Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



İQTİSADİYYAT : Kia Motors-un yeni modeli KİA Soul bir neçə mükafat alıb

  Sayta qoyulub: 14:25 09.04.2009 (1410 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Kia Motors-un yeni modeli KİA Soul bir neçə mükafat alıb

Kia Motors-un yeni modelləri həmişə diqqət mərkəzində olub. Son illər Kia modellərindəki yeni dizayn və dəyişikliklər isə Şirkətə dünyanın nüfuzlu mükafatlarını qazandırıb. KIA-nın ən son modellərindən olan Soul isə həm dizayn və görünüş, həm də texniki göstəricilərinə görə dünyanın ən yaxşı avtomobilləri sırasına daxil olub. Aprel ayının ilk günlərində Kia Soul ABŞ-ın Ward Avtomobil Dünyasında “İlin daxili görünüşü” siyahısında “Cəlbedici daxili görünüş” adına layiq görülüb. 2010-cu ilin tam yeni dizaynda, şəhər sakinləri üçün hazırlanmış SOUL geniş təhlükəsizlik və rahatlıq, “ən gözəl görünüş” və “ən yaxşı dəyər” xüsusiyyətlərinə görə seçilib.
Bu Soul-un 2009-cu ildə tək uğuru deyil. Kbb.com saytında 2010-cu ilin Soulu ABŞ-ın “Kelly Blue Book” Təşkilatının həftəlik “5 Ən yaxşı avtomobil siyahısı”na daxil edilib. Soul qabiliyyət və dəyər kombinasiya, cəlbedici qiymət təklifi xüsusiyyətlərinə görə bu siyahıya daxil edilib. Kia-nın gözəl görünüşə malik bu krosover nəqliyyat vasitəsi həm də Almaniyada keçirilən 2009-cu ilin avtomobillərinin dizayn yarışında dünyanın tanınmış “red dot” dizayn mükafatına layiq görülən ilk Koreya avtomobili olub.
Qeyd edək ki, son illər Kia Motors Şirkəti bütün diqqətini əsasən dizayna yönəldib və bu həm Soul, həm də qarşıdan gələn 2010-cu ilin Kia Cerato avtomobilinə də aiddir.

Xüsusi qeyd: Avtomobilin audio sisteminin xüsusi dizayn elementləri olan Soul az detallı cihazlar panelinə məxsusdur. Üç düyməli cihaz kombinasiyası LCD iluminasiya (çıraqban) və SIRIUS Peyk Radiosu cəhətləri ilə quraşdırılmış AM/FM/CD/MP3 audio sistemlərinə daxil olmanı təmin edən və 3 ay əla xidmətlə təmin edilir. Standart USB çıxışı ilə yanaşı, audiosistemdən və köməkçi iPod kabeli ilə sükanda yerləşən düymələr vasitəsi ilə idarə edilə bilən iPod və MP3 ilə köməkçi qoşulma sistemi də mərkəzi paneldə quraşdırılıb. Sərnişinlər həm də avtomobilin model və üslubdan zövq alacaqlar.
Soul+ avtomobili, üzərində “parlayan” Soul loqotipi olan əla növ qara parça ilə örtülmüş oturacaqlara məxsusdur. Soul! Avtomobili isə fərqlənən tünd qum rəngli və naxışlı interyeri təqdim edir. Soul sport isə aydın tünd qırmızı rəngdə olan və qırmızı parça ilə örtülmüş oturacaqları və metalla bəzədilmiş interyeriilə seçilir.
İnsanın əhval-ruhiyyəsini daha da yaxşılaşdırmaq üçün Audio Təkmilləşdurmə Paketi (Soul+ avtomobili üçün əlavə verilən, Soul! Və Soul sport avtomobilləri üçün isə standartdır) musiqinin tərzinə uyğun olaraq bərq vuran və ya sadəcə interyeri dekorativ işıqlandıran kolonkalar təklif edir.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#İQTİSADİYYAT bölümünün son 20 xəbəri:



#İQTİSADİYYAT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829