Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Dövlət Statistika Komitəsi əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işlərinin başa çatdırıb

  Sayta qoyulub: 17:18 10.04.2009 (1339 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Statistika Komitəsi əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işlərinin başa çatdırıb

Bu gün Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında aprelin 13-dən 22-dək ölkədə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işlərinin başa çatması ilə bağlı Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyevin mətbuat konfransı keçirilib.

Əhalinin siyahıyaalınmasının prezident İlham Əliyev tərəfindən 2006-cı il iyunun 7-də imzalanmış Fərmana əsasən keçirildiyini diqqətə çatdıran A.Vəliyev üç ildə bu istiqamətdə görülən işlərdən danışıb. Bildirib ki, artıq hər bir rayonun, şəhərin, qəsəbənin və kəndin sərhədləri dəqiqləşdirilmiş və sxematik planları işlənib hazırlanmış, küçə adlarının, bina, mənzil və yaşayış evlərinin nömrələri qaydaya salınıb. Respublikada təxminən 19 min sayıcı məntəqəsi təşkil olunmuş, hər beş sayıcı məntəqəsi bir təlimatçı məntəqəsində, hər yeddi təlimatçı məntəqəsi isə bir siyahıyaalma şöbəsində birləşdirilib.
Komitə sədri onu da deyib ki, DSK-nın yerli orqanları tərəfindən siyahıyaalmada iştirak edəcək 24 minədək şəxs seçilib, onları təlimatlandırmaq üçün seminarlar təşkil olunub. Müxtəlif təşkilat, müəssisə və idarələrin işçiləri olan bu kadrlar 10 gün ərzində ərazilərindəki evləri gəzməklə siyahıyaalmanı həyata keçirəcəklər. Xarici ölkələrdə olan Azərbaycan vətəndaşları isə səfirliklər vasitəsilə siyahıya alınacaqlar.

Siyahıyaalmanın məqsədi cari uçotun məlumatlarını dəqiqləşdirmək, həmçinin cari uçotda öz əksini tapmayan suallara (milliyyət, ana dili, ikinci dil və s.) aydınlıq gətirməkdir. Anketlərə 35 sual daxil edilib. Bunlardan 29-u hər bir şəxsə aid, 6-sı isə mənzil şəraiti barədə suallardır. 1999-cu ildə keçirilmiş siyahiyaalma vərəqələrində isə 21 sual olub. Siyahıyaalma başa çatdıqdan sonra təxminən beş gün ərzində təlimatçı-nəzarətçilər sayıcıları ilə birlikdə seçmə qaydada evlərin 25 faizində nəzarət gəlişi keçirəcəklər. Təlimatçılar tərəfindən qəbul olunmuş anketlər yoxlandıqdan sonra siyahıyaalma şöbələrinə təhvil veriləcək. Mayın ortalarından başlayaraq bir ay ərzində siyahıyaalma vərəqələri DSK-da qəbul olunacaq. Siyahıyaalma materiallarının tam işlənib başa çatdırılması və 10 cildlik kitab şəklində çap olunması gələn ilin ortalarına nəzərdə tutulub.

Sonda DSK-nın sədri Arif Vəliyev sualları cavablandırıb.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829