsə mifoloji şüurla bu günkü ictimai rəyi qarşılaşdıranda onun ləqəbindən faydalanmamaq mümkün deyil. Müəllif əlavə edib ki, adı çəkilən sənətçilərin hər birinə kitabdan bir nüsxə göndərməyə hazırdır.

Xatırladaq ki, “Canlanma” Azərbaycan ədəbiyyatında məxməri inqilab sayılır və əsərin bir fəslində “T”, digər parçasında isə “Ş” hərfindən istifadə edilməyib. Bundan əlavə, “Canlanma” Azərbaycan ədəbiyyatına metanomiya və aliiteratsiya zənginliyi gətirib.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829