Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



PRESS : Milli Net 2009 müsabiqəsinin şərtləri açıqlanıb

  Sayta qoyulub: 16:02 30.09.2009 (1467 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Net 2009 müsabiqəsinin şərtləri açıqlanıb

Bu gün «Multi Media» İnformasiya Sistemləri və Texnologiya Mərkəzinin sədri Osman Gündüz Azərbaycan İnternet Formu tərəfindən Milli Net-Milli İnternet Mükafatının təsisi edilməsi ilə bağlı tədbir keçirib.

Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Osman Gündüz deyib ki, mükafat hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu ilə təqdim ediləcək: «Milli-Net müsabiqəsinin keçirilməsində əsas məqsəd ölkədə internet sektorunun inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızın təbliğini aparmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir».

O.Gündüzün sözlərinə görə, iki mərhələdə keçiriləcək səsverməyə internet peşəkarlarından və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münfislər heyəti nəzarət edəcək. Münsiflərə hər hansı aidiyyatı olan saytların müsabiqədə iştirakına yol verilmir. Müsabiqədə 11 nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı-hörümçək əks olunan buta təqdim olunacaq. Milli Net-2009 müsabiqəsində iştirak etmək istəyənlər saytlarını 01 oktyabr 2009-cu il tarixindən başlayaraq qeydiyyatdan keçirə bilərlər. Qeydiyyat prosesi noyabrın sonunda yekunlaşır. İddiaçılar 2 ay müddətində www.millinet.az saytında qeydiyyatdan keçə bilərlər. Cari ilin sonunda müsabiqənin yekunlaşdırılması və qaliblərin mükafatlandırılması məqsədi ilə təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Milli Net müsabiqəsinə HP, «Azercell», «Delta Telecom» şirkətləri dəstək verirlər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#PRESS bölümünün son 20 xəbəri:



#PRESS bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829