Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



MƏDƏNİYYƏT : Möhlət Müslümov «Xalq ulduzu-3» müsabiqəsinin münsiflər heyətindən uzaqlaşıb

  Sayta qoyulub: 14:48 07.04.2009 (1655 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

  Möhlət Müslümov «Xalq ulduzu-3» müsabiqəsinin münsiflər heyətindən uzaqlaşıb

Aprelin 9-dan etibarən «Xalq ulduzu-3» müsabiqəsi həftədə iki gün canlı efirdə olacaq. Bu bərədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (MİA) sözügedən müsabiqənin münsiflər heyətinin üzvü, bəstəkar Tahir Əkbər verib.

Bəstəkarın sözlərinə görə, «Xalq ulduzu-3» bundan əvvəlki müsabiqələrdən fərqlənir. Ona görə ki, bu dəfə müsabiqəyə qatılan iştirakçılar arasında gənclər üstünlük təşkil edir: «Müsabiqəyə qatılan gənclər 16-21 yaş arasındadır. Həm də əsas meyar kimi səsə, istedada və səhnə üçün gözəl görünüşə malik olanlara üstünlük verdik. İş burasındadır ki, müsabiqəyə qatılan uşaqların bəziləri arasında musiqi təhsili alanı da var. Hətta onlardan bəziləri muğamı gözəl oxuyur».

T.Əkbər «Xalq ulduzu-3»ün münsiflər heyətində baş verən dəyişiklikdən də söz açdı. Bildirdi ki, Ağacəbrayıl Abbasəliyevin yenidən heyətə qayıdışı onun musiqi təcrübəsinin böyük olması ilə bağlıdır: «Ağacəbrayıl müəllim iştirakçılara istər mahnı seçimində, istərsə də məşq prosesində dəstək verəcək. Düzdür, o, «Xalq ulduzu-2» müsabiqəsində yaraşmanın münsiflər heyətində təmsil olunmadı. Onu müsabiqədə tarzən, xalq artisti Möhlət Müslümov əvəz edirdi. O ki qaldı Möhlət Müslümovun münsiflər heyətindən kənarlaşmasına, deyəsən, bu, Beynəlxalq Muğam Festivalı ilə bağlı oldu. Çünki bizim seçim turumuz həmin müsabiqə ilə eyni vaxta düşdüyündən Möhlət müəllim vaxt tapa bilmədi».

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#MƏDƏNİYYƏT bölümünün son 20 xəbəri:



#MƏDƏNİYYƏT bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829