Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Cemal Süreyya ilə bir bazar

  Sayta qoyulub: 16:23 01.11.2009 (717 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Heminquey "dünyada əbədi üç şey var" deyirdi, sonra əlavə edirdi: "Qadın, şərab və şeir". İsti aylarda insanın canı şeiri və arağı heç çəkməz. Sərin bir şey istər. Şeirdən və araqdan anlayanlara niyəsini izah etmək artıqdır. Və qadın! Qadın istisnadır. Həmişə və hər yerdə. Amma onun qoynuna da soyuqdan titrəyərkən, üşüyərkən girmənin dadı başqadır. Deyəsən, lirizmin dozasını artıq elədim axı. Yazını xilas etmək üçün dərhal mətləb üstünə gəlim. Cemal Süreyya şeirlərini ilk dəfə beş-altı il əvvəl oxumuşdum. Azərbaycan qəzetlərindən birində, üstəlik, bərbad bir tərcümədə, üstəlik, yayın cırhacırında. Oxumuş və keçmişdim. Bu günlərdə yenidən oxudum Cemal Süreyya şeirlərini. Üstəlik, türkcədə, həm də yağışlı, soyuq bir gündə oxudum. Çox doğma gəldi. Sizə də tövsiyə edirəm. Ən azı əsəblərinizi sakitləşdirmək, ətrafınızdakı iyrəncliklərə qarşı daha sağlam bir duruş sərgiləmək üçün. Ən güvəndiyiniz hissləri gələcək adına qorumaq üçün. Həyata və insanlara daha aydın, daha ayıq gözlərlə baxmaq üçün.

Şimdi sen çırılçıplak elma yiyorsun
Elma da elma ha allahlık
Bir yarısı kırmızı bir yarısı yine kırmızı
Kuşlar uçuyor üstünde
Gökyüzü var üstünde
Hatırlanacak olursa tam üç gün önce soyunmuştun
Bir duvarın üstünde
Bir yandan elma yiyorsun kırmızı
Bir yandan sevgilerini sebil ediyorsun sıcak
İstanbul'da bir duvar
Ben de çıplağım ama elma yemiyorum
Benim öyle elmalara karnım tok
Ben öyle elmaları çok gördüm ohooo
Kuşlar uçuyor üstümde bunlar senin elmanın kuşları
Gökyüzü var üstümde bu senin elmandaki gökyüzü
Hatırlanacak olursa seninle beraber soyunmuştum
Bir kilisenin üstünde
Bir yandan çan çalıyorum büyük yaşamaklara
Bir yandan yoldan insanlar geçiyor çoğul olarak
Duvarda bir kilise
İstanbul'da bir duvar duvarda bir kilise
Sen çırılçıplak elma yiyorsun
Denizin ortasına kadar elma yiyorsun
Yüreğimin ortasına kadar elma yiyorsun
Bir yanda esaslı kederler içinde gençliğimiz
Bir yanda Sirkeci'nin tren dolu kadınları
Adettir sadece ağızlarını öptürürler
Ayaküstü işlerini görmek yerine
Adımın bir harfini atıyorum?

Cemal Süreyya haqqında yalnız bunu demək kifayətdir: o, türk şeirində ənənəçiliyinin buxovlarını ən ustadca qırmış, bunu ən gözəlcə eləmiş imzalardan biridir. Sakitdir, amma inqilabçıdır. Romantikdir, amma döyüşçüdür. Qadının, şərabın və şeirin bir yerdə insanı nə qədər xoşbəxt, nə qədər mübariz, nə qədər güclü edə biləcəyinin ifadəçisidir.

Sizin hiç babanız öldü mü?
Benim bir kere öldü kör oldum
Yıkadılar aldılar götürdüler
Babamdan ummazdım bunu kör oldum
Siz hiç hamama gittiniz mi?
Ben gittim lambanın biri söndü
Gözümün biri söndü kör oldum
Tepede bir gökyüzü vardı yuvarlak
Söylelemesine maviydi kör oldum
Taşlara gelince hamam taşlarına
Taşlar pırıl pırıldı ayna gibiydi
Taşlarda yüzümün yarısını gördüm
Bir şey gibiydi bir şey gibi kötü
Yüzümden ummazdım bunu kör oldum
Siz hiç sabunluyken ağladınız mı?
Şərhsiz. Bundan sonra nəsə yazmaq, hətta fövqəladə bir istedadla nəsə yazmaq çox gülüncdür. Əllərinizi qaldırın, vəssalam.
Ölüm geliyor aklıma birden ölüm
Bir ağacın gölgesine sarılıyorum.

Düzünə qalsa, bu iki misralıq şeir olmadan da yazını ötüşdürə bilərdim. Amma alınmadı. O iki misrada iki "ölüm" sözü var, heç biri də bizim şairlərin ala itdən urvatsız etdiyi "ölüm" sözünə bənzəməz. Çox içdən və çox işıqlıdır. Məsələn, mən oxudum və neçə vaxtdır qorxudan yaxına buraxmadığım cərrahi əməliyyata razılaşdım. Səmimi deyirəm. Ağlım-zad da yerindədir. Bəlkə də Ramiz Rövşən kimilərdən sonra ölümü belə işıqlı, belə qorxusuz görməyimdən həyəcanlandım.
Belə. Əslində bu yazının girişi də, o üç şeir arasında qırıldatdıqlarım da mənasız, cəfəng şeylər idi, hətta üslubuma belə yaddır, sadəcə, nəsə yazmalıydım deyə yazdım. Məqsədim Cemal Süreyyanı hər kəsə oxutmaqdır. Bunu doğrudan da çox istəyirəm. İndi sözün həqiqi mənasında o şeirlərin mövsümüdür. Yağmur, çiskin. Quşların köçü. Hələ ən doğma adamınız da o quşlara qoşulmuşsa, onda Cemal Süreyya şeirlərini qaçırmayın. Əsl vaxtıdır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829