Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Verdizadə : Bayrağı qaldıranlar və endirənlər

  Sayta qoyulub: 14:25 25.10.2009 (849 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz gedirik döyüşə mərdi-mərdana,
Canımız qurbandır Azərbaycana!

(Bakını azad edən qəhrəman türk əsgərlərininoxuduğu mahnıdan)


Qafqaz İslam Ordusunun qəhrəman zabitlərindən olan İzzət bəy Şamaxı ətrafında gedən döyüşlərin birində ağır yaralanır. Erməni gülləsinə tuş gələn türk zabitinin köməyinə Gülsabah adlı yaşlı qadın yetişir. Gülsabah xanım çadrasını çıxarıb İzzət bəyin yarasını sarımaq istəyəndə, o, belə deyir: "Əl vurma, bacı. Qoy, qanım bu torpaqlara qarışsın".
Əlfayım Əziz Türkiyədə işıq üzü görən "Azadlıq naminə" adlı kitabında yazır: "Halsız vəziyyətdə yerə uzanan İzzət bəy silah səsinə ayılır. O, Nuru Paşanı qarşısında görəndə bərk həyəcanlanır. Bir az əvvəl bədənindən çıxardığı qurşunu Nuru Paşaya uzadaraq, çətinliklə bu sözləri deyə bilir: "Paşam! Atam Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşarkən ağır yaralanmışdı. Bədəninə girən qurşunu çətinliklə çıxardıqdan sonra yanındakı döyüşçü dostlarına "bu qurşunu oğluma verin, mən vətənim üçün qəhrəmancasına savaşdım, ölkəm üçün canımı vermək üzrəyəm. Ona söyləyin, məni yaralayan bu qurşunu yanında daşısın. Bunu iki etsin", - deyir. Bir qədər nəfəsini dərən İzzət bəy sözünün davamını belə gətirir: "Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi kimi qurşunu iki etdim. Hələ qurşunun üzərindəki qanım qurumayıb. Siz də bu qurşunu oğluma verin. Ona atasının qəhrəmancasına şəhid olduğunu anladın, bu qurşunu üçə çıxarmasını söyləyin".
Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusu bir müddət Qobu kəndində təlim keçir. Nuru Paşa Qobu sakini Kərbəlayi Qasımın evini özünə qərargah seçir. Nuru Paşa və Qafqaz İslam Ordusunun bir neçə yüksək rütbəli zabiti evin ikinci mərtəbəsində yaşayırlar. Kərbəlayi Qasımın böyük ailəsi isə müvəqqəti olaraq, birinci mərtəbədə məskunlaşır. İngilislərin hədəfindən yayınmaq üçün gecələr evdə lampa yandırmaq qadağan olunur. 1946-cı ildə Kərbəlayi Qasımın ocağına gəlin köçən Səfurə nənə danışır ki, Nuru Paşa və silahdaşları Qobuda olduqları vaxt evin gəlinlərindən biri uşaq dünyaya gətirir. Nuru Paşa birinci mərtəbədəki səs-küyün səbəbini öyrənəndə dərhal heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Evin sahibinin bu mənzərədən bərk təəccübləndiyini görən zabit Nuru Paşanın arzusunu dilə gətirir: "Qoy, uşaq gözünü işıqlı dünyaya açsın".
Şanlı türk bayrağı Şəhidlər Xiyabanında 1300 mehmetciyin qanı bahasına dalğalanırdı. Bakı meri Hacıbala Abutalıbovun həmin bayrağı endirməsi tarixin Azərbaycan xalqına ironiyasıdır. Axı, zavallı Abutalıbov hardan bilsin ki, bayraq həm də azadlıq simvoludur. Bunu dərk etmək üçün insan gərək həyatda heç olmasa, bircə gün azad yaşamağı bacarsın...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829