Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : Rəşad Məcid: “Ədəbiyyat” qəzetinin baş redaktoru qurultaya qədər istefa verməlidir”

  Sayta qoyulub: 20:09 10.04.2009 (1566 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəşad Məcid: “Ədəbiyyat” qəzetinin baş redaktoru qurultaya qədər istefa verməlidir”

Ədalət Əsgəroğlu: “Heç bir istefadan söhbət gedə bilməz. Heç kəs sinəsinə döyməsin ki, qurultaya qədər kimisə yola sala bilərəm”

Yazıçılar Birliyinin orqanı olan “Ədəbiyyat” qəzetinə olunan ittihamlar səngimək bilmir. Birliyin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid SİA-ya verdiyi açıqlamada bu ittihamlara yeni qalmaqala səbəb olan fikirlərlə də əlavə edib.
“Mənim “Ədəbiyyat” qəzetinin baş redaktoru Ayaz Vəfalı ilə heç bir şəxsi intriqam yoxdur. Hətta, onun kürəkəni, Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu ilə yaxın münasibətlərimiz var. Mən çox sevinirəm ki, mənim obyektiv tənqidlərim ilə o da razılaşır”. Bu fikirlər Rəşad Məcidə aiddir.

O, SİA-ya bildirib ki, sözügedən qəzetlə bağlı ittihamları ilə razılaşmayan adam görməyib. “Ədəbiyyat qəzetinin səviyyəsinin çox aşağı olmasından və çağdaş ədəbiyyatımızın əks olunmamasındann bəhs edən R.Məcid onu da əlavə edib ki, illik büdcəsi 200 min manat olan bu qəzet yalnız redaktor dəyişikliyindən sonra normal fəaliyyət göstərə bilər.

“Məncə gənc nəsildən olan istedadlı yazarlarımızdan biri bu qəzetə baş redaktor olarsa, tamam başqa bir mənzərənin şahidi olarıq”-deyən R.Məcid qeyd edib ki, Səlim Babullaoğlu, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Elxan Zal Qaraxanlı, Bəsti Əliyeva, İlqar Fəhmi, Əsəd Cahangir “Ədəbiyyat” qəzetini Ayaz Vəfalıdan 10 dəfə yaxşı nəşr edə bilər.

“Ən yaxşı variant bu olardı ki, Ayaz Vəfalı Yazıçılar Birliyinin katibliyinin qərarını gözləmədən özü istefa versin”-deyən Rəşad Məcid qarşı tərəfdən sərt cavab almağından da çəkinmir.
Rəşad Məcidin sərt ittihamlarına yazıçı, Birliyin mətbuat katibi Ədalət Əsgəroğlu etinasız qalmayıb. O, SİA-nın müxbirinə verdiyi açıqlamada bildirib ki, bütün bü ittihamlara cavab vermək üçün zamana ehtiyacı var.

“Bu məsələlər korrupsiya məsələsi ilə başladı, indi isə qəzetin zəif çıxması söhbəti ilə əvəz olundu. Bütün bu söhbətlərin əslində, kökündə nə dayanırsa, onu açacağam. Ayaz Vəfalını korrupsiyada günahlandırmaq böyük səhvdir. Qəzetin zəif nəşr olunması ilə qətiyyən razı deyiləm”-deyən yazıçı əlavə edib ki, “Ədəbiyyat” qəzetini baykot edirlər ki, bu qəzetə yaxşı yazılar verilmir, çünki yaxşı yazı yoxdur”.

Ə.Əsgəroğlu bildirib ki, bir il ərzində 3-4 ədəd səviyyəli nəsr nümunəsi yazılır. R.Məcidin sərt ittiahamları ilə razılışmayan Əsgəroğlu Ayaz Vəfalının istefasını təklif edən Rəşad Məcidin iddialarına belə qarşılıq verib. “Heç bir istefadan söhbət gedə bilməz. Heç kəs sinəsinə döyməsin ki, qurultaya qədər kimisə yola sala bilərəm. O, adam mənim qabağıma çıxsın, mənim ona sözüm olacaq”- deyən Ədalət Əsgəroğlu əlavə edib ki, bu qarşıdurmanın şəxsi münasibətlərdən yarandığını zənn etmir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031