Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Sabir Rüstəmxanlı haqsızdır

  Sayta qoyulub: 14:42 25.10.2009 (936 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İş elə gətirdi ki, AYO-nun almanax marafonu ilə bağlı tədbirində Aqil Abbas və Sabir Rüstəmxanlı ilə bərabər əyləşməli oldum. Hər ikisi son yazılarımın qəhrəmanlarıdır. Hər ikisi haqqında həftələr öncə elə "Reytinq"dəcə yazmışam. Yazmışam və yazdıqlarımın da arxasında dururam. Çünki o yazdıqlarımda haqlı olduğuma əminəm.
Amma yenə də Sabir bəylə Aqil bəyin arasında özümü diskomfortda hiss etdiyimi gizlətməyəcəm. Qəzet səhifələrində belə həyasızlıq eləməyimə baxmayın, mənim də komplekslərim var. Xüsusən də qabırğasına döşədiyim insanlarla üz-üzə gəlmək mənim üçün itin zülmünə bərabərdir. Ќə isə o gün ucuz qurtuldum. Yalnız bir epizoddan başqa. Sabir bəy uzun-uzadı çıxışının sonunda söhbəti hərləyib-fırlayıb tənqidçi yazarların üstünə gətirdi, ünvanına deyilən bütün tənqidləri anlayışla qarşıladığını söylədi və beyqəfil əlini çiynimə qoyub, "bircə Elnurun yazdıqlarından başqa" dedi. Sonra da əlavə etdi: "Məsələn, yazır ki, "Cavad xan" filminə baxmamışam, baxmaya-baxmaya da o filmə görə məni tənqid edir". Xoşbəxtlikdən araya Murad Köhnəqala girdi: "Yaxşı ki, hələ baxmayıb, baxsa, gör nə yazardı". Gülüşdük və söhbətin axarı dəyişdi.
İndi mən burdan Sabir bəyin iradına cavab vermək istəyirəm. Sabir bəy, siz haqlısınız, amma ilk baxışdan haqlısınız. Çünki məsələ heç də mənim "Cavad xan" filminə baxıb-baxmamağımda deyil. Oysa həmin yazını diqqətlə oxusanız, əslində mənim filmi izlədiyimi, sadəcə, hirslə, acıqla elə yazdığımı görərdiniz. Bunun üstündən "nə isə" deyib keçək. Məsələ ondadır ki, Azərbaycanın bugünki reallıqları qarşısında susaraq, tarixin dərin qatlarında gizlənmək özünü mübarizələr adamı elan etmiş ziyalıya yaraşmır. Siz Xomeyniyə açıq məktub yazıb, Güneydəki soydaşlarımızın başına gətirilənlərə görə ona itin sözünü deyə bilərsiniz, çünki bu, təhlükəsiz mövzudur. Siz soyadların milliləşdirilməməsindən qəzəblə danışa bilərsiniz, çünki bunda da həyatınız, karyeranız üçün qorxulu heç nə yoxdur. Amma siz o açıq məktubdan birini bu ölkənin də başındakılara yaza bilərsinizmi? Bu ölkənin sahiblərindən də eyni radikallıqla haqq-ədalət tələb edə bilərsinizmi? Soyadların milliləşdirilməsindən mücərrəd cümlələrlə danışmaq yerinə, bu addımı birinci elə prezidentin özünün atmasını istəyə bilərsinizmi? Əlbəttə, yox. Elə isə mənim bunun acığını "Cavad xan" filmindən çıxmağa heçmi haqqım yoxdur? Sabir bəy, cəmi bir neçə gün əvvəl sizin Dövlət Baxçalıya və Dəniz Baykala məktubunuza rastladım. O məktubda sərhəd açılımı-filan kimi məsələlərdə Türkiyənin hər iki müxalifət liderinin Ərdoğan hakimiyyətinə qarşı tutduğu prinsipial mövqeyə görə təşəkkür edirsiniz. Çox gözəl. Siz də özünüzü Azərbaycanın bir müxalifət partiyasının lideri kimi görürsünüz. Bəs o prinsipiallıqdan sizdə niyə yoxdur? Mən də sizin Əliyevlərin haqsız olduğu hər məsələdə prinsipial mövqeyinizi görmək və təşəkkür etmək istəyirəm. Özü də doğrudan istəyirəm. Amma allah eşqinə deyin, nəyə təşəkkür edim? Kəmaləddin xanın, Ziya xanın, Misir xanın, Səfər xanın, Ramil xanın millətin anasını mələtdiyi bir vaxtda sizin Cavad xanla uğraşmağınızamı?

İqbal Ağazadə haqqında
Müsavatla Ümid arasında polemikada tərəf olmaq istəməzdim. Biz bu cür polemikaların indiyədək yüz dəfə, min dəfə şahidi olmuşuq. Dünən bir-birini hakimiyyətə satılmaqda, iqtidar projesi olmaqda ittiham edənlərin sabah heç nə olmamış kimi eyni masa arxasında əyləşib, əl sıxdığını da az görməmişik. Ən azı buna görə Azərbaycan reallığında iki firqənin davasına qarışmaq, bu firqə davasında kimin haqlı, kimin haqsız olduğuna dair fikirlər söyləmək çox mənasızdır. Bir də gördün, İqbal Ağazadəylə İsa Qəmbər yenə ağız-ağıza öpüşməyə başladı, arada sən pis vəziyyətdə qaldın. Amma inanın ki, mən bu yazını qətiyyən Müsavatla Ümid davası kontekstində yazmıram. Müsavatla Ümidin davasının da müxalifətdaxili didişmə kimi qələmə verilməsinə qarşıyam. Nə İqbal Ağazadə, nə onun partiyası heç vaxt gerçək müxalifətçiliyin obyekti ola bilməz. Ümid Partiyasının necə formalaşdığını unutmamışıq. Bu partiyanın bazasının iradəcə, qətiyyətcə zəif müsavatçıların, cəbhəçilərin hesabına formalaşdığını da hamı yaxşı bilir. Şübhə edənlər lütfən 4-5 il əvvəlin mətbuatına yenidən göz atsınlar.
"Xural" qəzetinin son sayında bir müsahibə dərc olunub. Müsahibə Ramiz Tağıyev adlı şəxsdən götürülüb. Ramiz Tağıyevin adı ictimai-siyasi prosesləri izləyənlərə tanış gəlməlidir. Hakimiyyətin bu adamdan AXCP-yə, ümumən demokratik düşərgəyə qarşı hansı şəkildə istifadə olunduğu hər kəsin yadındadır.
Ramiz Tağıyev müsahibənin bir yerində dostu İqbal Ağazadəni göyün yeddinci qatına qaldırır və deyir: "İqbal Ağazadə Milli Azadlıq Hərəkatı haqqında mənfi fikirlər söyləyirdi. Xüsusilə, Milli Azadlıq Hərəkatında olan insanların - Əbülfəz Elçibəy başda olmaqla, - hamısını "KQB-nin adamları" adlandırırdı".
Müsahibənin başqa yerində isə oxuyuruq: "2005-ci ildə İqbal Ağazadənin vasitəsilə özünü iş adamı kimi təqdim edən iki nəfərlə tanış oldum. Onlar mənim gələcək siyasi fəaliyyətim üçün sponsorluq etməli idilər...". Ramiz Tağıyevin sonrakı etirafından məlum olur ki, özlərini iş adamı kimi təqdim edənlər əslində MTN-nin yüksək rütbəli əməkdaşları imiş. Adlarını da çəkir: MTN-nin Anti-Terror Mərkəzinin rəhbəri Elçin Quliyev və onun müavini İlqar Əliyev. Bu adamların Ramiz Tağıyevə "sponsorluq" etmək istəməsinin səbəbləri də müsahibədən açıq görünür: AXCP-nin birbaşa hakimiyyətin nəzarətinə keçirilməsi!
Təsəvvür edə bilirsinizmi, İqbal Ağazadə həm Milli Azadlıq Hərəkatını "KQB"-ylə bağlayır, həm də özü müxalifətin aparıcı təşkilatlarından birini alt-üst etmək üçün MTN-lə biriləri arasında vasitəçilik missiyasını üzərinə götürür. Mən bu paradoksa izah verməkdə çətinlik çəkirəm. Ona görə son nəticə çıxarmağı oxucuların ixtiyarına buraxıram.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829